/ / Regionlarda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır
Regionlarda yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır
14.05.2020 [11:40]
Respublikamızın bölgələrində avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı görülən işlər mühüm sosial və iqtisadi əhəmiyyətə malikdir
Qeyd edilənlərdən əlavə, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tərəfindən Qusar rayonunda 5,2 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir. Söhbət Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü kilometrindən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6 metr hərəkət hissə, 2x2 metr çiyin hissələr) yenidən qurulur. Avtomobil yolu uzun illər istismar olunaraq təmirlərarası istismar müddətini keçmişdi və örtük yararsız vəziyətdə idi. Belə ki, örtükdə çalalar və deformasiya əmələ gəlmiş, örtüyün profili bir çox yerlərdə itmişdi. Bundan başqa yolun çiyin hissələri də deformasiyaya uğrayaraq çala-çuxurlu və palçıqlı idi. Hazırda yolun əsaslı şəkildə yenidən qurulması ilə sadalanan bu problemlər aradan qaldırılır. Tikinti layihəsinə uyğun olaraq, yol yatağı buldozerlə kəsilərək profilə salınır, yararsız torpaq yatağı qazılaraq çıxarılır, daha onra əks-dolğu aparılaraq yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi işləri görülməklə yol yatağı inşa olunur. Bunun ardınca optimal-qırmadaş qarışığı ilə əsasın alt layı, qum-çınqıl qarışığından isə əsasın üst layı tikilir. Marşrutboyu mövcud suötürücü borular yayrsız vəziyyətə düşdüyündən, boruların əvəzlənməsi və əlavə olaraq yeni boruların quraşdırılmasına ehtiyac var idi. Bu çərçivədə yeni dairəvi suötürücü boruların quraşdırılması və izolyasiyası işləri də aparılır. Daha sonra yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi işlərinin aparılmasına başlanılıb. Asfaltlanma işləri yolun 30 min kvadratmetrdən çox sahəsini əhatə edir. Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, kilometr göstəriləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. Qeyd edək ki, 5,2 kilometr uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində problemlərə səbəb olurdu. Buna görə də yolun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.
Ağsu rayonunda isə 9 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur. Başlanğıcını Ağsu şəhərindən götürən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi uzunluğu 39 kilometrdir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3 kilometr, bu yoldan ayrılan və Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinin giriş yolları isə 18,7 kilometr təşkil edir. Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun Ağsu-Qaradağ hissəsinin 6,2 kilometrlik ərazisi dağılmış asfalt-beton örtüklü, 8,9 kilometrlik hissəsi çınqıl örtüklü və 5,2 kilometrlik hissəsi isə torpaq yoldur. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadığından asfalt-beton örtüyü yararsız vəziyyətdədir. Asfalt-beton örtüyündə torşəkilli çatlar və aşınmalar, ümumilikdə torpaq yatağında və çınqıl örtüklü hissədə deformasiyalar əmələ gəlimişdi. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir. Sözügedən avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkətini, inzibati əhəmiyyətini və perspektiv inkişafını nəzərə alaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun əsaslı şəkildə təmir olunmasına başlanılıb. Yenidənqurma işləri çərçivəsində yararsız asfalt-beton örtüyü mexanizmlə sökülür, torpaq yatağının yararsız hissələri ekskavatorla qazılıb çıxarılır və ərazidən daşınır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun kanal ilə paralel olan hissəsində yolun normativ eninin alınması üçün genişmiqyaslı işlər görülür. Torpaq yatağı hazır olan hissələrdə isə əsasın alt və üst layının inşası aparılır. Ümumilikdə torpaq işləri 200 min kvadratmetrədək sahəni əhatə edib. Layihə çərçivəsində yolun yaşayış məntəqələrinin daxilindən keçən 6,5 kilometrlik hissəsində isə karxana çınqılı ilə yeni yol yatağının, həmçinin 1 kilometr uzunluğunda yeni piyada səkilərinin inşa edilməsi, kənarlarına yeni səki daşları düzülməsi üçün hazırlıq işləri görülür. Torpaq işlərinə paralel olaraq yolboyu uzunluğu 14,2 metr, eni isə 5,8 metr olan mövcud körpünün hərəkət hissəsi tavasının təmirinə və məhəccərlərin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu üçün bu istiqamətdə addımlar atılır, həmçinin 1 nöqtədə 10 metr uzunluğunda dördbucaqlı su keçidi, mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün