/ / Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Azərbaycanın regionlarında yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
06.02.2020 [09:25]
Bölgələrdə avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda bölgələrin inkişafına təkan verən mühüm strateji amillərdən biri infrastruktur quruculuğunun ardıcıl şəkildə davam etdirilməsidir. Bu baxımdan, ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində də tədbirlər müvəffəqiyyətlə davam etdirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ötən il 1300 kilometr avtomobil yolu salındığını deyib: “Min kilometr nəzərdə tutulmuşdu. Ancaq il ərzində rayonlara səfərlərim zamanı mənə edilən müraciətlər, sonra vətəndaşlar tərəfindən ünvanlanan məktublar əsasında biz əlavə 300 kilometr yolun çəkilişinə nail olduq. Avtomobil yollarının keyfiyyətinə görə bu gün Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır. Əminəm ki, görüləcək işlər nəticəsində daha da irəli gedəcəyik. 2003-cü ildən bəri 16 min 700 kilometr avtomobil yolu tikilmişdir. Bizi bütün qonşu ölkələrlə müasir avtomobil magistralları birləşdirir. Yüzlərlə (bəlkə də, mindən çox) kəndin yolu abadlaşdırılıb”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın regionlarında da yol infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Bəhramtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq. Yolun bərpası layihəsi uğurla və yüksək sürətlə davam etdirilir. Respublika əhəmiyyətli Bəhramtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yolboyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə, həmçinin qaya dolğusu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə olunmaqla inşa edilir. Buna paralel olaraq yol əsası hazırlanan hissələrin asfaltlanması işləri də aparılır. Belə ki, yola ələqələdirici bitum səpilməklə 27 santimetr qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə də işlər aparılır. Körpülər yolun 1,8-ci kilometrində, 3,1-ci və 38,8-ci kilometrində inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 28 və 32,5 metr təşkil edir. Yolun 3,7-ci kilometrində, Araz çayı üzərində yerləşən 230 metr uzunluğunda olan mövcud avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur. Körpülər üzrə aparılan işlərin tərəqqisi 85 faiz təşkil edir. Hazırda podratçı sahədə mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri də yerinə yetirilən işlər siyahısındadır. Körpülərdə tikinti işləri davam edir. Bundan başqa, köhnə suötürücü boruların yenilənməsinə və yenilərinin inşasına ehtiyac olduğu üçün hazırda 61 mövcud boru yenilənir, 39 dairəvi boru və 14 düzbucaqlı su keçidi tikilir. Layihəyə uyğun olaraq yolboyu 8 nöqtədə yeraltı keçid inşa edilir, zəruri yerlərdə 28 avtobus dayanacağının quraşdırılması da nəzərdə tutulur. Ümumilikdə yolboyu aparılan ümumi işlərin tərəqqisi planı üstələyərək 43 faiz müqabilində 57 faiz təşkil edir. Bəhramtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Digər tərəfdən, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 kilometr sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi, əsasın alt layının tikintisi və qırmadaşlı əsasın tikintisi işləri yerinə yetirilməkdədir. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri də aparılır. Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Yolboyu 9 yeraltı keçiddən 7-si, 26 düzbucaqlı su keçidindən 22-si, müxtəlif diametrlərə malik 72 suötürücü borudan isə 58-i artıq inşa edilib. Layihəyə uyğun yolboyu 30 avtobus dayanacağı da tikiləcək. Bundan başqa, uzunluqları 20 metrdən 175 metrə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58,9-cu kilometrində Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci kilometrində Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür. Hazırda körpülərin tikintisi istiqamətində işlər sürətlə davam etdirilir. Tərəqqi müvafiq olaraq 30 və 50 faiz təşkil edir. Ümumilikdə isə yolboyu aparılan ümumi işlərin tərəqqisi planı üstələyərək 39 faiz müqabilində 57 faiz təşkil edir. Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Yeni Quba-Xınalıq yolunun bir hissəsində isə yenidənqurma işləri yekunlaşıb. Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olurdu. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometrlik Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb. Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq agentlik tərəfindən bir müddətdir ki, başlanılan tikinti işləri sürətlə davam etdirilir. Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 kilometr təşkil edir. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir. Tikinti layihəsinə uyğun olaraq, yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib. Bundan başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır. Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometrlik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılıb. Bu işlər çərçivəsində Susay-Xınalıq marşrutu üzrə torpaq yatağının hazırlanması işləri yekunlaşıb. Növbəti mərhələdə yol əsasının inşası, asfalt-beton örtüyün döşənməsi işlərinin görülməsi nəzərdə tutulub. Bundan başqa, layihə üzrə sel sularının və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək. Hazırda tikinti işləri dəniz səviyyəsindən 1,4-1,5 kilometr hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır. Yolun tikintisi bu ərazidə 8 minədək əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.
Bütövlükdə, bölgələrdə avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

