Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionlarda əhali elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunur

Regionlarda əhali elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunur

22.12.2018 [10:44]

Qış aylarında bölgələrdə elektrik enerjisi ilə təchizatda heç bir problem gözlənilmir
Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən siyasət bütün sahələrin tərəqqisinə səbəb olub. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər xüsusi önəm kəsb edir. Məhz bu proqramlar çərçivəsində ötən 15 il ərzində regionlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, həmçinin bölgələrdə istər qazlaşdırma, istər elektrik enerjisi ilə təminat, istərsə də digər kommunikasiya və xidmət sahələrinin yüksək səviyyəyə çatması istiqamətində mühüm addımlar atılıb.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi istiqamətində görülən işlər elektrik enerjisi sahəsində də mühüm uğurların əldə edilməsinə səbəb olub.
Ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində atılan addımlar, eləcə də bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam etdirilir. Qeyd edilməlidir ki, son 15 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda sözügedən sahədə reallaşdırılan infrastruktur quruculuğunun bariz nümunəsidir. Əgər 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idisə, son 15 ildə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda Azərbaycan həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Eyni zamanda, ötən 12 ildə “Azərişıq” ASC-nin balansındakı paylayıcı elektrik şəbəkələrində 54 ədəd yeni 110 kV-luq yarımstansiyalar inşa edilib. Yeni inşa edilmiş 35 kV-luq yarımstansiyaların sayı isə 163-ə çatır. 2006-2018-ci illərdə 5322 transformator və komplekt transformator məntəqəsi inşa olunub. 759580 dayaq quraşdırılıb, 47650 kilometr uzunluğunda müxtəlif gərginlikli hava və kabel xətti çəkilib. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq” ASC-nin regional elektrik şəbəkələrində texniki itkilər 2018-ci ilin 9 ayının yekununa görə 10 faizə endirilib. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlindəki 9500 meqavoltamperdən 2018-ci ilin sonuna bu göstərici 12900 meqavoltamperə çatdırılacaq.
Artıq qış mövsümünün başlandığını nəzərə alsaq, əhalinin elektrik enerjisinə olan tələbatının da yüksəldiyini deyə bilərik. “Azərişıq” ASC-dən bildirilib ki, qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq: “Bizim əsas missiyamız 24 saat ərzində hər bir abonentimizin keyfiyyətli elektrik enerjisi ilə təchizatıdır”.
Hazırda bütün yarımstansiyalarda cari təmir işləri başa çatdırılır. Elektrik Şəbəkələri hava şəraitinin dəyişkənliyi nəticəsində hər hansı qəza baş verərsə, həmin qəzaların operativ aradan qalıdırılmasına tam hazırdır. 24 saat Çağrı mərkəzi fəaliyyət göstərir və abonentlər 199 nömrəsinə zəng edərək problemlərini rahat şəkildə çatdıra bilərlər.
Bakı şəhərinin elektrik şəbəkələrində irimiqyaslı yenidənqurma işləri aparılmaqla yeni güc mərkəzləri yaradılıb, elektrik enerjisi itkilərinin azaldılması, enerji haqlarının vaxtında və tam şəkildə yığılması üçün təşkilati və texniki islahatlar aparılıb, beynəlxalq standartlara uyğun 110 və 35 kV-luq dairəvi elektrik təchizatı sxemləri, yeni 110;35;10;6 və 0,4 kV-luq elektrik şəbəkələri infrastrukturu yaradılıb. Şəhərin paylayıcı elektrik şəbəkəsinin normalara uyğun istismarının təşkili, qorunub saxlanılması, gözlənilən inkişafa uyğun artan elektrik güclərinin qarşılanması üçün lazımi texniki tədbirlərin, yəni mövcud köhnəlmiş şəbəkənin yenilənməsi, genişləndirilməsi, yeni güc mərkəzlərinin, 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması, qəza hallarında operativliyin yüksəldilməsi və dayanıqlı elektrik enerjisi təminatının yaradılması üçün 24 ədəd 110 kV-luq, 86 ədəd 35 kV-luq, 2062 ədəd 10-6 kV-luq yarımstansiya inşa edilib, 29400 kilometr müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib.
“Azərişıq” ASC tərəfindən regionlarda 26 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq, 3260 ədəd 10-6 kV-luq yarımstansiyalar inşa edilib, 17725 kilometr müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib.
Onu da qeyd edək ki, Abşeron rayonunun Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli təmin olması ilə əlaqədar yeni inşa edilmiş 35/10 kV-luq “Məhəmmədi” və “Masazır” yarımstansiyalarında adıçəkilən qəsəbələrin əlaqələndirici xətləri yenilənib. “Azərişıq” ASC-dən bildirilib ki, Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçısı dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. Yeni Saray, Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalarda əlaqələndirici xətlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə tam təmin ediləcək.