yeniləri inşa edilir. Bu məqsədlə 53 ədəd 460 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik dəmir-beton dairəvi suötürücü borular quraşdırılır və izolyasiya olunur. Bunun ardınca yol birləşmələri avtoqreyderlə profilə salınaraq təmir ediləcək, avtomobil yoluna 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Bunun üçün iri və xırda dənəli asfalt-beton qarışıqlarından istifadə olunacaq. Asfaltlanma işləri ümumilikdə 120 min kvadratmetrdən çox sahəni əhatə edəcək. Bundan başqa, Ağsu-Qaradağ yolunun yenidən qurulması layihəsi çərçivəsində 11 avtobus dayanacağı, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün isə yolun 6,2-ci kilometrliyində beton kanal üzərindən keçən 30 metr hissəsində 60 poqonmetr uzunluğunda ikitərəfli əyrixətli tirlər, yolboyu məlumatverici lövhələr, 83 yol nişanı və 460 siqnal dirəyi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək. Sadalanan analoji işlərin Ağsu-Qaradağ yolundan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli, Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı, Ülgüc kəndlərinə giriş yollarında da aparılması nəzərdə tutulur. Belə ki, çınqıl örtükdən ibarət yollarda qabarma və çökmələr əmələ gəlmişdi. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının eni dəyişkəndir. Buna görə də qısa müddət ərzində sözügedən kəndlərin giriş yollarında da genişmiqyaslı tədbirlərin görülməsinə başlanılacaq. Burada da torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılacaq, əvəzinə yararlı qrunt tökülərək yeni 80 min kvadratmetr sahədə yol yatağı inşa ediləcək. Bunun ardınca layihədə nəzərdə tutulmuş materialdan istifadə olunaraq 120 min kvadratmetr sahədə yol əsası inşa ediləcək və yollara 2 laydan ibarət yeni asfalt-beton örtük döşənəcək, yol birləşmələri profilə salınaraq təmir ediləcək. Bundan başqa mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün boru başlıqları yenidən təmir olunacaq və əlavə olaraq 1120 poqonmetr uzunluğunda müxtəlif diametrlərə malik 140 yeni metal və dəmir-beton dairəvi suötürücü borular quraşdırılaraq izolyasiya olunacaq. Layihənin sonuncu mərhələsində 9 yaşayış məntəqəsinin giriş yollarında zəruri olan yerlərdə avtobus dayanacaqları, məlumatverici lövhələr, 47 yol nişanı, 80 siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. Rayonun Ağsu-Ağarx-Rəhimli-Qaradağ marşrutu üzrə 9 yaşayış məntəqəsinə gedən avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdıracaq, yolun yenidən qurulması kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxarmaqla yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Bundan başqa, Ağdam rayonunda 3 cəbhəyanı kəndin yolunun yenidən qurulması yekunlaşır. Cəbhəyanı kəndlərin sosial problemlərinin həlli istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları ilə müxtəlif infrastruktur layihələri həyata keçirilir. Avtomobil yollarının yenidən qurulması dövlət siyasətinin əsas prioriteti hesab olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ağdam rayonunda cari ildə 3 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə bərpası istiqamətdə işlər yekunlaşmaq üzrədir. Söhbət IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və uzunluğu 15 kilometr olan yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolundan gedir. Avtomobil yolu uzun illər istismar olunduğundan və təmirarası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub. Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədilə hazırlanmış layihəyə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işlərinin sahəsi 150 min kvadratmetrdir. Tikinti norma və standartlarına uyğun olaraq yolboyu torpaq işləri aparılıb, yolun mövcud dağılmış örtüyü sökülüb, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülüb, yol əsasının alt layı karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınıb. Yolun çiyin hissələrin də eyni materialla təmirinin asfaltlanma işlərindən sonra aparılması nəzərdə tutulur. Hazırda yola 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə üzrə həyata keçirilib. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkilı üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur. Ümumilikdə, 6 mindən çox əhalinin yaşadığı 3 cəbhəyanı kəndi əhatə edən yolun yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.
Beləliklə, respublikamızın bölgələrində avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı görülən işlər mühüm sosial və iqtisadi əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

