/ / Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı layihələr uğurla icra olunur
Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı layihələr uğurla icra olunur
12.03.2020 [09:14]
Hazırda əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib
(əvvəli ötən sayımızda)
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, 13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən və martın 3-də açılışı olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun, habelə son 3 il ərzində rayonun Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi əhalinin tam olaraq asan gediş-gəlişini təmin edib.
Keçən il Qazaxda şəhər ərazisində 3,74 kilometr, kənd ərazilərində isə 272 kilometr yollara qum-çınqıl tökülərək hamarlanıb. Şəhərin 11 küçəsində asfalt örtüyü təmir olunub, yolun hərəkət zolaqları və piyada keçidləri xətlənib. Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun dörd zolağa genişləndirilməsi işləri 2019-cu ilin fevral ayından başlanılıb. Layihənin Qazax rayonu ərazisinə düşən 41 kilometr məsafəsində nəzərdə tutulmuş işlər sürətlə davam etdirilir.
Prezident İlham Əliyev martın 3-də həmçinin Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verərək bildirib ki, ümumi uzunluğu 15 kilometr olan bu yol 2018-ci ilin investisiya xərclərindən ayrılmış vəsait hesabına inşa olunub. Yolun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirməklə yanaşı, sakinlərin respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışını təmin edir.
Saleh Məmmədov Goranboy və Şəmkir rayonlarının ərazisindəki yolların yenidən qurulması ilə bağlı görülən işlər barədə də dövlətimizin başçısına məlumat verib.
Onu da bildirək ki, dövlət başçısı martın 3-də “Şəmkir rayonunun Şəmkir-Zəyəm-Düyərli (18 km)-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” da Sərəncam imzalayıb. Sərəncama əsasən iyirmi iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Zəyəm-Düyərli (18 km)-Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verərək bildirib ki, uzunluğu 40 kilometr olan yol üçüncü və dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 7-8 metr arasında dəyişən yolda iki hərəkət zolağı var. Bu yolun tikintisi dövlətimizin başçısının ötən ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Ümumilikdə 32 min əhalini əhatə edən 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 21 milyon manatdan çox vəsait ayrılıb. Bu yol həmin yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Eyni zamanda, Goranboy rayonunda bu istiqamətdə işlər davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyev martın 5-də “Goranboy rayonunun Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Martın 4-də isə Prezident İlham Əliyev Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Bildirilib ki, uzunluğu 9,3 kilometr olan yol 4-cü, 5-ci texniki dərəcəlidir, hərəkət hissəsinin eni 5-6 metr, hərəkət zolaqlarının sayı isə ikidir. Dövlətimizin başçısının ötən ilin mayında imzaladığı Sərəncama əsasən yenidən qurulan bu yol 19 min nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.
Prezident İlham Əliyevə Ağstafa rayonunun Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 10 kilometrdir. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən bu yolun əsaslı təmiri həmin ərazidə yaşayan sakinlərin rayon mərkəzi ilə gediş-gəlişini asanlaşdıracaq, yük və sərnişin daşınmasına töhfə verəcək.
Dövlət başçısı bölgəyə səfəri çərçivəsində martın 4-də Tovuzda Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib. Məlumat üçün bildirək ki, bu yol 16 yaşayış məntəqəsini əhatə etməklə 50 min əhaliyə xidmət edir. Ağacqala kəndinin 400 sakini yüz illər idi Tovuz rayonunun mərkəzinə Gədəbəy və Şəmkir vasitəsilə gəlirdilər. Yol olmayıb. Bu yolun çəkilməsi ilə həmin 400 sakin Tovuz rayonunun mərkəzinə birbaşa gedə biləcək. Bu, çox əhəmiyyətli yoldur.
Prezident İlham Əliyev martın 4-də “Tovuz rayonunun Əyyublu-Aran-Qovlar-Aşağı Quşçu-Koxanəbi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əyyublu-Aran-Qovlar-Aşağı Quşçu-Koxanəbi avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 15,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlət başçısı həmçinin “Tovuz rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Martın 5-də imzalanan Sərəncama əsasən, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı görülən işlərdən danışarkən onu da bildirmək yerinə düşər ki, Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən M2 magistralının Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5 santimetr, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 santimetr təşkil edəcək. Hazırda yolboyu yeni torpaq yatağının tikintisi, həmçinin suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Layihə çərçivəsində 27 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 71 yeraltı keçid, 45 düzbucaqlı su keçidi, 539 suötürücü boru inşa edilir. Zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq suötürücü keçid və boruların inşası 38 faiz, yeraltı keçidlər üzrə 36 faiz, yolötürücü, qovşaq və körpülər üzrə isə 37 faiz işlər yerinə yetirilib. Eyni zamanda, tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir.
Yol iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə, Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Sonda bir daha qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan müvafiq dövlət proqramlarında bu sahəyə xüsusi yerin ayrılması dövlətin yeni yolların salınması məsələsinə nə qədər əhəmiyyət verdiyini aydın şəkildə göstərir. Çünki bu cür layihələrin icrası yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir, turizmin, kənd təsərrüfatının inkişafında mühüm rol oynayır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

