Regionlarda tərəvəzçilik və kartofçuluğun inkişafında mühüm nailiyyətlər əldə olunur
06.05.2020 [11:26]
Fermerlər becərilən kartofu və tərəvəz məhsullarını həm daxili bazarlara çıxarmağa, həm də ölkə xaricinə ixrac etməyə başlayıblar
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar sektorun inkişafında da ciddi nailiyyətlər əldə edilməkdədir. Belə ki, göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sektorun ayrı-ayrı sahələrində uğurlu inkişaf təmin olunmaqdadır. Dövlət başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb.
Tərəvəzçilikdə emal sənayesinin inkişafına diqqətin artırılması mühüm əhəmiyyətə malikdir
Qeyd edək ki, ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar sektorun digər sahələri kimi, tərəvəzçiliyin və kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb. Aqrar sektorun bu sahələrinin inkişafına son illərdə dövlət tərəfindən ciddi diqqət yetirilməsi idxaldan asılılığı azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, cari ilin fevral ayının 3-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Prezident İlham Əliyev tərəvəzçiliyin inkişafına toxunub, bu sahədə emal sənayesinin inkişafına diqqətin artırılmasını tövsiyə edib: “Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər”.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə tərəvəzçiliyin və kartofçuluğun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Ötən ilin əvvəlində Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun yenidən qurulması, “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin yaradılması da bu istiqamətdə icra olunan layihələrdəndir. Xatırladaq ki, əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında Prezident İlham Əliyev də iştirak edib və bu sahə ilə bağlı mühüm göstəriş və tövsiyələrini verib. Həmin tədbirdə vurğulanıb ki, belə müasir kompleksin yaradılması ölkəmizdə yüksəkkeyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq baxımından əhəmiyyət daşıyır.
Regionlarda istixanalarda yetişdirilən tərəvəz məhsullarının istehsalına maraq artıb
Məlum olduğu kimi, mövsümün başlanğıcı ilə əlaqədar olaraq hazırda regionlarda əsasən istixanalarda yetişdirilən məhsulların istehsalı prosesi gedir, istehlakçılara məhz bu şəraitdə yetişdirilən tərəvəz və kartofun təklif edildiyi müşahidə olunur. Bu kontekstdə ayrı-ayrı rayonların göstəricilərinə nəzər salmaq məqsədəmüvafiqdir.
Məsələn, son illər Hacıqabulda istixana şəraitində yetişdirilən tərəvəz əkininə maraq artıb. Məhsul istehsalçıları bu sahədə əldə etdikləri qazanc hesabına rayonda istixanaların şəbəkəsini ilbəil genişləndirirlər. Rayon statistika idarəsindən bildiriblər ki, hazırda Hacıqabulda 5,7 hektar ərazidə 9 istixana kompleksi mövcuddur. Hər il bu istixanalarda yüz tonlarla tərəvəz yetişdirilərək xarici və daxili bazarlara göndərilir. Ötən illərdə olduğu kimi, cari təsərrüfat ilində də istixanalarda tərəvəz boldur. Xeyli vaxtdır ki, rayonun ayrı-ayrı yaşayış məntəqələrindəki istixanalarda tərəvəz yığımına başlanılıb və indiyədək 216,4 ton xiyar-pomidor yığılaraq daxili bazarlara göndərilib. Toplanan məhsulun 22,8 tonunu xiyar, 193,6 tonunu isə pomidor təşkil edib. Məhsulun qiyməti də təsərrüfat sahiblərinin ürəyincədir. Tədarük olunan tərəvəzin, demək olar ki, yarıdan çoxu rayonun Atbulaq və Meyniman kəndlərindəki istixanalarından toplanılıb. Fermerlər bildiriblər ki, hələ istixanalarda məhsul çoxdur. Təxmini hesablamalara görə, tərəvəz bu il ötən ildəkindən 2 dəfə çox olacaq.
Eyni zamanda, Mərkəzi Aran regionunda yerləşən Saatlı rayonunda tərəvəz əkini davam edir. Bir neçə ay öncə istixanalarda yetişdirilən şitillər açıq sahələrə köçürülür. Uzun illərdir, bu sahədə təcrübəsi olan fermer Şahin Qasımov tərəvəz əkininə 3 hektar ərazi ayırıb. Burada pomidor, bibər və badımcan əkilir. Toxumlar yerli iqlimə uyğun İtaliya sortudur. Fermerin sözlərinə görə, kənd təsərrüfatına olan dövlət dəstəyi bu sahəyə marağı daha da artırır. Təsərrüfatın sahəsi genişləndikcə əlavə işçi qüvvəsinə də ehtiyac yaranır. Hazırda təsərrüfatda 20-yə yaxın işçi çalışır. İki ay sonra məhsul toplamağı planlaşdıran Şahin Qasımov hər hektara 30 ton məhsul götürəcəyini proqnozlaşdırır.
Əkin sahələrində çalışanlar isə elə yaxın kəndlərdə yaşayan sakinlərdir. Onlardan biri də Pəri Həsənovadır. Onun sözlərinə görə, hazırda əkin mövsümü olduğundan kənd sakinlərinin məşğulluğu da təmin edilir. Kənd sakinləri təkcə tərəvəz-bostan sahəsində deyil, həmçinin pambıq və digər əkin aparılan sahələrdə də çalışırlar. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari ildə Saatlı rayonu üzrə 800 hektar tərəvəz əkini nəzərdə tutulub. Ötən il 789 hektar tərəvəz sahəsindən 20 min tona yaxın məhsul toplanılıb.
