Regionlarda turizmin inkişafı məqsədilə həyata keçirilən tədbirlər öz bəhrəsini verir
15.11.2018 [09:26]
2018-ci ilin 9 ayında Azərbaycana dünyanın 193 ölkəsindən 2 milyon 208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
(əvvəli ötən sayımızda)
Qoruğun turistlər üçün əlverişli məkanlardan biri olduğunu deyən V. İsayev vurğulayıb: “Qobustanın UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və dövlət başçımızın Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artmaqdadır. Bu il də bu tendensiya təkrarlanmaqdadır. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən - Rusiya, Türkiyə və İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.
“Yanardağ” 2019-cu ilin yazında - Novruz bayramı ərəfəsində yeni görkəmdə turistlərin istifadəsinə veriləcək
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bəhs olunan müsahibəsində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma işləri barədə də məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, Dövlət Turizm Agentliyinin tabeliyinə 7 qoruq - “Yanardağ” qoruğundan başqa, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq və “Kiş” Dövlət Tarix-Memarlıq qoruqları daxildir. Fikirlərinə davam edən F.Nağıyev deyib: “2018-ci ilin iyulunda “Yanardağ”ın rekonstruksiyası üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Məqsəd “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılmasıdır. Artıq işlərə start verilib. İşlərin yekunlaşdırılması 2019-cu ilin yazına - Novruz bayramına planlaşdırılır”.
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu beynəlxalq standartlara uyğunlaşdırılacaq
Azərbaycanın dünyada məşhur olan turizm obyektlərindən biri də “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Prezident İlham Əliyev “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzalayıb. Sərəncamda Dövlət Turizm Agentliyinə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayış hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Bundan başqa, agentlik “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrini hazırlayıb dövlət başçısına təqdim etməlidir. Həmçinin qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı təkliflər Prezidentə təqdim olunacaq.
Sərəncamda bildirilir iki, Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.
Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olmuşdur. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub.
1989-cu ildə yaradılmış “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun inkişafı ilə bağlı son dövrdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən qəsəbə təbii qazla təmin olunub, Basqal çayı üzərində yeni körpü tikilib, abadlıq işləri görülüb, qədim küçələr qismən çay daşı ilə döşənib, bulaqlarda müəyyən bərpa işləri aparılıb.
Bununla belə, hazırda qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, mühəndis-kommunikasiya təminatı sistemlərinin və xətlərinin, yol-nəqliyyat infrastrukturunun təmiri və yenidən qurulmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına xüsusi diqqətin yetirilməsi zərurəti yaranıb.
Respublikanın turizm potensialı beynəlxalq miqyasda geniş təbliğ olunur
Son vaxtlarda ölkəmizin turizm potensialının beynəlxalq miqyasda təbliği istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Məsələn, Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Sinqapurun Marina Bay Sands sərgi mərkəzində keçirilən 11-ci Asiya bazarları üçün beynəlxalq səyahət - “ITB-ASIA-2018” sərgisində iştirak edib. Sərgidə assosiasiyanın dəstəyi ilə 10 yerli şirkət iştirak edib və ölkəmizin turizm potensialı böyük maraqla qarşılanıb.
Assosiasiya üzvləri sərgi iştirakçılarına ölkəmizdə mövcud olan turizm məhsulları və istiqamətləri, o cümlədən yay və qış turizmi, ekoturizm, işgüzar turizm, müalicə turizmi haqqında geniş məlumat veriblər. Azərbaycan haqqında müxtəlif təbliğat materialları sərgi iştirakçıları arasında paylanılıb.
Ölkəmizin turizm potensialı və mədəniyyəti Bolqarıstanın Varna şəhərində keçirilən Qara Dəniz Turizm Forumunda da geniş təbliğ edilib. Bolqarıstanın Turizm Nazirliyi, Varna Bələdiyyəsi və Varna Turizm Palatasının təşkilatçılığı ilə təşkil olunan “Qara dəniz - davamlı yerli və transmilli turizm məhsullarının məskəni” adlı forumda Azərbaycan milli stendlə təmsil olunub. Ölkəmizlə yanaşı, tədbirə Bolqarıstanın 14 bələdiyyəsi, 2 ali təhsil ocağı və bir sıra xarici ölkə qoşulub.
