Ölkəmizdə kartofçuluğun və tərəvəzçiliyin inkişafı istiqamətində mühüm addımlar atılır
04.02.2020 [09:31]
Bölgələrdə əsas idxal məhsulu sayılan tərəvəz məhsullarının yetişdirilməsi üçün istixana komplekslərinin artırılması nəzərdə tutulur
Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində davamlı addımlar atılır. Məhz bu addımlar, o cümlədən həyata keçirilən işlər qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla, ölkəmizin ixrac potensialının artırılmasına, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir.
Bu məqamda qeyd edək ki, ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, tərəvəzçiliyin və kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Kənd təsərrüfatının strateji məhsulu hesab edilən və hazırda öz əhəmiyyətinə görə Azərbaycanda taxıl bitkisindən sonra ikinci yerdə qərarlaşan kartofun, eləcə də əsas ixracat məhsulu sayılan tərəvəz məhsullarının əkilib-becərilməsinə son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi mühüm əhəmiyyət daşıyır.
Vurğulanmalıdır ki, regionlarda ötən müddət ərzində kartofçuluğun və tərvəzçiliyin, eləcə də istixanaların genişləndirilməsi istiqamətdə mühüm addımlar atılıb. Elə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdən biridir. Qeyd edək ki, ötən il yanvarın 24-də əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı olub və tədbirdə vurğulanıb ki, belə müasir kompleksin yaradılması ölkəmizdə yüksəkkeyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq baxımından mühüm rola malikdir.
Yeri gəlmişkən, son illər Sabirabad rayonunda da istixana şəraitində yetişdirilən tərəvəz və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan torpaq mülkiyyətçiləri hər il daxili və xarici bazarlara istixanalarda yetişdirilən min tonlarla məhsul çıxararaq yüksək mənfəət əldə edirlər. Onlar bu sahədən əldə etdikləri gəlirlər hesabına istixanaların şəbəkəsini də ilbəil genişləndirirlər. Hazırda rayonun Nizami kəndində ərazisi 5 hektar olan yeni istixana kompleksi tikilir. Yaxın vaxtlarda bu istixanada da məhsul yetişdirilməsinə başlanılacaq. 2019-cu ildə Sabirabadda ümumi sahəsi 25 hektar olan 27 istixana kompleksində 1909 ton xiyar-pomidor və digər tərəvəz istehsal olunaraq bazarlara çıxarılıb.
Qeyd edək ki, Sabirabadda təsərrüfatın bu sahəsi ilə ən çox rayonun Suqovuşan, Ruzman və Nizamikənd kəndlərində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olurlar. Ötən il Azərbaycanın ixrac etdiyi qeyri-neft sektoruna aid malların siyahısında pomidor (189,3 milyon ABŞ dolları) birinci yerdə olub.
Tərtər rayonunda da iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi kənd təsərrüfatının inkişafına stimul verir. 2019-cu ildə Tərtərdə 72 milyon 361,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2018-ci ilə nisbətən 7,5 faiz çoxdur. İstehsal olunan məhsulun 42 milyon 465,3 min manatı bitkiçilik sahəsinin hesabına formalaşıb.
Rayonun Soyulan kəndində yaradılan istixana kompleksində yetişdirilən pomidorun isə artıq yığımına başlanılıb. İstehsal edilən məhsulun daxili bazara çıxarılması ilə yanaşı, xaricə də ixrac olunması nəzərdə tutulur. Ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə keçən ilin oktyabrında 28 min ədəd pomidor şitili əkilib. Bitkilər təbii şəkildə becərilir, mayalanması arılar vasitəsilə həyata keçirilir. Normal qulluq edildikdə hər şitildən 8-10 kiloqram məhsul götürülür. Artıq məhsul yığılmağa başlanıb. Günaşırı 500-600 kiloqram məhsul yığılaraq satışa çıxarılır. Təsərrüfatda məhsul yığımı may ayının sonunadək davam edəcək. İstixana kompleksində məhsul istehsalının ildə iki dəfə həyata keçirilməsi nəzərdə tutulur.
Bölgələrdə bu cür müasir komplekslərin fəaliyyət göstərməsi ərzaq bolluğu yaratmaqla yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına imkan verir. Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Nəzakət Aslanovadır. “Üç aya yaxındır ki, istixanada işləyirəm. Gündəlik olaraq budama, dolama işləri görür, günaşırı pomidor yığımı həyata keçiririk. İşimdən çox razıyam”, - deyə N.Aslanova bildirib. Hazırda təsərrüfatın genişləndirilməsi istiqamətində iş aparılır. İstixananın sahəsinin 5 hektara çatdırılması, işçilərin sayının isə artırılması nəzərdə tutulur.
Göyçay rayonunda 2019-cu il tərəvəz əkinçiləri üçün yaddaqalan olub. Belə ki, 2019-cu ildə 1019,1 hektarda tərəvəz yetişdirən məhsul istehsalçıları sahələrdən 48 min 610 ton məhsul əldə ediblər. Əvvəlki illə müqayisədə tərəvəz əkini sahəsi 10 hektar, istehsal olunan məhsulun həcmi isə 5 min 27 ton çox olub.