Cənub rayonlarımızdan olan Astarada isə ötən ilin dekabr ayından başlayan payızlıq kələm yığımı davam edir. Rayonda kələm əkini ilə ən çox məşğul olan Şahağac, Şiyəkəran və Kakalos kənd sakinləridir. Ötən il 31 hektarda payızlıq kələm əkən rayonun fermerləri və məhsul istehsalçıları sahələrdən 317 ton məhsul yığıblar. Kələm sahələrinin hər hektarından götürülən məhsuldarlıq 102,3 sentner təşkil edib. Məhsul istehsalçıları bu il 40 hektarda payızlıq kələm əkiblər. Builki təsərrüfat ilində havaların yağmurlu keçməsi məhsuldarlığa yaxşı təsir göstərib. Astaralı fermerlər hazırda yetişdirdikləri məhsulları əsasən yerli bazarlarda satırlar. Rayonda payızlıq kələm yığımı ilə paralel olaraq, yazlıq kələm əkini də aparılıb. İndiyədək 42,5 hektar sahədə yazlıq kələm əkilib.
Naxçıvanda istixana şəraitində kartof və pomidor yetişdirilir
Yeri gəlmişkən, qeyd edək ki, bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda istixana şəraitində kartof əkini aparılıb, əkin sahələri genişləndirilib. Bu şəraitdə kartofun vegetasiya müddəti açıq sahələrlə müqayisədə tez baş verir. Eyni zamanda, tez yetişən kartofun alış qiyməti də yüksək olur.
İstixana şəraitində kartof yetişdirən sahibkar Yusif Quliyev qeyd edib ki, bu il onlar istixana şəraitində kartof əkinini təcrübədən keçirirlər. Məqsəd ondan ibarətdir ki, yerli bazarlar təzə kartofla təmin olunsun. Bu məqsədlə 2000 kvadratmetr sahədə istixana şəraitində kartof əkini aparılıb. Nəticədən asılı olaraq, gələcəkdə bu işi daha da genişləndirəcəklər.
Şərur rayonunda kartof əkinləri əsasən Aralıq, Ələkli, Cəlilkənd, Zeyvə, Düdəngə, Xanlıqlar və Sərxanlı kəndlərində aparılır. Ötən il 17 min tona yaxın kartof əldə edən təsərrüfatçılar bu bitkinin əkilib becərilməsində zəngin təcrübəyə malikdirlər. 2019-cu ildə rayonda 1094 hektar sahədə kartof əkini aparılıb. Məhsuldarlıq hər hektardan 154,4 sentner olub. Bu il isə 400 hektara yaxın açıq sahədə kartof əkilib və əkin davam etdirilir.
Torpaq mülkiyyətçisi Mübariz Şirəliyev kartof əkini üçün torpağın və texnikanın hazırlanması işlərini əsasən payız aylarında həyata keçirdiklərini qeyd edib. Bildirib ki, kartof əkiləndən sonra herbisidlərdən istifadə edir, bütün işlərini texnikalar vasitəsilə həyata keçirir. Mübariz Şirəliyev vurğulayıb ki, buna görə də Şərurda yetişdirilən kartof ekoloji cəhətdən təmiz və sağlam olur. Rayonda yetişdirilən faraş kartof may ayının ikinci ongünlüyündə bazara çıxarılacaq.
Kartof istehsalında diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumla təchizat məsələsidir. Artıq bu məsələ də öz həllini tapıb. Muxtar respublikada yaradılan toxumçuluq təsərrüfatları fermerlərin keyfiyyətli toxumlarla təmin olunmasına yaxından kömək göstərirlər. Xaricdən gətirilən toxumluq kartofa isə gömrük rüsumları alınmır.
Əkin sahələrinin genişləndirilməsi üçün təsərrüfat suyuna olan tələbatın ödənilməsi, qapalı suvarma şəbəkələrinin qurulması, torpaq mülkiyyətçilərinin güzəştli şərtlərlə kredit, texnika və avadanlıqlarla təmin olunması hesabına torpaq mülkiyyətçilərinin kartofçuluğa olan marağı artıb. Fermerlər və təsərrüfat sahibləri dövlət tərəfindən texnika və avadanlıqlarla da təmin olunurlar. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya 8 kartofəkən və kartofçıxaran avadanlıq gətirilib. Onların 4-ü güzəştli şərtlərlə fermerlərə satılıb.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, aqrar sahədə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın anbarlarında kifayət qədər kartof ehtiyatı yaradılıb. Bu da əhalinin ilboyu ərzaqla təminatına imkan verir. Son illərə qədər muxtar respublikada bu məhsula olan ehtiyac idxal hesabına ödənilirdisə, hazırda tələbat yerli istehsal hesabına ödənilir.
Onu da qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramı kənd təsərrüfatı sahəsində də uğurla icra edilir. Muxtar respublikada aqrar sahədə görülən işlər, həyata keçirilən islahatlar bu məqsədə hesablanıb.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