Forum çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin turizm potensialı haqqında təqdimat keçirilib. Təqdimat zamanı Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, mətbəxi, keçirilmiş mötəbər beynəlxalq tədbirlər haqqında bəhs edilib, ölkəmizin turizm infrastrukturu, mövcud turizm marşrutları və turistlər üçün yaradılmış şərait barədə tədbir iştirakçılarına məlumat verilib. Ölkə stendi Azərbaycan xalçaları və sənətkarlıq nümunələri ilə bəzədilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Tədbir zamanı həmçinin Azərbaycanın istehsalı olan şərab, nar şirəsi və milli şirniyyatların təqdimatı keçirilib.
Azərbaycanın turizm brendi Londonda təqdim edilib
Londonun “Excel London” arenasında “World travel market-2018” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın Turizm Bürosu ölkənin yeni turizm brendi olan “Take another look” (“Yenidən fərqli baxışla bax”) marketinq kampaniyasının təqdimatını keçirib. Müxtəlif ölkələrdən dövlət nümayəndələri, dünyanın aparıcı turizm şirkətləri və mütəxəssislərinin, eləcə də media nümayəndələrinin iştirak etdiyi təqdimat xüsusi maraqla qarşılanıb.
Təqdimatda Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək yeni turizm brendi haqqında ətraflı məlumat verib. O bildirib ki, beynəlxalq bazara daha çox turizm təklifləri çıxarmaq, dünyanın məşhur destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi irsimizi dünya ilə bölüşmək əsas məqsədlər sırasındadır.
Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edərək bildirib ki, ölkəmiz bir çox imkanlara malikdir: “Mədəniyyətimiz, insanlarımız, qədim tarixi keçmişimiz, təbii gözəlliklərimiz turistləri hər zaman özünə cəlb edir. Bizim yeni brendi yaratmaqda məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.
Təqdimatdan sonra Azərbaycanın turizm brendi və potensialı haqqında beynəlxalq media üçün mətbuat konfransı təşkil olunub. Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov media və turizm şirkətləri nümayəndələrinə Azərbaycanın Şəki, Şamaxı və digər turizm şəhərləri, ölkədə keçirilən beynəlxalq yarışlar haqqında məlumat verib.
Küveytdə Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu hazırlanıb
Oktyabr ayında Küveytdə Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu təqdim edilib. 40 səhifəlik rəngli illüstrasiyalı bələdçi kataloqunu Ərəb Turizm Təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer Xalid Əl-Vəsmi hazırlayıb. Xalid Əl-Vəsmi ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyi olan və müasir tərtibatda nəşr edilən bu kataloqda Bakı, Şəki, Quba, Qusar, Qəbələ və Gəncə şəhərlərinin məşhur turizm istiqamətləri, küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerləri, tarixi məkanları, mədəniyyət ocaqları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə məkanları, muzeylər, teatr və konsert müəssisələri, idman və sərgi kompleksləri haqqında məlumatların yer aldığını bildirib.
Xalid Əl-Vəsmi, həmçinin özünün hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi-2018” adlı yeni banneri də təqdim edib. Küveytli ekspert Azərbaycanın interaktiv xəritəsində ölkənin ən mühüm turistik məkanları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə mərkəzləri, eləcə də ölkəmiz haqqında PDF formatında bütün məlumatların yer aldığını söyləyib. O, xəritənin ingilisdilli variantının 150 min, ərəb dilində olan versiyasının isə 400 mindən çox izləyicisinin olduğunu bildirib, xəritənin üzərində əks olunan barkodların mobil telefonun kamerası və yaxud snəpçat vasitəsilə açılmasının mümkün olduğunu deyib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

