Bölgələrdə heyvandarlığın daha da inkişaf etdirilməsi məqsədilə yeni təsərrüfatlar yaradılır
01.06.2019 [09:54]
Özünüməşğulluq Proqramı çərçivəsində iştirakçıların öz təsərrüfatlarını heyvandarlıq sahəsi üzrə qurmaları kənd təsərrüfatı məhsullarının istehsalının artımına öz töhfəsini verəcək
Məlum olduğu kimi, işsizliyin aradan qaldırılması üçün sosial sahədə mühüm təşəbbüslərdən biri olan Özünüməşğulluq Proqramı artıq ölkəmizdə minlərlə aztəminatlı ailənin dövlət dəstəyi nəticəsində fərdi təsərrüfatlara sahib olmalarına və kiçik ailə biznesi əldə etmələrinə şərait yaradan effektiv sosial proqram kimi həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq qurumların böyük rəğbətini qazanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, Özünüməşğulluq Proqramına cəlb olunanların 85 faizi biznes-planlarına uyğun kənd təsərrüfatı, xüsusən heyvandarlıq fəaliyyəti üzrə öz təsərrüfatlarını qurur.
Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycan Prezidenti İlham Əliyev Özünüməşğulluq Proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi olduğunu vurğulayıb: “Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il Özünüməşğulluq Proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir... Azərbaycanda Özünüməşğulluq Proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda ƏƏSMN-in tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimindəki çıxışında da Özünüməşğulluq Proqramının əhatə dairəsinin genişləndirilməsinin vacibliyindən danışıb: “Sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır. Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var”.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaşlara verilən mal-qara Qida Təhlükəsizliyi Agentliyi ilə birgə iş müstəvisində mütəmadi baytar yoxlamalarından keçirilir. Mal-qaraya qulluq qaydaları barədə proqram iştirakçılarına müxtəlif formalarda metodiki dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, digər fəaliyyət sahələri (xidmət, istehsal və s.) üzrə qurulmuş təsərrüfatlara vaxtaşırı baxış keçirilməsi, verilən aktivlərdən düzgün və məqsədyönlü istifadənin vəziyyətinin təhlil olunması da nəzərdə tutulur.
Bununla yanaşı, aktivlərdən istifadəyə nəzarət sisteminin təkmilləşdirilməsi çərçivəsində nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemində özünüməşğulluq proqramının hər bir iştirakçısına dair şəxsi kabinetlər yaradılacaq. Proqramın icra mərhələlərində onunla bağlı aparılmış işlər, yekun olaraq ona verilmiş aktivlər barədə məlumatlar şəxsi kabinetlərində yerləşdiriləcək. Verilən aktivlərin keyfiyyəti (foto və videomateriallarla) və bunu təsdiqləyən sənədlər, aktivlərin verilməsi zamanı vətəndaş məmnunluğu əsasında aktlaşdırma prosesi, aktivlərdən istifadəyə dair aparılmış vaxtaşırı monitorinqlərin nəticələri və s. barədə məlumatlar əlavə ediləcək.
Onu da qeyd edək ki, proqram iştirakçılarına mal və materialların verilməsi prosesində həmin vətəndaşların razılığı xüsusi nəzərə alınır və aktlaşdırılaraq iştirakçının imzası ilə təsdiq edilir, habelə heyvanların sağlamlığına dair müvafiq baytar arayışı təqdim edilir. Ötən il proqram iştirakçılarına 29 min baş mal-qara verilib və təqdim edilmiş aktivlərin keyfiyyəti ilə bağlı monitorinqlər keçirilərkən, habelə vətəndaşların müraciətləri araşdırılarkən onlardan yalnız 119 heyvanın (0,4 faiz) qüsurlu olduğu müəyyən edilib və dərhal dəyişdirilib.
Xatırladaq ki, Özünüməşğulluq Proqramına ayrılan vəsaitin artırılması da gözlənilir. Belə ki, təkcə ötən il proqrama cəlb olunanların sayı 6 dəfə artıb, 7267 nəfər təlimləri uğurla başa vurub, onlardan 6018 şəxs aktivlərlə təmin edilib, vəsaitin xərclənməsində şəffaflıq təmin edilərək xidmət və istehsalat sahəsində 20, kənd təsərrüfatı sahəsində isə 14 faiz olmaqla, ümumilikdə 6,1 milyon manat qənaət əldə olunub.
Özünüməşğulluq üzrə tədbirlər Naxçıvan Muxtar Respublikasında (MR) da uğurla həyata keçirilir. Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların təşkilinə kömək göstərilməsi məqsədilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün rayonlar üzrə, ümumilikdə, 18 aztəminatlı ailə müəyyənləşdirilib və 14 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə inkubator aparatı, 1 nəfərə isə dülgər avadanlıqları verilib.
Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışarkən, qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr icra olunur. Bu məqsədlə uzun müddət ünvanlı dövlət sosial yardımı alan və fərdi təsərrüfatlarını qurmaq üçün müraciət edən ailələrə kömək göstərilir. Nazir bildirib ki, ötən dövrdə özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsirini göstərib. Sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.
Həm Özünüməşğulluq Proqramı, həm də fermer təsərrüfatlarının genişləndirilməsi çərçivəsində Azərbaycanın regionlarında heyvandarlıq sürətlə inkişaf etməkdədir. Cari il aprelin 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 672,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 284,8 min baş inək və camış, 8 milyon 563,7 min baş qoyun və keçi və 5 min 890 baş donuz mövcud olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iribuynuzlu mal-qaranın 48,1 faizini inək və camışlar təşkil edir. Bu dövr ərzində quşçuluq fabriklərində diri çəkidə 18,4 min ton quş əti və 176,5 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 12 milyon 86 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 50 ədəd yumurta alınıb.
Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 33 min 268 baş iribuynuzlu mal-qara, 185 min 337 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur.
Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Cari ilin ötən ayları ərzində heyvandarlıq təsərrüfatlarında 2361,9 ton ət (diri çəkidə), 11 min 695 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 99 ton, süddən isə 3 min 361,9 ton çoxdur. Yumurta istehsalı da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 99 min ədəd artıb.
Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalama məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda Biləsuvarda 4 süni mayalama məntəqəsi fəaliyyət göstərir və bu ilin 4 ayı ərzində bu məntəqələrin mütəxəssisləri tərəfindən ötən il mayalama aparılmış 554 baş inək və düyədən 221 baş buzov alınıb.
Qeyd edək ki, hazırda Biləsuvarın heyvandarlıq təsərrüfatlarında 40 min başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalama yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Saatlı rayonunda da heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır. Rayon statistika idarəsindən verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 755 baş iribuynuzlu mal-qara, 115 min 206 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 1604 baş çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Cari ilin 3 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 1677,3 ton ət (diri çəkidə), 8535,5 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 3,3 ton, süddən isə 12,2 ton çoxdur. 2018-ci ilin eyni dövrü ilə müqayisədə yumurta istehsalında da 814 min artım olub.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

