Regionlarda tikinti-quruculuq işləri geniş vüsət alıb
09.10.2018 [08:35]
Uğurla reallaşdırılan müvafiq Dövlət proqramları çərçivəsində bölgələrdə yeni sosial obyektlər istifadəyə verilir
Məlum olduğu kimi, Azərbaycan hazırda öz inkişafına görə regionun lider dövləti sayılır. Bu inkişafın mərkəzində isə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət dayanır. Məhz bu siyasət nəticəsində respublikamızda bütün sahələr inkişaf edib. Eyni zamanda, bu inkişafdan regionlara da pay düşüb. Regionların inkişafından danışarkən 2004-cü ildən etibarən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarını xüsusi olaraq vurğulamaq yerinə düşər. Çünki məhz bu proqramların uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin siması əhəmiyyətli dərəcədə dəyişib. Ötən dövrdə bölgələrimizdə minlərlə kilometr yeni yollar çəkilib, körpülər tikilib, sosial obyektlər tikilib istifadəyə verilib, eləcə də sənaye müəssisələri yaradılıb.
Regionlarda reallaşdırılan ən vacib işlərdən biri də müxtəlif sahələr üzrə müasir infrastrukturun yaradılmasıdır. Bu məqsədlə hazırda da bir sıra bölgələrdə tikinti-quruculuq və abadlıq işləri uğurla davam etməkdədir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 26-da “Gəncə şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Gəncə şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən avtomobil yollarının əsaslı təmiri və şəhərin küçələrinin işıqlandırılması işlərini həyata keçirmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin bu ilin may ayında imzaladığı Sərəncamla isə Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılıb. Hazırda həmin Sərəncama əsasən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialı üçün inşa olunan binada tikinti işləri sürətlə davam etdirilir. “EL-SEYM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birmərtəbəli xalça emalatxanası binasının tikintisinə bu il başlanılıb. Binada əsas tikinti işləri yekunlaşıb, dam örtüyü vurulub. Hazırda kommunikasiya xətləri çəkilir, həyətdə abadlıq işləri aparılır. Bina milli üsluba uyğun olaraq qırmızı kərpiclə üzlənir.
Burada 150 nəfər toxucunun, 13 nəfər inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün lazımi şərait yaradılacaq. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarət olacaq. Emalatxanada quraşdırılan müxtəlif ölçülü dəzgahlarda qədim çeşnilərimiz əsasında Azərbaycan xalçaları toxunacaq. Hazırda binanın tikintisinə 40-dan çox işçi cəlb olunub. Xalça emalatxanası binasının tikintisinin bu ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub.
Goranboy rayon Mərkəzi Xəstəxanası üçün tikilən binanın da bu il istifadəyə verilməsi nəzərdə tutulur. Verilən məlumata görə, xəstəxanada vətəndaşlara ən müasir tibbi xidmətlər göstəriləcək. Hazırda Goranboy rayon Mərkəzi Xəstəxanası üçün inşa olunan bina və korpusların, eləcə də yardımçı tikililərin daxilində son tamamlama işləri görülür.
Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqov KİV-ə açıqlamasında bildirib ki, mərkəzi xəstəxana dördmərtəbəli əsas binadan, üç korpusdan və yardımçı tikililərdən ibarət olacaq. Yoluxucu xəstəliklər şöbəsi ilə məhkəmə tibbi ekspertiza və patoloji anatomiya şöbəsi ayrıca korpuslarda fəaliyyət göstərəcək.
Hazırda rayon xəstəxanası üçün binanın inşasında ikinövbəli olmaqla, 100-dən çox işçi çalışır. Binanın ərazisində iki içməli su anbarının, bir yanğından mühafizə məqsədilə su anbarının, istilik qazanxanasının, nasosxananın, transformator yarımstansiyasının, camaşırxana və mətbəx binalarının tikintisi artıq yekunlaşıb.
130 çarpayılıq xəstəxanada qəbul, cərrahiyyə, terapiya, mama-ginekologiya, pediatriya, poliklinika, anesteziologiya və reanimasiya, şüa-diaqnostika, hemodializ, laboratoriya, fizioterapiya və təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Mərkəzi xəstəxana istifadəyə verildikdən sonra burada həkim, tibb bacıları və texniki heyətlə birgə, ümumilikdə 500-ə yaxın işçi rayon sakinlərinin sağlamlığına xidmət edəcək.
Şəki şəhərində isə Heydər Əliyev Mərkəzinin yeni binasının, həmçinin Bayraq meydanı və Bayraq muzeyinin tikintisi sürətlə davam etdirilir. Şəki-Qoxmuq kənd avtomobil yolunun şimal-qərb hissəsində, Kiş çayının sahilində yeni salınmaqda olan və Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq parkın ərazisində ucaldılan bayraq dirəyinin hündürlüyü 72,4 metrdir.
Parkın ərazisində inşa edilən Heydər Əliyev Mərkəzinin üçmərtəbəli binasının ümumi sahəsi 5629, tikinti sahəsi isə 2322 kvadratmetrdir. Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzey, səhnə, akt və sərgi zalları, kitabxana, toplantı, tədris, iş və inzibati otaqlar yerləşəcək. Ərazidə abadlıq və yaşıllaşdırma işləri də aparılır. Tikinti işlərinin yaxın aylarda başa çatdırılması planlaşdırılır.
