Azərbaycanın regionlarında baramaçılığın möhkəm maddi-texniki bazası yaradılır
12.12.2018 [09:54]
Yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasında hər il 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır
Son illərdə Azərbaycanın regionlarında qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika üzrə barama istehsalı ilbəil artır. Əgər 2015-ci ildə ölkəmizdə cəmi 236 kiloqram barama istehsal edilmişdisə, cari ildə bu göstərici 500 tondan çox olub. Əlamətdar haldır ki, bölgələrdə baramaçılığa maraq göstərən insanların, ailə təsərrüfatlarının sayı da getdikcə artır. 2018-ci ildə bu sahədə çalışanların sayı ötən illə müqayisədə iki dəfədən çox artaraq 22 minə çatıb. Beləliklə, insanlar 30-40 gün ərzində çox da böyük əziyyət çəkməyərək yaxşı pul qazanırlar.
Respublikanın bölgələrində baramaçılığın inkişaf perspektivləri isə daha böyükdür. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27 noyabr 2017-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək ölkədə yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.
Qax Damazlıq İpəkçilik Stansiyası ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir
Əsaslı şəkildə yenidən qurularaq cari il oktyabrın 28-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyası fermerlərin barama toxumlarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini əsasən təmin edəcək. Qax Damazlıq İpəkçilik Stansiyasının əsası 1973-cü ildə qoyulub. Maliyyə çətinliyi səbəbindən stansiya 1998-ci ildən fəaliyyətini dayandırmışdı. Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi qərarla stansiya Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumların siyahısına daxil edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchiz olunması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat vəsait ayrılıb. Ötən ildən başlayaraq stansiyada əsaslı yenidənqurma işləri həyata keçirilib.
Açılış mərasimində bildirildiyi kimi, stansiyanın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. Stansiyada hər il 2 min ton yaş barama istehsalını təmin edəcək 4 min qutu hibrid ipəkqurdu toxumunun, eyni zamanda, 4 kiloqram superelit və 50 kiloqram elit sinfinə aid ipəkqurdu toxumlarının istehsalı planlaşdırılır.
Stansiyanın ərazisində 3 hektar sahədə Çin texnologiyası əsasında intensiv tipli tut bağları salınıb. Bu müəssisənin istifadəyə verilməsi ölkəmizdə ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Bununla yanaşı, stansiya yeni iş yerlərinin yaradılmasında da mühüm rol oynayır. Hazırda stansiyada 11 nəfər daimi işlə təmin edilib. Müəssisə tam işə düşdükdən sonra burada 59 nəfər daimi, 150 nəfər isə mövsümi işlərlə təmin olunacaq.
Stansiyada tut yarpağının, qarğıdalı nişastasının, aktivləşdirilmiş mayanın, vitamin qarışığının və mərmər tozunun hazırlanması həyata keçiriləcək. Bu layihə ilboyu barama məhsulu istehsalının 6 min tona çatdırılmasını, toxum istehsalının sürətləndirilməsini, emal müəssisələrinin davamlı fəaliyyətini və kənd əhalisinin daimi işlə təminatını nəzərdə tutur.
Regionlarda baramaçılığın güclü yem bazası yaradılır
Regionlarda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Şəki rayonu ərazisində əkilməsi nəzərdə tutulur. Tinglər artıq rayona gətirilib və əvvəlcədən müəyyənləşdirilmiş bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılıb. Qısa müddətdə bu tinglərdən 34 mininin əkilməsi təmin olunub və ting əkini davam etdirilir.
Bundan əlavə, payız mövsümündə rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min ədəd yerli tut tinginin əkilməsi də nəzərdə tutulur. Bu tinglərdən 50 min ədədi artıq rayona gətirilib və kümçülərə paylanılıb. Tinglərin 21 min ədədinin əkilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Rayon İcra Hakimiyyətindən verilən məlumatına görə, 2016-cı ilədək Şəki rayonu ərazisində 108 min ədəd barverən tut tingi mövcud olub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 215 min ədəd tut tingi əkilib. Bunun 117 minini Çindən gətirilən tinglər təşkil edib. 2018-ci ildə Şəki rayonunda 48,2 ton yaş barama istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 30,4 ton artıb.
Masallı rayonunda keçirilən ağacəkmə kampaniyası çərçivəsində Çin Xalq Respublikasından gətirilmiş 20 min tut tingi əkilib. İki gün ərzində aksiyaya qoşulan Ağciyər Xəstəlikləri və Viləş xəstəxanası, Masallı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Masallı Dövlət Regional Kolleci kollektivlərinin, Musakücə, Mahmudavar, Türkoba, Tüklə, Hişkədərə, Bədəlan, Qızılavar, Kolatan, Qodman, Yeyənkəd, Köhnə Alvadı, Təklə, Şərəfə, Həsənli, Xırmandalı, Qızılağac, Yeddioymaq və Şıxlar kəndlərinin sakinləri əkilən ağaclara aqrotexniki qulluq göstərib, onların qorunması üçün mühafizə zolaqları çəkiblər.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 20 mini Füzuli rayonuna verilib. Füzuli Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsindən bildiriblər ki, bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini artıq başa çatıb. Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 30 min ədəd yerli tut tinginin əkilməsi də həyata keçirilib.
Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24,3 ton, 2018-ci ildə isə 37,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 79 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.
Yeni tut bağlarının salınması məqsədilə Zaqatala rayonunun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri ayrılıb. Bu günlərdə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mini Zaqatala rayonunun ərazisində əkiləcək. Artıq bu tinglərdən 45 mininin əkilməsi təmin olunub və ting əkini mütəşəkkil qaydada davam etdirilir.
Bu barədə rayon İcra Hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki, bundan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə payız mövsümündə rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 121 min ədəd yerli tut tingi də əkilib. İlin sonunadək daha 9 min ədəd yerli tingin əkilməsi planlaşdırılır.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cari ilin payız mövsümündə Balakən rayonunun ərazisində 130 min ədəd yerli cins tut tinginin əkilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə rayon ərazisində 25 min ədəd tut tingi əkilib. Bundan başqa, yeni tut bağlarının salınması məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Balakən rayonu ərazisində əkilməsi planlaşdırılır.
Lənkəran Peşə Liseyində “Baramaçılıq” qrupu açılıb
Baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramının icrasına qoşulan Lənkəran Peşə Liseyində ölkəmizin peşə müəssisələri arasında ilk dəfə olaraq bu ilin may-iyun aylarında 170 kiloqram barama tədarük edilib. Peşə təhsili ilə bağlı Strateji Yol Xəritəsinə əsasən, 2018-2019-cu illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Lənkəran Peşə Liseyində ilk dəfə olaraq, “Baramaçılıq” qrupu açılıb. İxtisaslı mütəxəssislər tərəfindən bu qruplarda tədris istehsalat işləri davam etdirilir.
Bu sahədə tədris bazasını möhkəmləndirmək, təhsil alanların praktiki bacarıqlarını artırmaq məqsədilə Azərbaycan hökumətinin dəstəyi ilə Çindən gətirilən tut tinglərinin 3 mini Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə və Lənkəran Peşə Liseyinə verilib.
Artıq liseydə əkin kampaniyasına başlanılıb. Bu işə liseydə fəaliyyət göstərən “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Bitkiçilik-çay, sitrus” və “Baramaçılıq” qrupları qoşulub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58

