Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələr, aqrar sahədə aparılan islahatlar regionların dinamik inkişafını təmin edib

Qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan layihələr, aqrar sahədə aparılan islahatlar regionların dinamik inkişafını təmin edib

17.03.2020 [09:02]

Həyata keçirilən işlər Şirvan bölgəsinə daxil olan rayonların da iqtisadi potensialının artmasına geniş şərait yaradıb
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda hər ötən il uğurlarla yadda qalır. Bu baxımdan 2019-cu il də istisna deyil. Belə ki, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ötən il də ölkəmiz üçün uğurlu il olub. Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə də bildirildiyi kimi ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, ölkəmizin dayanıqlı inkişafı təmin olunub. Beləliklə də, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilib.
Prezident İlham Əliyevin müşavirədəki çıxışında qeyd olunduğu kimi, ötən il ölkəmizdə iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilib: “Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”.
Keçən il aqrar sektor üçün də uğurlu olub. Belə ki, kənd təsərrüfatı təxminən 7 faiz artıb. Xüsusilə bitkiçilikdə bu artım daha böyük olub - 10 faizdən çox. Bu da görülmüş işlərin nəticəsidir. Eyni zamanda 2019-cu ildə inflyasiya cəmi 2,6 faiz, əhalinin pul gəlirləri isə 7,4 faiz olub. Yəni, bu onu göstərir ki, əhalinin pul gəlirləri inflyasiyanı üstələyib. Beləliklə, əhalinin real gəlirləri artıb.
Ötən il, həmçinin ölkəmizin qeyri-neft ixracı 14 faiz artıb ki, bu da çox yaxşı nəticədir. Son illərdə özəl sektorun fəaliyyətinə göstərilən diqqət, güzəştli kreditlərin verilməsi, subsidiyalarla bağlı aparılan islahatlar və digər tədbirlər bu artımı şərtləndirib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də əldə edilən uğurlar öz növbəsində regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərin davamlı olmasını şərtləndirib. Müşavirədə də bildirildiyi kimi, reallaşdırılan uğurlu iqtisadi siyasət nəticəsində il ərzində sosial infrastrukturla bağlı böyük işlər görülüb, 60 tibb müəssisəsi, 84 məktəb tikilib və təmir edilib. Bu məktəblərdən 50-si modul tiplidir. Həmin məktəblər kiçik və ucqar kəndlərdə inşa edilib. İl ərzində regionlarda infrastruktur layihələri də uğurla icra edilib, elektrik enerjisi sahəsində “Şimal-2” elektrik stansiyası istismara verilib. Məlumat üçün bildirək ki, bu stansiyanın istehsal gücü 400 meqavatdır. Bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində ölkəmiz təxminən 400 meqavat itirilmiş generasiya gücünü bərpa edib. Beləliklə, keçən il 800 meqavat əlavə generasiya gücü əldə edilib. Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Qazılmış 345 subartezian quyusu isə yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracaq. Bu il isə 400-dən çox subartezian quyusu qazılacaq.
Beləliklə, əksər ekspertlərin də vurğuladıqları kimi həm ümumilikdə əldə edilən nəticələr, həm də sözügedən müşavirədə sadalanan faktlar 2019-cu ilin də bütövlükdə ölkəmiz, o cümlədən ayrı-ayrı regionlar üçün uğurlarla yadda qaldığını bir daha təsdiqləyir. Onu da qeyd etmək yerinə düşər ki, xüsusilə infrastruktur layihələrinin uğurlu icrası regionlarda yeni-yeni nailiyyətlərin əldə edilməsinə təkan verib. Ölkə üzrə əldə edilən bu uğulardan isə respublikamızın Şirvan bölgəsinə daxil olan rayonlara da pay düşüb. Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirək ki, Şirvan bölgəsi əsasən Dağlıq Şirvan iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə etməklə Azərbaycanın mərkəz hissəsində - Şirvan düzündə yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km olmaqla ölkə ərazisinin 7 faizini təşkil edir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür.
Bölgənin iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütubətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Neft, təbii qaz, yanar şist iqtisadi rayonun əsas sərvətləridir. Dağlıq Şirvan iqtisadi rayonu geniş nəqliyyat şəbəkəsinə malikdir. Bakı-Tbilisi dəmiryol magistralı MDB ölkələri ilə iqtisadi əlaqələr yaratmağa imkan verir. Dəmir yolunu magistral və yerli əhəmiyyətli avtomobil yolları tamamlayır. Ölkə paytaxtını qərb rayonları ilə birləşdirən Bakı-Qazax şose yolu rayon ərazisindən keçir.
