2018-ci ildə 41 kənddə içməli su layihələri icra olunub
28.12.2018 [09:39]
Bu il icra edilən layihələr çərçivəsində kəndlərdə 300 kilometrdən artıq magistral və paylayıcı su xətləri çəkilib, 14 subartezian quyusu qazılıb, əhalinin ümumi istifadəsi məqsədilə 1000-dən artıq bulaq quraşdırılıb
(əvvəli ötən sayımızda)
İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrasından razılığını bildirib. Qeyd edib ki, layihələrin icrasının tam başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Görüşdə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Tərtər və Gədəbəy şəhərlərində su və kanalizasiya, Astara şəhərində isə su şəbəkələrinin tikintisi yekunlaşıb. Hazırda Daşkəsən şəhərində layihənin icrası davam etdirilir. Qazax şəhərində isə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsinin icrasına 2019-cu ilin əvvəlində başlanılacaq.
Xarici ölkələrlə əməkdaşlıqdan söz düşmüşkən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını da davam etdirir. Azərbaycan hökumətinin və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri aparılır.
Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2017-ci ilin iyulunda başlanılan layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin hesabına aparılacaq. Bildirək ki, buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan +118 “Abşeron” və +82 “Masazır” su anbarlarının, həmçinin anbarlardan şəhərə qədər 4,5 kilometr uzunluğunda magistral su xəttinin tikintisi nəzərdə tutulur. Hazırda magistral kəmərin 1,3 kilometrlik hissəsi inşa olunub və su anbarlarının tikintisi davam etdirilir.
Bununla bağlı verilən məlumatda həmçinin Xırdalan şəhərində 168 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisinin və 21 min 170 ədəd ev birləşməsinin verilməsinin, abonentlərin sayğaclarla təmin olunmasının da nəzərdə tutulduğu vurğulanıb. Artıq paylayıcı su şəbəkəsinin 108 kilometrlik hissəsində işlər yekunlaşıb, 11 min 582 ev birləşməsi və 902 sayğac quraşdırılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının 251-i sistemə qoşulub.
Eyni zamanda, Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulub. Belə ki, inşası nəzərdə tutulan 109 kilometr uzunluğundakı kanalizasiya şəbəkəsinin indiyədək 61 kilometrlik hissəsinin tikintisi yekunlaşıb, 4899 ədəd kanalizasiya ev birləşməsi verilib.
Layihə üzrə tikinti-quraşdırma işləri 2019-cu ildə başa çatacaq. Artıq şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişinin yekunlaşdığı küçələrin asfaltlanması işləri aparılır. Belə ki, bir çox prospekt və küçələrdə işlər yekunlaşıb. Hazırda şəhərin Nizami küçəsində yolun yenidən qurulması işləri aparılır.
Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı ödəmək iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.
Yuxarıda da vurğuladığımız kimi, ölkəmizdə mükəmməl infrastruktur təminatının yaradılması istiqamətində görülən işlər sırasında isə əhalinin içməli suya olan tələbatının ödənilməsi, regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması da mühüm yer tutur. Və başa çatmaqda olan ilin son ayı ərzində də bu istiqamətdə işlər davam etdirilir.
Məsələn, Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamının icrası çərçivəsində cari ildə Zaqatala rayonunda 13, Balakən rayonunda isə 9 subartezian və artezian quyusu qazılaraq istismara tam hazır vəziyyətə gətirilib.
Şəki Subartezian Quyularının İstismarı İdarəsinin Zaqatala istismar sahəsinin rəisi Umar Qardaşov KİV-ə açıqlamasında bildirib ki, rayon yerlərində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, 2014-2017-ci illərdə təkcə Zaqatala rayonunda 54, Balakən rayonunda isə 30 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində Zaqatala rayonunda 520 hektar, Balakən rayonunda isə 180 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. Eyni zamanda, Zaqatala rayonu üzrə 11 min, Balakən rayonu üzrə isə 6 min nəfər əhalinin içməli suya tələbatı tam ödənilib. Bu il qazılan quyular istismara verildikdən sonra Zaqatala rayonu üzrə əlavə olaraq 130 hektar, Balakən rayonu üzrə isə 90 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı daha da yaxşılaşacaq. Umar Qardaşov bildirib ki, görülən işlər əhali tərəfindən də razılıqla qarşılanır. Çünki subartezian quyuları əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Ümumiyyətlə, əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir.
Ağdam Mexaniki Suvarma İdarəsindən bildiriblər ki, rayonun 35,4 min hektar əkin sahəsi 843 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı vasitəsilə suvarma suyu ilə təmin edilir. Son 10 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 163 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən, rayonun 11 yaşayış məntəqəsində 17 subartezian quyusunun qazılması başa çatdırılıb. Dövlətimizin başçısının “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” noyabrın 5-də imzaladığı digər Sərəncama əsasən isə daha 35 subartezian quyusunun qazılmasına başlanılıb. Bu quyuların qazılması ilə rayonun 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2018-ci ildə 3110 hektar pambıq, 7583 hektar dənli, 14 min 791 hektar yemlik bitkilər, 420 hektar qarğıdalı, 5000 hektar bostan və tərəvəz, 700 hektar şəkər çuğunduru, 96 hektar çoxillik bitkilər, 3700 hektar həyətyanı sahələrin suvarma suyuna olan tələbatı ödənilib. Ümumilikdə ilin əvvəlindən müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmiş sahələr 4,5 dəfə suvarılıb. Hazırda taxıl əkinlərinin suvarılması ilə yanaşı, pambıq əkiləcək sahələrdə də arat işlərinə başlanılıb.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, ölkəmizdə əhalinin sosial problemlərinin həlli, həmçinin mükəmməl infrastruktur təminatının yaradılması Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının bununla bağlı verdiyi tapşırıq və tövsiyələr, həmçinin imzaladığı sərəncamlar da deyilənləri və bu siyasətin davamlı xarakter daşıdığını təsdiqləyir. Yeri gəlmişkən, Prezident İlham Əliyev dekabrın 19-da “Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sözügedən Sərəncama əsasən Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 23 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