Eyni zamanda, “Azərişıq” ASC tərəfindən ölkəmizin Şimal-Qərb regionunda istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 11 ayı ərzində əsaslı işlər görülüb.
“Şimal-Qərb” RETSİ-nin inzibati ərazisinə daxil olan Oğuz Elektrik Şəbəkəsi üzrə 2018-ci ilin 11 ayı ərzində rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 35/10 kV-luq “Oğuz” Y/st-da 2 ədəd 10 MVA gücündə transformator quraşdırmaqla yeni müasir tipli yarımstansiya tikilib istifadəyə verilib. Balakən rayonunun Kortala kəndində daxili imkanlar hesabına 35/10 kV-luq Y/st-nın da tikintisinə başlanıb. Qəbələ rayonunda isə 110/35/10 kV-luq “Qəbələ” Y/st-dakı 1 ədəd 16 MVA və 1 ədəd 25 MVA transformatorun əvəzinə 2 ədəd 40 MVA gücündə transformator quraşdırılıb və Y/st müasir üslubda yenidən qurulub. Həmçinin Vəndam qəsəbəsində 2 ədəd 16 MVA gücündə transformator quraşdırılaraq, 35/10 kV-luq “Vəndam” Y/st tikilib istifadəyə verilib. “Şimal-Qərb” RETSİ-nin inzibati ərazisinə daxil olan İsmayıllı EŞ-nin 110/35/10 kV-luq “İsmayıllı” Y/st-dakı 1 ədəd 16 MVA və 1 ədəd 10 MVA transformatorun əvəzinə 2 ədəd 16 MVA gücündə transformator quraşdırılaraq modernizasiya işi aparılıb. Rayonun Topçu kəndində isə 1 ədəd 10 MVA gücündə transformator quraşdırılmaqla 110/35/10 kV-luq “Topçu” Y/st fəaliyyətə başlayıb. Y/st-nın 10 kV-luq Qafqaz hava xətti ilə əlaqələndirilməsi üçün 50 ədəd dayaq basdırılaraq, 1.5 km uzunluğunda ikidövrəli xətt çəkilib. Daha bir yarımstansiya Şamaxı rayonunda istifadəyə verilib. Rayonun Nəsimi qəsəbəsində 2 ədəd 10 MVA gücündə transformator quraşdırılaraq, 35/10 kV-luq “Nəsimi” Y/st tikilib və 5 ədəd 10 kV-luq EVX həmin Y/st-nin üzərinə köçürülüb.
Bu ilin 11 ayı ərzində Şimal-Qərb RETSİ üzrə ümumilikdə 98 ədəd yeni quraşdırılmış KTM 10-0,4 kV-luq şəbəkəylə əlaqələndirilib, 500-ə yaxın transformatorda cari təmir işləri aparılıb. Ərazidə istismar müddəti başa çatmış müxtəlif gərginlikli 1825 ədəddən çox dayaq yeniləri ilə əvəzlənmiş 450 km məsafədən artıq hava xətlərində təmir işləri başa çatdırılıb. Hesabat dövründə Şimal-Qərb regionu üzrə 4224 yeni sayğac quraşdırılaraq abonentlərin istifadəsinə verilib.
Qarşıdan gələn qış fəslini nəzərə alaraq regionun bütün ərazilərində, o cümlədən dağlıq yerlərdə texniki baxış və təmir işləri sürətləndirilib. Qəza xidmətinə olunan müraciətlər nəzərə alınaraq xüsusi briqadalar yaradılıb, müraciətlərin dərhal təmin edilməsi üçün xüsusi iş planı hazırlanıb.
Hazırda Şimal-Qərb regionunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilir.
Bu ilin ötən dövründə Hacıqabul rayonunda da sözügedən istiqamətdə əsaslı işlər görülüb. Belə ki, rayonun Qarasu kəndində yeni inşa edilmiş 110/35/10 Kv-luq Qarasu yarımstansiyasında 2 ədəd 50,0 mVa, Pirsaat qəsəbəsində yeni inşa edilmiş 35/6 kV-luq 752 saylı yarımstansiyada isə 2 ədəd 10,0 mVa gücündə transformator quraşdırılıb. Eyni zamanda, Pirsaat qəsəbəsində 7, Navahı kəndində isə 8 ədəd müasir tipli komplekt transformator məntəqələri (KTM) quraşdırılıb.
Bu barədə verilən məlumatda o da qeyd edilir ki, Muğan qəsəbəsində 35 kV-luq Udullu hava xəttinin 1 saylı qapalı paylayıcı qurğuya qoşulmasında 2 ədəd 35 kV-luq dəmir konstruksiyalı aknker dayaq, 8 ədəd 35 kV-luq aralıq beton dayaqlar istifadə olunmaqla 1,4 km məsafədə 35 kV-luq hava xətti çəkilib. Abonentlərə 198 ədəd PAUD smart kart tipli sayğac quraşdırılıb. İlin ilk 9 ayında Navahı kəndində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 270 ədəd dəmir-beton dayaq basdırılmaqla 13,5 km məsafəyə 6 kV-luq hava xətti çəkilib. Birinci Udullu kəndində 6 ədəd komplekt transformator məntəqələri (KTM) quraşdırılıb, Pirsaat qəsəbəsində 0,4 kV-luq elektrik veriliş xətlərində 824 ədəd metal dayaqlar basdırılıb və 20 km məsafədə açıq naqillər özünü daşıyan izolyasiyalı (ÖİN) naqillərlə əvəz olunaraq istehlakçıların istifadəsinə verilib. Udullu massivində 22 ədəd Komplekt Transformator məntəqələri quraşdırılıb, 6 km 0,4 Kv-luq xətt çəkilib. Atbulaq kəndində 35/6 Kv-luq 751 saylı Atbulaq yarımstansiyasında 4,0 mVa transformator 6,3 mVa transformatorla əvəz olunub. Atbulaq kəndi ərazisində 4 ədəd KTM quraşdırılıb, 670 ədəd 6 kv-luq dayaq basdırılmaqla 21,1 km uzunluqda 6 kv-luq EVX çəkilib. Abonentlərə 296 ədəd PAUD smart kart tipli sayğac quraşdırılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 797 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30