Beləliklə, 2019-cu il sözügedən bölgəyə daxil olan Qobustan rayonu üçün əlamətdar olub. Qobustan rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda da vurğulandığı kimi Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgəyə səfəri, səfər çərçivəsində rayonda beşmərtəbəli, 50 yerlik müasir xəstəxana binasının, xalçaçılıq emalatxanasının, regional yun qəbulu və boyaq bitkilərinin tədarükü məntəqəsinin, 5 min nəfərdən çox əhalisi olan, 6 yaşayış məntəqəsini birləşdirən 14,5 kilometrlik Qobustan-Poladlı yolunun açılışında iştirakları sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb. Səfərdən dərhal sonra dövlət başçısının Sərəncamı ilə 2,2 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən 13 kilometrlik Ərəbqədim-Göydərə yolunun çəkilişi, 360 şagird yerlik Sündü kənd tam orta məktəbinin, istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan 6 ədəd ikimərtəbəli 8 mənzilli yaşayış binasının yerinə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün, ümumilikdə, ilkin olaraq 7 milyon manat vəsait ayrılıb. Bu il həmin obyektlər istifadəyə veriləcək.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun hesabat məruzəsində, eləcə də müzakirələrdə qeyd olunduğu kimi, 2019-cu ildə ümumi məhsul buraxılışının həcmi 2018-ci illə müqayisədə 8,7 faiz artaraq 194212 min manata çatıb. Ötən illə müqayisədə sənaye məhsulunun ümumi həcmi 30,4 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 8,6 faiz, tikinti sektoru üzrə 52,8 faiz artım olub.
Bildirilib ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Keçən il 78 min 548 ton taxıl istehsal edilib ki, bu da rayon üzrə rekord göstəricidir. Rayonda 1000 hektar sahədə aqropark yaradılır. Aqroparkda hazırda 200 başlıq ətlik istiqamətdə maldarlıq üçün tövlənin tikintisi davam etdirilir. Aqroparka suvarma suyunun çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda icrasına başlanılacaq. Suvarma təşkil olunduqdan sonra burada məhsuldarlığı 45-50 sentnerə çatdırmaq mümkün olacaq.
Hesabat ilində kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda da uğurla nəticələr qazanılıb. Belə ki, 2018-ci ilə nisbətən ət istehsalı 89,1 ton, süd istehsalı 439 ton, yumurta istehsalı 145 min ədəd, yun istehsalı 2 ton artıb.
Məruzə və çıxışlarda eyni zamanda əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə əlaqədar ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr geniş təhlil olunub.
Ötən il İsmayıllı rayonu üçün də uğurlarla yadda qalıb. 2019-cu il həm də rayonda tikinti-quruculuq işləri geniş vüsət alıb. Belə ki, şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının, ikinci xalça istehsalı müəssisəsinin, 100 yerlik uşaq bağçasının, 48 mənzilli yaşayış binasının, Basqal qəsəbəsində 432 və Gəraybəyli kəndində 320 şagird yerlik tam orta məktəb binalarının, Sumağallı, Keyvəndi, Sulut və Diyallı kəndlərində tibb məntəqələrinin tikintisi başa çatıb. Kəlbənd kəndində körpünün tikintisi, İvanovkada mədəniyyət sarayının və Qalacıq kəndində körpünün əsaslı təmiri həyata keçirilib. Yerli əhəmiyyətli Təzəkənd-Ağbulaq-Qoşakənd, Quşencə-Zoğallıq və Tircan-Maçaxı kəndlərinin giriş yolları yenidən qurulub və asfalt örtük vurulub.
“Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo”sanatoriya-müalicə mərkəzində, Talıstan kəndi ərazisində “İstirahət kompleksi”ndə tikinti işləri davam etdirilib.
Basqal qəsəbəsində Turizm Kompleksinin, Qubaxəlilli kəndi ərazisində 3 min tonluq soyuducu anbarının, İvanovka kəndi ərazisində toxum emalı zavodunun, Girdiman çayı yatağında xırdabuynuzlu heyvanların yuyulması üçün xüsusi qurğunun tikintisinə başlanılıb. Aşıqbayramlı gölü ətrafında istirahət kompleksinin və Əhən kəndi ərazisində Arıçılıq kompleksinin inşası məqsədilə tikinti proseduruna başlanılıb.
Ötən il Qalacıq, Qalagah, Soltankənd, Uştal və Zeyvə kəndlərinin qazlaşdırılması başa çatdırılıb, sakinlər təbii qazla təmin olunub.
2019-cu il fevralın 5-də baş vermiş zəlzələ ilə əlaqədar rayonda 1273 fərdi yaşayış evinə və sosial təyinatlı obyektlərə komissiya tərəfindən baxış keçirilib, 117 evin qəzalı vəziyyətdə, 350 evin bərpa-gücləndirməyə, 458 evin təmirə ehtiyacı olduğu müəyyən edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində, ümumilikdə 66 yaşayış məntəqəsində (bir şəhər və iki qəsəbə daxil olmaqla) 86 yaşayış evi inşa edilib, 271 evdə bərpa-gücləndirmə, 440 evdə isə təmir işləri görülüb. Bu istiqamətdə işlər davam etdirilir.
Ötən il rayonda ümumi məhsul istehsalının həcmi faktiki qiymətlərlə 273 milyon 242 min manat olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 757 min manat çoxdur. Ümumi məhsulun 86,8 faizi özəl sektorun payına düşür.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30