/ / Azərbaycanın bölgələrində tingçiliyin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir
Azərbaycanın bölgələrində tingçiliyin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir
18.12.2018 [10:00]
Ölkəmizdə tingçilik təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzindədir
Bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edən Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf siyasəti bütün sahələrdə müsbət göstəricilərin qeydə alınmasını şərtləndirib. İnkişaf göstəriciləri Azərbaycanın bölgələrini də əhatə edir, regionların tərəqqisi ardıcıl səciyyə daşıyır. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müxtəlif istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir.
Qeyd etmək lazımdır ki, bölgələrdə aqrar sektorun inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, müsbət nəticələr əldə olunur. Bu kontekstdə meyvəçiliyin və baramaçılığın inkişafına xidmət edən səmərəli tədbirləri də ayrıca vurğulamaq gərəkdir. Hər iki sahənin inkişafında bir çox faktorlarla yanaşı, müasir tingçilik təsərrüfatlarının da xüsusi rolu var. Ölkəmizdə tingçilik təsərrüfatlarının maddi-texniki bazasının mütəmadi olaraq möhkəmləndirilməsi isə bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Ümumiyyətlə, Azərbaycanın regionlarında tingçiliyin inkişafı diqqət mərkəzində saxlanılır, bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, dekabrın 14-də Qubada şimal bölgəsinin fermerləri mütəxəssislərlə birlikdə “Yeni intensiv bağların salınmasında innovativ metodlarla alınmış tinglərdən istifadə olunması və tingçiliyin elmi əsaslarla inkişafı” mövzusunu müzakirə ediblər. Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti ilə Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkil etdikləri regional müşavirədə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri də iştirak ediblər. Müşavirə tingçiliyin elmi əsaslarla inkişafı, yeni intensiv bağların salınması, becərilməsi, damcı suvarma üsulunun tətbiqi, ting istehsalı, intensiv bağların salınmasında tinglərə tələbatın yerli istehsal hesabına ödənilməsi məsələlərinin müzakirəsi məqsədilə təşkil olunub. Bununla yanaşı, bölgə fermerləri tamamilə yenidən qurulmuş Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan şərait və burada innovativ metodlarla ting istehsalı texnologiyaları ilə əyani tanış olmaq imkanı qazanıblar. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov müşavirədə “Respublikada tingçiliyin inkişafında yeni innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək son zamanlar aqrar sahədə həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, yeni innovativ texnologiyaların tətbiqinə, həmçinin toxumçuluğun və tingçiliyin inkişafına dövlət qayğısı göstərilir, bir çox sahələrdə güzəştlər tətbiq olunur. Məruzədə qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli tingə tələbatının daxili istehsal hesabına ödənilməsi olduğu qeyd edilib. İmran Cümşüdov əlavə edib ki, daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll edilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulub. Qarşılıqlı müzakirələrlə keçən müşavirədən sonra tədbir iştirakçıları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan şərait və burada innovativ metodlarla ting istehsalı ilə əyani tanış olublar. Diqqətə çatdırılıb ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu laboratoriya sayəsində fermerlər sağlam əkin materialları ilə təmin olunacaqlar. Bununla yanaşı, çətin köklənən bitkilərin laboratoriya şəraitində böyüdülməsi də həyata keçiriləcək. Laboratoriyada çalışan əməkdaşlar Belarus və Türkiyədə biotexnologiya üzrə təcrübə keçiblər. Hazırda laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan çox miqdarda eyni bitkilərin alınması mümkündür. Biotexnologiya laboratoriyasında bir tumurcuqdan 105-107 yeni bitki alınır. Laboratoriyanın əməkdaşları 17 bitkinin mikroklonal üsulla çoxaldılmasını mənimsəyiblər. Yaxın gələcəkdə belaruslu və türkiyəli mütəxəssislərlə birgə əməkdaşlıq sayəsində fındıq, qoz və başqa meyvələrin də yeni üsulla artırılmasına başlanılacaq.