Regionlarda meyvə bağlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
29.02.2020 [10:17]
Bir sıra rayonlarda intensiv və superintensiv meyvəçiliyin inkişaf etdirilməsi yönündə mühüm addımlar atılır
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Son illərdə reallaşdırılan aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Vurğulanmalıdır ki, regionlarda əkin sahələrinin genişləndirilməsi, eləcə də əkilən tinglərin, ağacların daha çox bar verməsi üçün aparılan intensiv fəaliyyət bu gün aqrar sahənin yüksək inkişafının təmin olunmasında böyük rol oynayır.
Bununla yanaşı, çoxşaxəli dövlət dəstəyi tədbirləri də kənd təsərrüfatının əsaslı inkişafının mühüm komponentlərindən sayılmalıdır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, regionlarda əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb. Eləcə də kənd təsərrüfatı məhsullarının əkilməsinə, meyvə bağlarının salınmasına təşviq üçün verilən subsidiyalar, texnikalarla təminat fermerlərin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsidir ki, artıq regionlarda əldə olunan uğurlar ildən-ilə artmaqdadır. Yerli fermerlərin səyi nəticəsində kənd təsərrüfatının mühüm sahələri dirçəldilir və bu da ölkəmizin ixrac potensialının artmasına yol açır.
“Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqlə çıxış edən Prezident İlham Əliyev 240 milyon dollarlıq meyvə ixrac olunduğunu və artımın 11 faiz təşkil etdiyini bildirib: “Amma bu meyvənin içində fındıq da var. 125 milyon dollarlıq fındıq ixrac olunub, artım 33 faiz. Nəyin hesabına? Yenə də dövlətin hesabına. Mən o vaxt göstəriş verdim ki, fındıq bağları salınsın. Bizim 30 min hektar sahədə fındıq bağımız var idi. İndi biz bunu 80 min hektara çatdırmışıq”.
Yeri gəlmişkən, ötən il Oğuz rayonunda 944,5 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni bağların 535 hektarına fındıq, 325 hektarına qoz, 36,5 hektarına alma, 25 hektarına armud, 23 hektarına isə gilas tingləri əkilib. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 5 min 751 hektardır. Bu bağların 2 min 738 hektarı barverəndir. Ötən il meyvə bağlarından 4 min 123 ton məhsul tədarük olunub. Mövcud meyvə bağlarının 4 min 231 hektarını və ya 73,6 faizini fındıq bağları təşkil edir. Ötən il rayonda 954 ton fındıq istehsal edilib.
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsulları istehsalının təşkil etdiyi Tovuz rayonunda ötən il 26 hektar sahədə yeni müasir meyvə bağları salınıb. Görülmüş tədbirlərlə rayonda bağların ümumi sahəsi 1395 hektara çatdırılıb. Mövsüm ərzində bağlardan əvvəlki ildən 4095 ton çox olmaqla 21 min 756 ton məhsul götürülüb.
Bununla yanaşı, rayon üzrə üzümlüklərin ümumi sahəsi 745 hektara çatdırılıb. Mövsüm ərzində rayonda 16 min 283 ton məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə məhsuldarlıq 44 sentner artaraq 245,6 sentnerə çatıb. Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi yaradılıb. Keçən il müəssisə ilk dəfə olaraq fermerlərdən münasib qiymətlərlə məhsul qəbul edib. Müəssisədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəklində bazarlara çıxarılması planlaşdırılır. Qeyd edilib ki, müvafiq Dövlət proqramına uyğun olaraq bu sahədə aparılan işlər davam etdirilir.
