Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28.02.2020 [09:20]
Bölgələrdə istifadəyə verilən yeni sənaye müəssisələri ölkə üzrə iqtisadi aktivliyin artmasına, əhalinin məşğulluğunun təmin olunmasına, həmçinin respublikamızın ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərir
Azərbaycanın innovativ əsaslı iqtisadiyyat quruculuğu siyasətində bölgələrdə tarixi ənənələrə uyğun, həmçinin yerli xammalla işləyən sənaye müəssisələrinin yaradılması mühüm hədəflərdən biri kimi müəyyənləşdirilib. Təsadüfi deyil ki, respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ayrı-ayrı bölgələrdə sənaye məhəllələrinin, emal müəssisələrinin yaradılması güclü şəkildə dəstəklənir. Bunun da nəticəsində Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb. Son illərdə ölkəmizin sənaye xəritəsi regionlara doğru genişlənir. Bölgələrdə istifadəyə verilən yeni sənaye müəssisələri ölkə üzrə iqtisadi aktivliyin artmasına, əhalinin məşğulluğunun yüksək səviyyədə təmin olunmasına, həmçinin respublikamızın ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərir.
“Mingəçevir Tekstil” MMC-nin məhsulları Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistan kimi ölkələrə ixrac olunur
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi bu sahənin inkişafına təkan verdi. Görülən işlərin nəticəsi olaraq, 2017-ci ildə 200 min tondan artıq, 2018-ci ildə 230 min tondan çox, 2019-cu ildə isə daha az sahədə pambıq əkməklə məhsuldarlığın artırılması hesabına 290 min tondan artıq məhsul götürüldü. Bu sahənin yüksək templə inkişaf etməsi yeni istehsal və emal müəssisələrinin yaradılmasına xüsusi ehtiyac yaradırdı. Məhz bu ehtiyacdan irəli gələrək tekstil sənayesində ənənələrə malik Mingəçevir şəhərində Sənaye Parkı yaradıldı və 14 hektar ərazidə “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabrikinin yaradılmasına başlanıldı. Deyə bilərəm ki, fabriklərin tikintisinə başlanan ilk günlərdən biz daim dövlətin dəstəyini və qayğısını hiss etdik”.
Bunu Mingəçevir Sənaye Parkındakı “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bildirib. Qeyd edək ki, Mingəçevir Sənaye Parkının təməli 2016-cı il sentyabrın 21-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Burada fabriklərin yaradılmasına dövlət tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb, zəruri infrastruktur təmin edilib və layihə sənaye parkının rezidenti olaraq 10 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, eləcə də idxalda ƏDV-dən azadolma imkanı qazanıb. Vurğulamaq yerinə düşər ki, təkcə fabriklərin yaradılması ilə bağlı idxal edilən avadanlıqlara görə şirkət 12 milyon manatdan artıq ƏDV və gömrük rüsumlarına qənaət edib ki, bu da dövlət qayğısının bariz göstəricisidir.
Təqribən iki ilə yaxındır ki, tikilərək istismara verilən fabriklər ən müasir texnologiyalar əsasında Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edilib. Əlamətdar məqam həm də ondan ibarətdir ki, Prezident İlham Əliyev fabriklərin açılışında da şəxsən iştirak edib.
“Mingəçevir Tekstil” MMC-nin rəsmisi fikirlərinə davam edərək vurğulayıb: “Bu gün qürur hissi ilə bildirmək istəyirəm ki, “Mingəçevir Tekstil” artıq bir brendə çevrilib. Fabriklərimizdə istehsal olunan ipliklərin Open End və Ring növlərinə dünyada böyük tələbat var. Qısa bir zamanda istehsal etdiyimiz yüksəkkeyfiyyətli pambıq ipliklərin xarici bazarlara ixracına başladıq. 2018-ci ildə istehsala başlayan müəssisəmiz elə həmin il 4 min tona yaxın - təqribən 16 milyon manatlıq keyfiyyətli məhsul istehsal etdi ki, bunun da 13 milyon manat dəyərində olan 3 min tonu, yəni təqribən 80 faizindən çoxu ixrac olundu. 2019-cu il ərzində isə ümumi satışımız 6 min tonu Open End və 6 min tonu Ring növündə olmaqla, 12 min ton təşkil edib ki, bunun da 2 min tonu daxili, 10 min tonu - təqribən 83 faizi isə xarici bazarda satılıb. Beləliklə, daxili bazara satışımız 7 milyon manat, ixrac isə 39 milyon manat olmaqla, ümumilikdə 2019-cu ildə 46 milyon manat təşkil edib. Məhsullarımız Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistan kimi ölkələrə ixrac olunub.
Həmin fabriklərin istifadəyə verilməsi ölkədə yüngül sənayenin, xüsusilə də tekstil sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsula çevrilərək ixracına şərait yaradıb. Bu isə ölkəmizə əlavə xarici valyutanın daxil olması deməkdir. Həmçinin fabriklərimiz sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərinin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda fabriklərimizdə üçnövbəli iş rejimində 700 nəfərdən çox işçi çalışır.
2020-ci ildə akril-viskon, akril-pambıq, viskoza və tensel ipliklərinin istehsalını planlaşdırırıq. Əsas hədəfimiz məhsulları şaxələndirərək xarici satış bazarlarımızı genişləndirmək və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməkdir”.
