Ölkəmizdə turizmin inkişafı üçün məqsədyönlü siyasət həyata keçirilir
06.03.2019 [09:34]
Azərbaycanın regionlarında yeni sanatoriyaların, mehmanxanaların inşası, mövcud olan obyektlərin təmiri və bərpası bunu bir daha sübut edir
(əvvəli ötən sayımızda)
Xatırladaq ki, Naftalanda görülən işlər son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşası, mövcud olan obyektlərin təmiri və bərpası kurort zonalarının inkişaf etdirilməsi üzrə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.
Turizmin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin tərkib hissəsi kimi, 2019-cu ildə Azərbaycanın turizm imkanlarının Rusiyada təbliği işləri də intensivləşdirilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, 20-dək yerli turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, bəzi razılaşmalar əldə olunub.
Məlumatda o da bildirilir ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir. Fevralın 22-də Rusiyanın Moskva şəhərində keçirilən “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar”da Rusiya bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim olunması bu işlərin əsasını təşkil edir.
Bu işlərin nəticəsidir ki, 2018-ci il üzrə Rusiya ölkə turizminin səyahətçi sayına görə ən böyük payına malik olmaqla (31 faiz) Azərbaycan turizm bazarına liderlik edir. Belə ki, 2018-ci ildə Azərbaycana gələn rusiyalı qonaqların sayı təxminən 900 min nəfər olmaqla 2017-ci ilə nisbətdə 5 faiz artıb.
Bununla yanaşı, bu yaxınlarda Moskvada keçirilən “Azərbaycan: istirahət və biznes turizmi” seminarı çərçivəsində ölkəmizin “Yenidən fərqli baxışla bax” turizm brendinin təqdimatı olub. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkil etdiyi tədbirdə ölkəmizin 30 turizm şirkəti iştirak edib. Onlar 200-dən çox yerli turizm şirkəti ilə görüşlər keçirib, əməkdaşlıq əlaqələrini müzakirə edib. Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, Rusiya hazırda Azərbaycan turizmi üçün əhəmiyyətli ölkələrdən biridir. Azərbaycan Turizm Bürosunun Rusiya nümayəndəliyi yaxın vaxtlarda bu ölkənin böyük şəhərlərində, o cümlədən Moskvada, Sankt-Peterburqda və digər regionlarda respublikamızın turizm imkanlarının təqdimatını keçirməyi planlaşdırır.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt təqdimat mərasimində çıxış edərək bildirib ki, 2018-ci ildə Rusiyadan Azərbaycana təxminən 900 min turist gəlib ki, bu da 2017-ci illə müqayisədə 5 faiz çoxdur. Turizm bürosunun rəhbəri Bakıda keçiriləcək Formula 1 Qran-pri yarışlarının və UEFA Avropa Liqasının final oyununun rusiyalı turistlər üçün maraqlı olacağını da vurğulayıb.
Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəsi Kseniya Kiriçenkonun sözlərinə görə, yaxın beş ildə Rusiyadan Azərbaycana turist axınını iki dəfə artırmaq nəzərdə tutulub. “Bugünkü tədbirdən məqsədimiz rusiyalı turistlərə Azərbaycanın tarixi, müasir həyatı, mədəniyyəti, mətbəxi, turizm imkanları barədə məlumat verməkdir. Azərbaycanın 9 iqlim qurşağının olması turistlərə həm qarlı dağlarda xizək sürmək, həm də narın qumlu çimərliklərdə dincəlmək, maraqlı festivallarda, idman tədbirlərində iştirak etmək imkanı verir. Mən hamıya bu ölkəni bir daha kəşf etməyi arzu edirəm”, - deyə K.Kiriçenko söyləyib.
Moskvanın “Zima-tur” agentliyinin xarici əlaqələr üzrə direktoru Alla Karasyuk şirkətin artıq 15 ildir Azərbaycana turların satışı ilə məşğul olduğunu qeyd edərək deyib ki, rusiyalılar Azərbaycanın termal kurortları, sanatoriyaları və müalicə ocaqları ilə maraqlanırlar. Rusiyalı turizm mütəxəssisi Azərbaycan tərəfinin turizm bazarına çıxardığı konferens-paketlərin çeşidini artırmasını da təklif edib.
Belarus Respublikası ilə Azərbaycan arasında da turizm əlaqələri inkişaf edir. Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç qeyd edib ki, Belarus ilə Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafının nəticəsidir ki, 2018-ci ildə iki ölkə arasında turizm xidmətlərinin dövriyyəsi 21 milyon dollardan çox olub, bu isə 12 faizdən çox artım deməkdir. Eyni zamanda ötən il Azərbaycan vətəndaşları Belarusun sanatoriya-kurort və sağlamlıq müəssisələrində səfər edən xarici ölkə vətəndaşları arasında ilk beşlikdə qərarlaşıb. G.Axramoviç bildirib ki, ötən ilin aprelində Belarusun turizm şirkətləri 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisində iştirak edib. Bu il də Belarus Respublikası Milli Turizm Agentliyi tərəfindən “AITF 2019” beynəlxalq sərgisində daha geniş milli ekspozisiya təqdim olunacaq. Həmçinin Azərbaycanın turizm şirkətlərinin Belarusda keçiriləcək ənənəvi sərgidə iştirakı planlaşdırılır.