2019-cu təsərrüfat ilində Balakən rayonunun məhsul istehsalçıları da 2280 hektar tərəvəz sahəsindən 29 min 924 ton məhsul əldə ediblər. Tərəvəzin əkin sahəsi əvvəlki illə müqayisədə 223 hektar, istehsal olunan məhsulun həcmi isə 4 min 436 ton artıb. Ötənilki mövsümdə rayonda kartof və bostan məhsulları istehsalında da nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, kartof istehsalı əvvəlki illə müqayisədə 127 ton, bostan bitkiləri istehsalı isə 62 ton artıb.
Salyan rayonunun qəsəbə və kəndlərində də istixanaların şəbəkəsi ilbəil genişləndirilir, məhsul istehsalı artır. Son illər rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla, 8 müasir istixana yaradılıb, Kürsəngi kəndi ərazisində isə 60 hektar sahədə yeni istixana kompleksi istifadəyə verilib. Rayonun Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kəndlərinin ərazisindəki istixanalarda yetişdirilən faraş tərəvəz (xiyar-pomidor) ən yaxın xarici bazarlara göndərilir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviq edilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir.
Qeyd edək ki, hazırda rayonda 138 hektar ərazidə 473 istixana mövcuddur. Ötən il bu istixanalarda 19 min 973,5 ton xiyar-pomidor istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb. Bu, 2018-ci ildə istehsal olunan məhsuldan 257,6 ton çoxdur.
Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri yazlıq kartof əkininə başlayıblar. Keçən il 915 hektarda yazlıq kartof əkən və sahələrdən 12 min 542,5 ton məhsul istehsal edən sakinlər bu mövsümdə əkin sahələrini azı 50 hektar artırmaq əzmindədirlər. Vurğulanmalıdır ki, hər yerdə əkinə xüsusi hazırlıqlar başlanılıb. Belə ki, şum vaxtında çıxarılıb, yerli şəraitə uyğun kifayət qədər toxum tədarük edilib. Bu günlər bütün ərazilərdə, xüsusilə ən çox kartof əkilən Kürqırağı kəndlərdə - Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər yaşayış məntəqələrində sakinlər ailə təsərrüfatlarında xüsusi əhəmiyyət kəsb edən bu mühüm kampaniyanı vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ciddi səy göstərirlər. Qısa vaxtda 100 hektardan çox sahədə əkin aparılıb.
Respublikamızın yüksək dağlıq kənd təsərrüfatı rayonlarından olan Daşkəsəndə də iqtisadiyyatın əsasını dəmyə əkinçilik təşkil edir. Əkinçiliyin əsas ixtisaslaşmış sahələri kartofçuluq, tərəvəzçilik və taxılçılıqdır. Ötən il Daşkəsən rayonu üzrə 1874 hektar sahədən məhsul toplanıb. Bunun da 492 hektarını dənli və dənli paxlalılar, 1122 hektarını kartof, 100 hektarını tərəvəz, 160 hektarını mal-qara üçün yem bitkiləri təşkil edib. 2019-cu ilin məhsulu üçün toplanmış məhsulun strukturunda dənli və dənli paxlalılar 26 faiz, kartof 60 faiz, tərəvəz 5 faiz, yem bitkiləri isə 9 faizə bərabər olub.
Cəlilabad rayonunda da yazlıq kartof əkini davam etdirilir. Bu il rayonda 5000 hektardan çox sahədə kartof əkiləcəyi planlaşdırılır. Əkinçilər ötən mövsüm sahələrdən 130 min tondan çox, yaxud 260 sentner məhsuldarlıq əldə ediblər. Məhsulun 80 faizə yaxını xaricə ixrac olunub. Yerli mütəxəssislərin hesablamalarına əsasən, kartof istehsalçılarının ötənilki yazlıq və payızlıq əkinlərinə görə ümumi gəlirləri 1 milyon manata yaxın təşkil edir.
Fermer Vahid Ağayev bildirib ki, əkinə dekabr ayının birinci ongünlüyündə start veriblər. Hava şəraitinin yaxşı keçməsi onların işini daha da sürətləndirib: “Hava şəraitindən yararlanmağa çalışırıq ki, əkini tez başa çatdıraq. Mineral gübrələrdən istifadə etmişik, çox gözəl əkin gedir. Hazırda sahələrdə Rusiyadan gətirilən “Razara”, “Udaça”, “Kembirov” kimi kartof növləri əkirik. Bu kartof növləri tez yetişməsi ilə yanaşı, yüksək məhsuldarlığı ilə də seçilir. Ötən il 25 hektar əkmişdim, hektara 250 sentner məhsul götürdüm. Kartofumuzu 60 qəpikdən satdım. Satış da əla oldu, daxili bazarla yanaşı, xaricə də göndəririk”.
Vahid Ağayev qeyd edib ki, yazlıq kartofun qış fəslində şaxtanın təsirindən qorunması məqsədilə toxumlar 10-15 santimetr dərinlikdə basdırılır. Əkindən əvvəl torpağa mineral gübrələrin verilməsi, aqrotexniki qaydalara düzgün riayət olunması mühüm amillərdəndir.
Qeyd edək ki, yüksək məhsuldarlığın əldə olunması üçün rayonun Maşlıq, Muğan, Kazımabad, Göytəpə, Sabirabad kəndlərində münbit torpaqlar seçilib və müvafiq aqrotexniki tədbirlər həyata keçirilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13

