/ / Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir
12.03.2020 [09:20]
Regionlarda bu məqsədlə subartezian və artezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir
(əvvəli ötən sayımızda)
Ötən il 35 subartezian quyusunda 385 poqonmetr suqaldırıcı boru, 1155 poqonmetr kabel quraşdırılıb. 770 ədəd subartezian quyusunun nasos aqreqatları təmir edilib, 2070 poqonmetr güc kabelləri, 184 ədəd subartezian quyusunda müxtəlif elektrik avadanlıqları yenisi ilə əvəzlənib. 156 kilometr suvarma kanalları lildən təmizlənib. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2019-cu ildə 9253 hektar dənli bitkilər, 2600 hektar texniki bitkilər, 4546 hektar dirrik, tərəvəz və bostan bitkiləri, 13 min 984 hektar yem bitkiləri, 3786 hektar həyətyanı sahələr, 96 hektar çoxilliklər, 715 hektar şəkər çuğunduru, 420 hektar dən üçün qarğıdalı orta hesabla 6 dəfə suvarılıb.
Ağdam rayonunda əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, Prezident İlham Əliyev fevralın 28-də “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ağdam rayonunun əhalisi 24740 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtər rayon suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov bildirib ki, 3500 hektardan çox əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi, suvarma zamanı su itkisinin qarşısının alınması məqsədilə Mollalar kanalına beton üzlük çəkilir. Əvvəlki illərdə kanalın 3 kilometr hissəsi betonla üzlənib. 2020-ci ildə kanalda 2 kilometr uzunluğunda beton üzlük vurulması nəzərdə tutulur. Hazırda kanalın torpaq yatağı hazırlanır, betonlama işləri gedir.
İdarə rəisi qeyd edib ki, Tərtər rayonunun 29 min 133 hektar əkin sahəsi Yuxarı Qarabağ kanalı üzərində qurulmuş nasos stansiyaları, Tərtər çayı, İncəçay və subartezian quyuları vasitəsilə suvarılır. İdarənin balansında 626,8 kilometr uzunluğunda suvarma kanalları var. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə kanallarda 505 min kubmetr lildəntəmizləmə işləri görülüb, 25 hidrotexniki qurğu təmir edilib. Mollalar kanalının 826 metr və Buruc-Sarıcalı kanalının 130 metr hissəsinə beton üzlük çəkilib.
Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının təmin edilməsi üçün hər il yeni subartezian quyularının qazılması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2019-cu il 12 fevral tarixli Sərəncamına əsasən, ötən il Tərtər rayonu ərazisində 13 ədəd yeni subartezian quyusu qazılıb.
Beləliklə, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsindən bildirilib ki, rayonun 50 min 497 hektar, İmişli rayonunun isə 639 hektar əkin sahəsi Xan qızı kanalı vasitəsilə Araz çayının, Qarabağ kanalı vasitəsilə Kür çayının suyundan istifadə edilərək suvarılır. Hazırda idarənin balansında 1297,03 kilometr açıq suvarma kanalı, 1,58 kilometr qapalı borulu su kəməri, 132,2 kilometr beton üzlüklü, 148,9 kilometr nov kanal, 1650 ədəd hidrotexniki qurğu, 618 ədəd körpü və keçid var.
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri davam etdirilib. Bu dövrdə Xan qızı kanalı üzərində bir ədəd şlüz qovşağı əsaslı təmir edilib. 1108,4 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənərək, 1088 min kubmetr həcmində torpaq işi görülüb, 198 ədəd hidrotexniki qurğu təmir edilib.
Onu da qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Oğuz rayonunda 37 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Təkcə ötən il rayonda 6 subartezian quyusu qazılıb. Bu barədə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda rayon ərazisində 63 subartezian və 14 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1015 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə sakinin içməli su ilə təminatı ödənilir. Ötən il bu quyulardan 2,5 milyon kubmetr su çıxarılıb. 2020-ci ildə rayon ərazisində daha 10 subartezian quyusunun qazılması nəzərdə tutulur.
Beləliklə, bütün bu sadalananlar, eyni zamanda ötən həftə imzalanan növbəti sərəncamlar da regionlarda əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasının, həmçinin əhalinin içməli suya tələbatının ödənilməsinin dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin martın 3-də imzaladığı “Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən Goranboy rayonunun əhalisi 70278 nəfər olan 31 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 43 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.8.12-ci yarımbəndində göstərilmiş 3 milyon manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Dövlət başçısının martın 3-də imzaladığı “Şəmkir rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən Şəmkir rayonunun əhalisi 75563 nəfər olan 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı, martın 4-də imzaladığı “Tovuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən Tovuz rayonunun əhalisi 68296 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,26 milyon manatı ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyevin martın 4-də imzaladığı “Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən isə Ağstafa rayonunun əhalisi 23334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı ayrılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