Cənub qonşumuz İran İslam Respublikasındakı müvafiq qurumların da Azərbaycan turizm sahələrinə diqqəti artmaqda davam edir. İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun mədəniyyət və turizm üzrə müavini Hüseyn Həmzəli Naxçıvan Muxtar Respublikasına səfər zamanı apardığı müşahidələrin nəticəsi olaraq bildirib ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi dünyada tayı-bərabəri olmayan bir yerdir: “Mərkəzdə insanların heç bir dərman preparatından istifadə etmədən, təbii şəkildə müalicə ala bilməsi çox gözəldir. Duzdağla tanışlıq zamanı bunun üçün yüksək səviyyədə şərait yaradıldığının şahidi olduq”.
Yeri gəlmişkən, qeyd edək ki, martın 1-də Pekində Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, memorandum sənədini Azərbaycan tərəfdən agentliyin sədri Fuad Nağıyev, Çin tərəfdən isə bu ölkənin mədəniyyət və turizm nazirinin müavini Can Su imzalayıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir. “Yeni müqaviləyə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50 faiz artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, - deyə Fuad Nağıyev bildirib. Agentliyin sədri qeyd edib ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. F.Nağıyev onu da bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin iki dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı, Dövlət Turizm Agentliyinin sədri belə deyib: “Turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır. Biz turizm sənayesinin təmsilçiləri cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq”.
Qeyd edək ki, 2018-ci ilin aprelində yaradılan Dövlət Turizm Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən ölkəyə turistlərin cəlb edilməsi üçün 2018-2023-cü illəri əhatə edən konsepsiya hazırlanıb. 2020-ci ilin sonuna qədər ölkənin turizm potensialının tanıdılması məqsədilə beynəlxalq sərgilərdə iştirak, prioritet bazarlarda təqdimatların keçirilməsi də daxil olmaqla, geniş miqyaslı təbliğat işlərinin görülməsi nəzərdə tutulub. Bundan əlavə, biznes nümayəndələri ilə görüşlər təşkil olunur, KİV-lərdə və sosial şəbəkələrdə aktiv iş aparılır.
Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası regionlardakı hotellərlə əməkdaşlığın genişləndirilməsi üzrə işlərə də başlayıb. Belə ki, 2019-cu ilin 20-24 fevral tarixlərində Azərbaycan Hotel Assosiasiyasının (AHA) nümayəndələrinin regionlara silsilə səfərləri çərçivəsində Quba, Qəbələ, Gəncə və Lənkəranda ətraf bölgələrin hotellərinin rəhbərləri ilə görüşlər keçirilib. AHA-nın nümayəndələri fevralın 20-də Qubada Qusar, Quba, Şabran, Xaçmaz, Nabran, Siyəzən və Xızıda yerləşən mehmanxanaların, fevralın 21-də Qəbələdə Şamaxı, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçayda yerləşən hotellərin, fevralın 23-də Gəncədə Göygöl, Mingəçevir, Naftalan, Şəmkir, Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə, Qazax, Ağstafa ərazisindəki hotellərin, habelə fevralın 24-də isə Lənkəranda Masallı, Lerik, Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul və İmişlidə yerləşən hotellərin nümayəndələri ilə görüşlər keçiriblər.
Görüşlərdə assosiasiyanın əsas məqsəd və fəaliyyət istiqamətləri haqqında məlumat verilib, hotel nümayəndələrinin fikirləri dinlənilib, qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb. Vurğulanıb ki, region hotelləri ilə Azərbaycan Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsi mövcud problemlərin aradan qaldırılmasına xidmət edəcək.
Tədbirlər çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun regionların turizm imicini formalaşdırmağı və destinasiya brendini yaratmağı hədəfləyən yeni qurumları - Quba və Şəki üzrə Destinasiya Menecment təşkilatlarının (DMT) da təqdimatı olub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.
Bildirmək yerinə düşər ki, ötən ildə olduğu kimi, bu ilin ilk ayında da Azərbaycana gələn turistlərin sayında artım müşahidə edilib. Belə ki, Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən bu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş gəlib. Bu rəqəm isə ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3 faiz çoxdur. Ölkəmizə səyahət edən əcnəbilər arasında ən çox artım 22 faizlə Gürcüstandan gələnlər arasında təşkil edib. Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2 mindən çox xarici vətəndaş gəlib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20