Almaçılıq üzrə ixtisaslaşmış rayonlardan sayılan Qusar rayonunda isə intensiv və superintensiv alma bağlarında ağacların quru budanması işlərinə başlanılıb. Bu iş mart ayının ikinci ongünlüyünədək davam edəcək. Rayonda bu üsulla becərilən alma bağlarının ümumi sahəsi 917 hektardır. Budama əsas etibarilə qısaltma və seyrəltmə üsulunda aparılır. Bu proses bitkilərin boy və inkişafının stimullaşdırılmasına, ağacın çətirinə müəyyən quruluş verilməsinə, lazım gəldikdə hündürlüyünün tənzimlənməsinə, bitkinin işıq və havalanma rejiminin nizamlanmasına xidmət edir. Qeyd edək ki, ağacların quru budanması məhsuldarlıq üçün vacib şərtdir və ağac 4-5 yaşında meyvə verməyə başlayır. Bu vaxtdan etibarən budama ağacın vəziyyətinə müvafiq aparılmalıdır. Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri, ağacların yaşı, çətirin forması nəzərə alınmalıdır. Ən əsası isə, budama işini aqronomların məsləhəti və nəzarəti altında həyata keçirmək lazımdır. Xatırladaq ki, Qusar rayonunda 11 min 436 hektar meyvə bağı var. Bunun 1379 hektarını intensiv və superintensiv meyvə bağları təşkil edir.
Kənd təsərrüfatının gəlirli sahələrindən olduğuna görə Ağstafa rayonunun fermerləri üzümçülüyə böyük maraq göstərirlər. Bu səbəbdən də hər il istər xaricdən gətirilən, istərsə də yerli sort üzüm tinglərindən ibarət yeni bağlar salınır. Artıq Ağstafanın üzüm bağlarında qızğın təsərrüfat işlərinə start verilib. Dirəklər təmir edilir, yenilənir, məftillər lazımi səviyyəyə salınır. Ən əsası da budama işləri həyata keçirilir.
Ağstafa rayonunun Qarahəsənli kənd sakini Süleyman İsayev 17 ildir ki, üzümçülüklə məşğul olur. İndi o, aqronomların da məsləhətlərindən yararlanaraq yaza hazırlıq işlərini görür. Bu işləri görməkdə məqsəd mövsüm zamanı üzüm bağından bol məhsul götürməkdir.
Keçən il 1 hektardan 180 sentner məhsul əldə edən fermer S.İsayev üzüm bağında bütün fəsillərdə iş olduğunu deyir. “Vaxtında aqrotexniki qulluq göstərilərsə, yaxşı məhsul əldə etmək olar. İndi üzüm sahəsinin budanmasını və suvarılmasını həyata keçiririk. Xüsusən də bu vaxt suvarılan zaman ziyanvericilər məhv olur. Bu suvarmanın üzüm bağına çox xeyri var”, - deyə S.İsayev bildirib.
Hazırda fermerlər “Merlot”, “Ağ şanı”, “Qara şanı”, “Təbrizi”, “Rekastelli” və digər məhsuldar sortlar becərirlər. Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Çingiz Məmmədov fermerlərin üzümçülüyə marağının artdığını bildirib. Çingiz Məmmədov qeyd edib ki, bu mövsüm üzümlərin arası şumlanmalı, gübrə verilməlidir. Suvarılma aparılarsa, bu, üzüm kollarını daha qüvvətli və sağlam edər. Fermerlər aqrotexniki qulluq qaydalarına düzgün riayət etdiyi halda, yaxşı da məhsuldarlıq götürmək olar.
Qeyd edək ki, Ağstafa rayonunda 476 hektar sahədə üzüm bağı var. Bunun 466 hektarı məhsul verən, 10 hektarı isə yeni salınan üzüm bağlarıdır.