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda isə əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Tərtərli fermerlərin yetişdirdikləri tinglərdən respublikanın bütün regionlarında meyvə bağlarının salınmasında istifadə edilir. Qaraağacı kəndi ərazisindəki tingçilik təsərrüfatının rəhbəri Mütalib Qurbanov da müxtəlif növ ağac tingləri yetişdirir. M.Qurbanov KİV-ə müsahibəsində bildirib ki, təsərrüfatı yaratmaqda məqsədi daha çox tələbat olan meyvə tinglərini xaricdən gətirib, yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırmaq və çoxaltmaqdır. Xaricdən gətirilən meyvə tinglərinin Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunlaşmasını yoxlamaq üçün sınaq bağı yaratdığını deyən M.Qurbanov hər bir ting bar verdikdən sonra onun satışını həyata keçirdiyini bildirib. Yəni yeni sortların torpaq-iqlim şəraitinə uyğunlaşması, məhsuldarlığı nəzərə alınır. “Hər hansı bir sort Azərbaycan torpaq-iqlim şəraitinə uyğun deyilsə, satışa çıxarmırıq. Məsələn, yerli gilas sortları ilə yanaşı, “Napoleon”, “Romanovka”, “Sputnik” sortlarını yetişdiririk. Onların məhsuldarlığı da yüksək olur”, - deyə o bildirib. Mütalib Qurbanov bağ salmaq istəyən fermerlərə tövsiyə də edib ki, fermerlər ting alarkən təsərrüfat rəhbərləri ilə müqavilə bağlamalı, sertifikat tələb etməlidirlər. “Dövlət Aqrar İnkişaf Mərkəzi ilə əlaqə saxlasınlar. Laboratoriyada torpaq analizinin verilməsi də vacibdir. Hansı torpaqda hansı tingin əkilməsi məqbul sayılarsa, o tingləri alsınlar”, - deyə M.Qurbanov vurğulayıb. Tingçilik təsərrüfatının rəhbəri dövlətimiz tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya, o cümlədən tingçiliklə məşğul olan fermerlərə subsidiya verilməsinə görə razılığını ifadə edib. Bildirib ki, subsidiyaların verilməsi yeni sort meyvə tinglərinin respublikamıza gətirilməsinə, tingçiliyin inkişafına təkan verir.
Bunlarla yanaşı, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mininin Bərdə rayonunda əkilməsi nəzərdə tutulur. Tinglərin əkilməsinə başlanılıb. Bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tinglərin 49 min 650 ədədi artıq Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılır. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 110 min tingin əkilməsi də nəzərdə tutulur. Bu günədək yerli tut tinglərindən 57 min 500 ədədinin əkini həyata keçirilib. Qeyd edək ki, baramaçılığın inkişafı, ipəkqurdunun yem təminatının möhkəmləndirilməsi məqsədilə 2016-cı ildə 60 min 700 ədəd, 2017-ci ildə isə 168 min tut tingi əkilib. Rayon kümçüləri 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə isə 24,5 ton barama istehsal ediblər. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.
Digər tərəfdən, intensiv tipli yeni tut bağlarının salınması məqsədilə bir müddət əvvəl Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 70 mini bölgü əsasında Balakən rayonuna göndərilib. Artıq tinglərin əkini tam təmin olunub. Payız mövsümündə rayon ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 130 min ədəd yerli tut tinginin əkilməsi də planlaşdırılır. Bu günədək rayonun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində nazirlik tərəfindən 72 min ədəd yerli tut tingi əkilib və bu istiqamətdə işlər davam etdirilir.
Baramaçılığın inkişafı məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 7500 ədədi Çindən gətirilmiş, 15 min ədədi isə yerli olmaqla, 22 min 500 ədəd tut tingi əkilib. Qeyd edək ki, ötən ilin payızında xocavəndli məcburi köçkünlər tərəfindən Beyləqan rayonu ərazisində 15 min 500 ədəd tut tingi əkilib. Uzun illərdən sonra ilk dəfə olaraq ipəkqurdu bəsləyən xocavəndli məcburi köçkünlər 1 ton 47 kiloqram barama tədarük ediblər.
Saatlıda isə ilin sonunadək 15 min ədəd tut tingi əkiləcək. Daha dəqiq desək, Çin Xalq Respublikasından ölkəmizə gətirilən və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yetişdirilən tut tinglərindən 15 min ədədi Saatlıda əkilir. Tut tinginin 5 min ədədi Çin Xalq Respublikasından gətirilib, 10 mini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılıb. Tut tingləri rayonun Bəylər kəndi ərazisində, Sabit kanalının sağ qolu boyunca və Mil-Muğan kollektorunun mühafizə zolağında əkilir. Artıq tinglərdən 4 min 900 ədədi əkilib. Qalan 1100 ədədinin əkini isə yaxın günlərdə başa çatdırılacaq. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər. Qeyd edək ki, rayonda 2016-cı ildə 60 min, 2017-ci ildə isə 4 min ədəd tut tingi əkilib.
Bütövlükdə, Azərbaycanın bölgələrində tingçiliyin inkişafına xidmət edən ardıcıl və məqsədyönlü tədbirlər uğurla davam etdirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