Tikinti-quruculuq işlərindən söz düşmüşkən, bildirək ki, Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində “Nümunəvi məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işləri aparılır. Layihə əsasən, Xırdalan şəhərinin 27-ci məhəlləsində, Ceyranbatan qəsəbəsində isə Təbrik küçəsində çoxmərtəbəli yaşayış binalarının həyətlərində həyata keçirilir. Belə ki, müxtəlif şəxslər tərəfindən özbaşına zəbt edilmiş ərazilərdə müxtəliftəyinatlı qanunsuz tikililər sökülüb, ətraf hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb və kəsilib. Bu barədə rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev məlumat verib. O, hazırda Abşeron rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 27-ci məhəllədə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində aparılan işlərin yaxın günlərdə yekunlaşacağını vurğulayıb. Artıq 10 binanın həyətinə asfalt döşənib.
Ceyranbatan qəsəbəsində isə Təbrik küçəsindəki 1, 3 və 5 saylı çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasadları əsaslı təmir olunub. Hazırda pilləkən qəfəsələrinin təmiri işləri həyata keçirilir.
Həmçinin rayonun daxili imkanları hesabına çoxmənzilli yaşayış binalarının həyətində 360 metr uzunluğunda kanalizasiya xətləri yenilənir. Bu iş başa çatdıqdan sonra məhəllənin yollarına asfalt vurulacaq.
Ölkəmizin qərb bölgəsinin zəngin mədəni keçmişini, maddi və mənəvi irsini özündə əks etdirəcək Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi isə başa çatmaq üzrədir. Ümumi sahəsi 820 kvadratmetr olan ikimərtəbəli muzey binası antik memarlıq üslubunda inşa edilir. Binanın tikintisində əsasən yerli inşaat materiallarından istifadə olunur. Muzey binası istifadəyə verildikdən sonra burada bölgənin zəngin tarixini və etnoqrafiyasını özündə əks etdirən ekspozisiyalar fəaliyyət göstərəcək.
Düşmənlə sərhəddə yerləşən və müharibə vəziyyətinin bütün çətinliklərinə baxmayaraq, öz inkişafının müasir dövrünü yaşayan Qazaxda da sosial-iqtisadi və infrastruktur layihələrinin icrası geniş vüsət alıb. Qazax rayonunun Bala Çaylı kəndində 300 nömrəlik elektron ATS binası istifadəyə verilib. Bu münasibətlə tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni elektron ATS binasının istifadəyə verilməsinin kənd sakinlərinin rabitə xidmətinin yüksəldilməsinə şərait yaradacağını bildirib. Qazax rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov çıxış edərək ölkəmizdə əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, telefon stansiyalarının müasirləşdirilməsi, xətlərin təmiri və bərpası, yeni EATS-lərin quraşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd edilib ki, kənd sakinlərinin müraciətinə əsasən istifadəyə verilən 30 kvadratmetrlik binada yerləşən EATS-dən 300 abonentə telefon və internet xətti çəkiləcək. İlkin olaraq 150-yə yaxın kənd sakininə telefon xəttinin çəkilməsi planlaşdırılıb. Bunun üçün EATS lazım olan bütün müasir avadanlıqlarla təmin olunub.
Hazırda rayonda “Mətanət A” şirkəti tərəfindən inşa edilən əhəng zavodu isə istifadəyə tam hazırdır. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən elektrod zavodunda da işlər yekunlaşıb. İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən yaradılan aqroparkda isə son tamamlama işləri aparılır. Qazax rayon İcra Hakimiyyətindən bildirilib ki, məhz bu zavodların və aqroparkın fəaliyyətə başlaması Qazaxda işsizliyin azaldılmasına, rayon iqtisadiyyatının bölgüsündə isə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının artmasına müsbət təsir göstərəcək.
Respublikamızın qərb bölgəsi üçün böyük sosial əhəmiyyəti olan və əhaliyə müasir tibbi xidmətlər göstərəcək 145 çarpayılıq rayon mərkəzi xəstəxanasında da, demək olar ki, əsas işlər görülüb. 2017-ci ilin yanvarından tikintisinə başlanılan bu xəstəxanada hazırda son tamamlama işləri aparılır.
Tikinti-quruculuq işləri Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Belə ki, Şərur rayonunun Kosacan kəndində məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa edilir. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tikinti işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Şərur rayon İdarəsinin inşaatçılarına həvalə olunub. 222 şagird yerlik, 3 mərtəbədən ibarət olan məktəb binasında tikinti işləri başa çatmaq üzrədir. Məktəb binasında müəllim və şagirdlərin ixtiyarına işıqlı və geniş sinif otaqları, elektron lövhəli, kompüter, şahmat sinifləri, hərbi kabinə, idman zalı, zəngin kitab fondu olan kitabxana, kimya, biologiya, fizika laboratoriyaları veriləcək.
İki mərtəbədən ibarət kənd mərkəzində yaşayış məntəqəsində fəaliyyət göstərən qurumlar üçün normal iş şəraiti yaradılacaq. Bu obyektdə də hörgü işləri tamamlanıb. Bir mərtəbədən ibarət xidmət mərkəzində sakinlərə ticarət və müxtəlif sahələr üzrə xidmətlər göstəriləcək.
Kompleks quruculuq tədbirləri çərçivəsində kəndə gedən yolda yenidənqurma işləri aparılır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