Qeyd etmək yerinə düşər ki, üzüm və şərab istehsalçıları da fillokseraya davamlı üzüm tinglərini xaricdən gətirərək geniş sənaye üzüm bağları salırlar. Bu sortlar Azərbaycan şəraitində yeni olduğundan fermerlər onun morfobioloji, davamlılıq, aqroekoloji xüsusiyyətləri, becərilmə texnologiyası və mühafizəsi sahəsində az məlumatlıdılar və becərilmə zamanı çətinliklər çəkirlər, elmi əsaslandırılmış tövsiyələrə ehtiyac duyurlar. Ona görə də bu sortların aqrobioloji və aqroekoloji parametrləri, becərilmə texnologiyası - formaverilmə, quru və yaşıl budama, yük normaları, gübrələrə və suya tələbatları, kimyəvi preparatlara münasibəti, xəstəlik və zərərvericilərə həssaslıqları kimi xüsusiyyətləri elmi əsaslarla öyrənilərək fermerlərə tövsiyə olunmalıdır.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun alimləri ölkəyə yeni gətirilmiş bir çox üzüm sortlarının aqrobioloji və uyğunlaşma xüsusiyyətlərinin, becərilmə texnologiyasının öyrənilməsi istiqamətində tədqiqat işləri həyata keçirirlər. Bu sortların yerli şəraitə uyğun becərilmə texnologiyaları öyrənilərək fermerlərə tövsiyə edilir.
Maarifləndirməni davam etdirmək məqsədi ilə bu ilin fevral ayında institutun əməkdaşları Şamaxı rayonunun Çarhan kəndindəki “Xırman” müəssisəsinə məxsus üzüm bağlarında “Xarici üzüm sortlarının budama qaydaları” mövzusunda tarla seminarı keçiriblər. Seminarda üzüm bağında əkilib-becərilən xarici “Red qlob”, “Viktoriya”, “Çəhrayı tayfı” üzüm sortlarının əyani formada budaması aparılıb, müvafiq formalar müəyyən edilib.
Tarla seminarında iştirak edən Aqrar Elm və İnnovasiya Mərkəzinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Sənan Zeynalov isə üzümçülüyün inkişafına dövlət dəstəyi haqqında məlumat verib. Bildirib ki, bu ildən üzüm bağları salınarkən hektara görə 800 manat subsidiya veriləcək. Bu dəstək fermerlər üçün yeni bağlar salmaqda ciddi maddi imkan yaradır.
Sonda üzüm bağının mütəxəssisi Novruzəli Bünyatova institut əməkdaşları tərəfindən hazırlanmış, üzümün becərilmə texnologiyasından bəhs edən “Üzümçülükdə diferensial texnologiyalar və risklər” adlı kitab hədiyyə olunub.
Ötən il Kürdəmir rayonundan 16 ölkəyə on bir çeşiddə 23 min 776 ton məhsul ixrac edilib. Bu da 2018-ci ildəki göstəricidən 5 min 200 ton çoxdur. Rayonda fəaliyyət göstərən sahibkarlar və şirkətlər bir sıra ölkələrə məhsul ixracını ildən-ilə artırırlar. Belə ki, yola saldığımız 2019-cu ildə Türkiyəyə 315 ton, İrana 50 ton pambıq mahlıcı, İraqa 25 ton buğda unu göndərilib. Bundan başqa, İrana 17 min 470 ton, İsrailə 120 ton, Gürcüstana 407 ton, Hindistana 120 ton, eləcə də Sinqapura, Ukraynaya, Polşaya və Yaponiyaya biyan kökü ixrac olunub. Meyvə-tərəvəz ixracında da 2018-ci illə müqayisədə xeyli artım olub. Keçən il Rusiyaya 2767,5 ton nar, 115,5 ton xurma, 345 ton pomidor ixrac edilib. Ukraynaya 1280 ton nar, 129 ton xurma, 20,5 ton kələm, Belarusa 129 ton, Fransaya 16,8 ton, Qətərə 17,7 ton, Polşaya 33,7 ton, BƏƏ-yə 0,55 ton, Gürcüstana 23,6 ton nar, Polşaya 18,7 ton xiyar, Gürcüstana 24 ton qarpız, Türkiyəyə 47,6 ton baş soğan, BƏƏ-yə 0,459 ton xurma göndərilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