Naxçıvan duzunun əvvəlki şöhrəti geri qaytarılır
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yüksək inkişafa nail olub. Bu gün muxtar respublikada inkişafın əsas göstəricisi olan enerji və ərzaq təhlükəsizliyi tam təmin olunub. Eyni zamanda, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması iqtisadiyyatın çoxşaxəli artımına təkan verib. Sənaye sürətlə inkişaf edərək ümumi daxili məhsul istehsalında ilk yeri tutub, aqrar sektorda tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb.
Muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətinə çevrilib, ümumi daxili məhsulda özəl bölmənin payı artaraq 88 faizi ötüb. Hazırda muxtar respublikada məşğul əhalinin 84 faizə yaxını özəl sektorda çalışır. Sənaye məhsulunun 95, tikintidə görülən işlərin 85, kənd təsərrüfatının 98 faizi, ticarət və ictimai iaşə xidmətinin 100 faizi özəl bölmənin payına düşür. Hazırda muxtar respublikada 380 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Bu nailiyyətlər yaradılmış əlverişli biznes mühiti, dövlətin sahibkarlığa diqqət və qayğısı nəticəsində mümkün olub. Muxtar respublikada yüksəkkeyfiyyətli məhsul istehsal edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayev bildirib ki, duz istehsalı Naxçıvanın tarixən özünəməxsus məşğulluq sahələrindən biridir. İndi Naxçıvan duzunun əvvəlki şöhrəti geri qaytarılır. “Daim Naxçıvan duzuna böyük tələbat olub, duzumuz dünyanın müxtəlif ölkələrinə göndərilib. Əvvəllər Duzdağda duz açıq üsulla çıxarılırdısa, XX əsrin əvvəllərindən duzun sənaye üsulu ilə hasilatına başlanılıb. Ötən əsrdə uzun müddət istismar olunan şaxtaların birinin müddəti başa çatıb, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılıb. Tələbatın artması yeni duz şaxtasının açılmasını zəruri edib. Bu istiqamətdə tədbirlər görülüb, 2019-cu ilin sonunda yeni şaxtanın tikintisinə başlanıb. Şaxtanın tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilir. 15 milyon ton ehtiyatı olan yeni duz şaxtasının açılması və müasir istehsal sahəsinin qurulması müəssisəmizin fəaliyyətinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, Naxçıvan duzunun daha keyfiyyətli formada istehsal edilməsinə və məhsullarımızın ixrac potensialının artırılmasına imkan verəcəkdir”, - deyə ASC-nin rəsmisi vurğulayıb.
Anar Əsədullayevin bildirdiyinə görə, bu gün müəssisənin məhsulları yerli tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına da göndərilir. Bakı şəhəri və respublikamızın digər bölgələrində Naxçıvan duzuna olan tələbat günbəgün artmaqdadır. Artıq Bərdə şəhərində müəssisənin bazası yaradılıb.
Onu da qeyd edək ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində də işlər davam etdirilir. ASC-nin mütəxəssisləri ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarında, sərgilərdə iştirak edirlər. Bu da əlaqələrin genişlənməsinə və ixrac imkanlarının yaranmasına əlverişli zəmin formalaşdırır.
“Müəssisəmizdə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Əvvəllər 8 çeşiddə məhsul istehsal edirdiksə, həyata keçirilmiş tədbirlər nəticəsində məhsul çeşidinin sayı 18-ə çatdırılıb, 60 nəfər işlə təmin olunub”, - deyə ASC-nin rəsmisi bildirib.
“Brightman Business Managment Consultans” sağlam qida məhsulları istehsalına üstünlük verir
“Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, həm də çox böyük aqrar resursa və potensiala malik uğurlu kənd təsərrüfatı ölkəsidir. Yaradılmış əlverişli imkanlar daha çox çeşiddə yerli məhsul istehsalı üçün şərait yaradır ki, nəticə etibarilə həm yerli istehlakçılar təmin olunur, eyni zamanda, ixrac imkanları yaranır. Dövlətimiz kiçik və orta sahibkarlığın inkişafı üçün maddi və texniki vəsaitlər qismində böyük sərmayələr yatırıb, çoxşaxəli dəstək mexanizmlərindən istifadə üçün hər cür imkan yaradılıb”.
Bu fikri “Brightman Business Managment Consultans” meyvə və tərəvəz konservlərinin istehsalı müəssisəsinin direktoru Afət Əhmədova yuxarıda bəhs olunan konfransdakı çıxışında səsləndirib. Müəssisədə buraxılan məhsulların yüksək keyfiyyətindən söz açan A.Əhmədova vurğulayıb: “Şirkətimiz meyvə və tərəvəzlərdən premium seqmentə aid konserv məhsullarının istehsalı ilə məşğuldur. Tərkibində heç bir kimyəvi qatqı maddələri olmayan, tam təbii məhsullarımız bu xüsusiyyətinə görə dünyanın qabaqcıl ölkələrinin istehlakçıları tərəfindən rəğbətlə qarşılanır. Biz “ZIRA natural and gourmet” brendi altında istehsal olunan məhsullarımızla fəxr edirik. Məhsullarımızın bir çoxunun tərkibində şəkər yoxdur və sağlam qidalanma üçün nəzərdə tutulub. Dünyada gedən total sənayeləşmə fonunda bu cür məhsullar dünya bazarlarında böyük marağa səbəb olur.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

