Regionlarda özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir
28.11.2019 [08:59]
2019-cu ilin sonunadək özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatacağı gözlənilir
Son 16 ildə Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində yaranan müsbət reallıqlardan biri də bölgələrdə insanların əmək bazarına çıxış imkanlarının genişlənməsi ilə bağlıdır. Belə ki, bəhs olunan dövrdə regionlarda müxtəlif mənbələrdən yönəldilən investisiyalar hesabına çoxlu sayda müxtəlif təyinatlı istehsal və xidmət müəssisələri, həmçinin iri fermer təsərrüfatları, aqroparklar yaradılıb. Paralel şəkildə respublikanın bölgələrində fəal məşğulluq tədbirləri həyata keçirilir. Bütün bunlar isə öz növbəsində əmək qabiliyyətli insanların məşğulluğunun və gəlir imkanlarının artmasına müsbət təsir göstərir.
Cari ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb
Respublikamızda dövlət dəstəyi ilə həyata keçirilən fəal məşğulluq tədbirləri sırasında özünüməşğulluq proqramı xüsusi yer tutur. Belə ki, əsasən əhalinin aztəminatlı təbəqələrini əhatə edən özünüməşğulluq proqramına maraq getdikcə artır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ildə özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb. Onlardan 7072-si artıq təlim kursunu uğurla başa vurub. Təlimlərin yekununda biznes-planlarını müdafiə edən 5512 nəfər işsiz və işaxtarana isə biznes planlarına uyğun mal və materiallar verilib. Həmin şəxslər verilmiş aktivlər hesabına artıq öz kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ildə də proqrama cəlb olunanların əksəriyyətini əlilliyi olan şəxslər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, ünvanlı sosial yardımı alan və ya çoxuşaqlı ailələrin üzvləri, gənclər, müharibə veteranları təşkil edir. Bu ilin sonunadək özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10 minə çatacağı gözlənilir.
Özünüməşğulluq proqramının iştirakçıları onlayn maarifləndirmə tədbirindən yararlanıblar
Bir qədər bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə növbəti onlayn maarifləndirmə tədbiri keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ADİU-nun “UNEC Extern” mərkəzindən aqrar sahəyə dair məlumatlandırıcı çıxışlar ediblər. Onlayn maarifləndirmə tədbirinə aqrar sektorda fəaliyyət göstərən sahibkarlarla yanaşı, regionlarda özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahələri üzrə ailə təsərrüfatlarını yaratmış vətəndaşlar da cəlb ediliblər.
Tədbir çərçivəsində aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması barədə məlumatlar verilib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni subsidiya qaydaları barədə məlumatlandırma işi aparılıb.
İştirakçıların müvafiq mövzularda sualları da cavablandırılıb. Ümumilikdə onlayn maarifləndirmə tədbirindən Bakı və bölgələrdə 1300-dən çox sahibkar və proqram iştirakçısı yararlanıb.
Həssas qrupların kiçik biznesə çıxışında özünüməşğulluq proqramının roluna dair ictimai müzakirə təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri və nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev Tərtər rayonunda “Sosial yardım asılılığından özünüməşğulluğa doğru” mövzusunda keçirilən ictimai müzakirədə iştirak ediblər.
Tədbir nazirliyin sosial sifarişi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən icra edilən “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində, nazirlik yanında İctimai Şuranın əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupu ilə birgə təşkil edilib.
Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində keçirilən tədbirdə nazirliyin müvafiq bölgə üzrə yerli qurumlarının əməkdaşları, İctimai Şuranın ayrı-ayrı üzvləri, layihə iştirakçıları, özünüməşğulluq proqramına müraciət edən həssas qrupların nümayəndələri iştirak ediblər. İctimai müzakirədən əvvəl tədbir iştirakçıları Regional Peşə Təlim Mərkəzinin fəaliyyəti, burada hazırlanan əl işləri ilə tanış olublar.
İctimai müzakirədə iştirak edən S.Babayev ölkədə aparılan sosial islahatlar barədə danışıb, maarifləndirmə işlərinin əhəmiyyətini, bu kimi tədbirlərin davam etdirilməsinin önəmini qeyd edib. O, nazirliyin müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə fəal əməkdaşlıq həyata keçirdiyini və tez-tez onlarla görüşlərin təşkil edildiyini, bu əməkdaşlıq müstəvisində qeyri-hökumət təşkilatlarından gələn rəy və təkliflərin daim diqqətdə saxlandığını qeyd edib.
Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən aparılan islahatlardan bəhs edən nazir bu islahatlarda əsas məqsədin sosial müdafiə tədbirlərinin gücləndirilməsi, dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında vətəndaş məmnunluğunun təminatı prinsipinə uyğun qurulması olduğunu vurğulayıb. O, özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətini, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılmasında, onların dövlət sosial yardımı sistemindən asılılığının aradan qaldırılmasında və sahibkarlığa keçid imkanı əldə etməsində xüsusi rolunu vurğulayıb. Bildirib ki, proqramın icrasında əlilliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, məcburi köçkünlərin, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin iştirak səviyyəsinin daha da artırılması prioritetdir.
Nazir digər aktiv məşğulluq proqramlarının da genişləndirildiyini deyib. O, işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarına yiyələnməsində onların əmək bazarında rəqabətqabiliyyətli peşələr üzrə peşə hazırlığına cəlb edilməsinin əhəmiyyətini qeyd edib. Qarşıdakı dövrdə bu sahədə işlərin miqyasının daha da artacağını və peşə tədrisi mərkəzləri şəbəkəsinin genişlənəcəyini bildirib.
U.Mirzəyev həssas qruplardan olan şəxslərin kiçik ailə biznesinə malik olmaları üçün nazirlik tərəfindən icra olunan özünüməşğulluq proqramının əhali tərəfindən rəğbətlə qarşılandığını və bu proqramın mühüm sosial-iqtisadi önəm kəsb etdiyini deyib. O həmçinin həssas qruplardan olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığının təşkilinin əhəmiyyətindən bəhs edib. U.Mirzəyev regionlarda peşə təhsili və həssas qruplardan olan şəxslərin peşə bilik və bacarıqlarının artırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.
Tədbirdə BAMF-ın vitse-prezidenti Ramil Əzizov, İctimai Şuranın işçi qrupunun rəhbəri Zaur Quliyev və digərləri çıxış ediblər. Tədbirdə özünüməşğulluq proqramı, onun əhəmiyyəti, proqramın icrasının müsbət nəticələri, proqrama müraciət qaydaları, özünüməşğulluq proqramının həssas qrupların sosial yardımdan asılılığının aradan qaldırılmasında rolu, proqramın perspektivləri və s. məsələlərdən bəhs olunub. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarla işləyən QHT-lərin, tədbir iştirakçılarının rəy, təklif və tövsiyələri dinlənilib. Bu təkliflərin, tövsiyələrin aidiyyəti üzrə təqdim ediləcəyi və diqqətdə saxlanılacağı bildirilib.
“Sosial bağlar” layihəsi çərçivəsində daha 250 ailə üçün meyvə bağları salınır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə icra etdiyi “Sosial bağlar” layhəsinin ikinci mərhələsi kimi, daha 250 ailə üçün meyvə bağları salınır.
Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin ilk mərhələsi kimi, ötən il 37 rayonda 125 aztəminatlı ailə üçün müasir meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılaraq onların istifadəsinə verilib. Layihənin ikinci mərhələsində bundan iki dəfə çox olmaqla, cari ildə 250 ailə intensiv meyvə bağlarına sahib olacaq.
Bunun üçün hazırda müxtəlif relyefə, coğrafi əraziyə və struktura malik 195 ha torpaq sahəsinin şumlanaraq əkin üçün hazır vəziyyətə gətirilməsi, 143 minə yaxın müxtəlif məhsuldar meyvə tinglərinin əkilməsi, sahələrdə müasir damcı suvarma sistemlərinin quraşdırılması, təsərrüfatların mineral və üzvi gübrələrlə təmin edilməsi işləri aparılır. 22 hektardan çox ərazinin köhnə ağac və kötüklərdən, kollardan təmizlənməsi, 25 min metrdən çox məsafədə dayaqların basdırılması və çəpər çəkilməsi də görülən işlər sırasındadır.
Həmçinin suvarma sistemlərinin elektrik təchizatı üçün 9 min metrdən çox məsafədə elektrik dayaqlarının basdırılması, xətlərin çəkilməsi, sayğacların quraşdırılması, suvarma suyuna ehtiyacı olan sahələrin su təminatı üçün 6,2 min metrdən çox məsafədən plastik borularla suyun sahələrə gətirilməsi və s. nəzərdə tutulub.
Bağ təsərrüfatlarının suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili istiqamətlərində də ailələrə dəstək göstərilməsi təmin olunacaq.
“Sosial bağlar” layihəsi daha 250 aztəminatlı ailənin özünüməşğulluğu və kiçik ailə biznesinə keçidinin təmin edilməsinə, eyni zamanda, yeni bağçılıq sahələrinin yaradılması ilə qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına öz dəstəyini verməkdədir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

