/ / Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər müvəffəqiyyətlə davam etdirilir
Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər müvəffəqiyyətlə davam etdirilir
24.01.2019 [09:40]
Bölgələrdə avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı ardıcıl və məqsədyönlü işlər həyata keçirilir
Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılmasını təmin edir. Ölkəmizdə infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə səmərəli tədbirlər həyata keçirilib, mühüm nəticələr əldə olunub. Bu baxımdan, yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin uğurla icra olunması da böyük əhəmiyyətə malikdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr də müvəffəqiyyətlə icra edilib.
Qeyd etmək lazımdır ki, yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər davamlı xarakter daşıyır. 2018-ci ildə ölkəmizdə 2 min kilometr avtomobil yolu salınıb və bu, rekord göstərici olaraq dəyərləndirilir. Ötən il bütövlükdə 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Ümumiyyətlə, 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolunun salınması infrastruktur quruculuğu istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlərin real nəticəsini əks etdirir. Təsadüfi deyil ki, ölkəmiz Davos Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə dünyada 34-cü yerdə qərarlaşıb. Azərbaycan bu göstərici ilə inkişaf etmiş bir çox ölkələri də geridə qoyub və şübhəsiz ki, bu proses davamlı xarakter daşıyır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 4-də “Beyləqan rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (137 km)-Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. İyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (137 km)-Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Dövlətimizin başçısı yanvarın 7-də isə “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bundan başqa, Prezident İlham Əliyev yanvarın 8-də “Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. On səkkiz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Yanvarın 9-da isə Prezident İlham Əliyev “Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ağstafa rayonunda Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 9,3 kilometr təşkil edir. Layihə üzrə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, təqribən 22 min kubmetr həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülərək kipləşdirilir. Məlumata əsasən, yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması, küvetlərin açılması tələb olunur. Məhz bu səbəbdən 11 ədəd 300 millimetrlik, 2 ədəd isə istismara yaramayan 1000 millimetrlik suötürücü borunun çıxarılması, əvəzinə 132 poqonmetr uzunluğuna malik diametri 500 millimetrlik olan və 42 poqonmetr uzunluğunda diametri 1000 millimetrlik dəmir-beton boruların quraşdırılması, həmçinin boru başlıqlarının dəmir-betonla tikintisi layihədə nəzərdə tutulub. Bundan başqa, avtoqreyderlə 6500 poqonmetr küvetlərin açılması işləri də aparılacaq. İşlərin sonuncu mərhələsində yolboyu 3 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 18 kilometr göstəricisi və 380 siqnal dirəyi quraşdırılacaq, 28 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Avtomobil yolunun yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışına imkan yaranacaq.
Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər respublika əhəmiyyətli yolları da əhatə edir. Bu yollardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan Tərtər-Hindarx avtomobil yoludur. Layihə üzrə işlər artıq yekunlaşmaq üzrədir. III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 26 kilometrlik hissəsində asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəldiyindən yolun yenidən qurulmasına ehtiyac var idi. Yolun yenidən qurulması işləri çərçivəsində mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb. Əvəzinə qum-qırmadaş qarışığından alt layın, optimal-çınqıl qarışığından isə üst layın təmiri işləri görülüb. Çiyin hissələr 80 min kvadratmetr sahədə optimal-çınqıl materialı ilə bərkidilib. Layihəyə uyğun olaraq, yol boyu diametri 500 və 700 millimetr olan 290 poqonmetr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonmetr dəmir-beton suötürücü borular quraşdırılıb. Hazırda alt layı 7 santimetr, üst layı isə 5 santimetr olmaqla, 15 santimetr qalınlığında asfalt-beton qarışığından yol örtüyünün salınması işləri sürətlə davam etdirilir. Artıq yolun 8,5 kilometr hissəsində işlər yekunlaşıb. 12 kilometrdə isə alt lay asfalt örtüyün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib. Layihə çərçivəsində 12 avtobus dayanacağı inşa olunacaq. Yolboyu hərəkətin normal təşkili üçün nişan və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Tikintinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur. Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 kilometrlik hissəsinin yenidən qurulması ilə vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşacaq. Odur ki, avtomobil yolunun yenidən qurulması sakinlərin sevincinə səbəb olub.
Bununla yanaşı, Prezident İlham Əliyevin Sərəncamına müvafiq olaraq 55 kilometrlik Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işləri aparılır. Avtomobil yolunda sürüşmənin aktiv olduğu yerlərdə bərkitmə işlərinə başlanılıb. Sürüşmə aktivliyinin daha çox müşahidə edildiyi yerlərdə uzunluğu 100-150 metr, hündürlüyü 4, bəzi yerlərdə isə 5 metrə çatan beton istinad divarları tikilir, bardürlər düzülür. Ərazidə, həmçinin suötürücü qurğular, rabitə xətləri, işıq dirəkləri, elektrik və qaz xətləri də yenilənəcək. Əsaslı təmir olunan yolun eni 10 metr nəzərdə tutulub, bunun 7 metrini asfalt-beton örtüyü təşkil edəcək. Təmir işlərinə 70-ə yaxın işçi qüvvəsi və 60-dək ağır texnika cəlb olunub. Lənkəran-Lerik avtomobil yolunun asfaltlanması işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulub. Lerik rayonu ölkəmizin cənub bölgəsinin turizm rayonlarından olduğu üçün yol infrastrukturunun müasir standartlar səviyyəsində qurulması yerli sakinlərlə yanaşı, bura gələn həm yerli, həm də xarici turistlərin də rahatlığına xidmət edəcək.
Quba rayonunda isə 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi davam etdirilir. Uzunluğu 46 kilometr olan yolun 40 kilometrinə artıq asfalt döşənib. Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində həyata keçirilir. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilir. Bundan sonra 13-14 metr enində yeni yol yatağı salınır. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Yolun çəkilməsi ilə paralel olaraq 3 körpünün tikintisi də həyata keçirilir. Bunlardan ən böyüyü Vəlvələçay çayı üzərində tikilir. Çayqovuşan adlanan ərazidə inşa olunan körpünün uzunluğu 350 metrdir. Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları tikilir. Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək.
Bütövlükdə, Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər uğurla davam etdirilir. Başqa sözlə, bölgələrdə avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı ardıcıl və məqsədyönlü işlər həyata keçirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

