Regionlarda yazlıq bitkilərin əkini uğurla davam edir
19.03.2019 [09:13]
Bölgələrdə kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanda həyata keçirilən siyasət istər regional layihələrin, istərsə də müvafiq Dövlət proqramlarının uğurla icrasına imkan yaradır. Bu isə spesifik milli inkişaf modelinə malik olan ölkəmizin tərəqqisinin konseptual əsaslara söykəndiyini bir daha təsdiqləyir. Ümumiyyətlə, son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir: “Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək”.
Məhsuldarlığın artırılması istiqamətində işlər görüldüyünü vurğulayan dövlətimizin başçısı deyib: “Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi”.
Qeyd edək ki, 2018-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 10 milyon manat təşkil edib. Bunun 3 milyard 824 milyon manatı heyvandarlıq, 3 milyard 186 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən il 2017-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 6,8 faiz artıb.
2019-cu ilin yanvar-fevral aylarında isə diri çəkidə 80,5 min ton ət, 304,9 min ton süd, 283 milyon ədəd yumurta, 27,3 min ton tərəvəz istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 0,4 faiz, tərəvəz istehsalı isə 1,7 dəfə artıb. Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 2,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 43,7 faiz artım qeydə alınıb.
Hazırda kənd təsərrüfatının aparıcı sahəsi olan bitkiçiliyin inkişafı istiqamətində ciddi tədbirlər görülür. Göygöl rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə keçirilən “Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi də bu qəbildəndir. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxsləri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, həmçinin 41 rayondan taxılçılıqla məşğul olan 89 fermer iştirak edib.
Tədbiri açan Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilməlidir. Arif Seyidov vurğulayıb ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədəki çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar sahənin inkişafına xüsusi diqqət yetirir: “Taxılçılıq kənd təsərrüfatının ən aparıcı sahəsidir. Digər sahələrdə olduğu kimi, bu sahə də dövlət qayğısı ilə əhatə olunub, dövlət tərəfindən fermerlərə subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları güzəştli şərtlərlə fermerlərə təqdim olunur”.
Nazir Azərbaycanda taxılçılığın inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr barədə məlumat verib. Göygöldə keçirilən tədbirin taxılçılığın inkişafına həsr olunan sayca 3-cü müşavirə olduğunu diqqətə çatdıran nazir bildirib ki, taxılçılığın inkişafı ilə bağlı hər ay qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Həmçinin pambıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrlə bağlı müvafiq tədbirlər təşkil ediləcək. Dövlət tərəfindən həyata keçirilən sistemli tədbirlərin vahid məqsədi var. Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır. Məhsuldarlığı artırmaq üçün bütün aqrotexniki qaydalara riayət edilməlidir. Hazırda taxılçılıqla bağlı torpaqların seçilməsi, şumlanması, malalanması, toxum səpilməsi, birinci mərhələdə gübrə verilməsi işləri görülüb. Amma əsas tədbirlər qarşıdadır. Sahələrin suvarılmasına, qulluq məsələlərinə xüsusi diqqət yetirilməlidir. Müvafiq tədbirlər həyata keçirməli, fermerlərin yanında olmalıyıq”.
Onu da qeyd edək ki, hazırda bölgələrdə bitkiçilik məhsullarının əkininə başlanılıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, mart ayının 1-nə kimi 68,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 13,6 min hektar sahədə dənlilər və dənli paxlalılar, 13,8 min hektar sahədə kartof, 10,3 min hektar sahədə tərəvəz, 30,7 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə bitkilər əkilib.
Bölgələrin nümunəsində deyə bilərik ki, Goranboy rayonunun bir sıra yaşayış məntəqələrində tərəvəzçilik artıq ixtisaslaşmış sahə kimi xarakterizə olunur. Xüsusilə kənd sakinlərinin daha çox gəlir gətirən xiyar və pomidor məhsullarının yetişdirilməsinə marağı çoxalıb. Bu məqsədlə artıq rayonda sahəsi 59260 kvadratmetr olan 17 istilikxana fəaliyyət göstərir. Bu il qeyri-hökumət təşkilatının maliyyə dəstəyi ilə Kələk kəndində hər birinin sahəsi 100 kvadratmetr olan 15 ədəd istilikxana quraşdırılaraq istifadəyə verilib. Hazırda Qızılhacılı qəsəbəsində 5 hektar sahədə, Səmədabad kəndində isə 1,5 hektar sahədə istilikxana tikintisi başa çatmaq üzrədir.
Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə ötən il Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusu və ondan sonrakı 4,95 kilometrlik hissəsi istifadəyə verilib. Kanalın bu hissəsinin istifadəyə verilməsi ilə Goranboy rayonunda daha 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib. Rayonun gələcək inkişafının kənd təsərrüfatı ilə bağlı olduğu nəzərə alınaraq dövlətimizin başçısının tapşırığı ilə bu layihə davam etdiriləcək. Yaxın gələcəkdə əlavə 10 min hektar, sonra isə daha 20 min hektar torpağın suvarma işlərinin bərpası üçün lazımi addımlar atılacaq. Bu da rayonda kənd təsərrüfatının daha sürətlə inkişaf etməsi üçün şərait yaradacaq.
Saatlı rayonunda da yazlıq bitkilərin əkininə başlanılıb. Rayon Statistika İdarəsindən bildiriblər ki, rayonda cari ilin məhsulu üçün 33 min 52 hektar sahədə qış şumu aparılıb. Artıq fermerlər qısa müddətdə şumlanmış sahələrin 1004 hektarında yazlıq bitkilər əkiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 412 hektar çoxdur. Əkin aparılmış sahələrin 743 hektarını yonca, 205 hektarını günəbaxan, 36 hektarını isə tərəvəz sahələri təşkil edir. Bu mövsüm həmçinin rayonda 15 min hektardan çox sahədə pambıq əkini də nəzərdə tutulub. Artıq 13 min 400 hektar sahədə pambıq əkilməsi üçün məhsul istehsalçıları ilə müqavilə bağlanılıb və hazırda rayonda bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, saatlılı əkinçilər ötən il 21 min 622 hektar sahədə yazlıq bitkilər əkini aparıblar. Əkinçilər bu il yazlıq bitkilər əkinini 26 min hektara çatdırmağı qarşıya məqsəd qoyublar.
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda isə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar. Artıq 1912 istehsalçı ilə 5317 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC və 1000 hektarı “P-Aqro” MMC ilə olmaqla, 9675 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının əvvəllərində başlanacaq. Qeyd edək ki, 2018-ci ildə Beyləqan rayonunda 9560 hektar sahədə pambıq əkilib, 21,9 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 22,9 sentner olub. 2017-ci illə müqayisədə pambıq əkini sahələri 11,8 faiz, məhsul istehsalı 6,2 ton, hər hektarın məhsuldarlığı isə 4,5 sentner artıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar. Artıq 1180 istehsalçı ilə 2017 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1350 hektarı “Azərpambıq” MMC və 60 hektarı “P-Aqro” MMC ilə olmaqla, 3427 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaq.
Xatırladaq ki, 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları 2018-ci ildə də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

