Son illər ərzində yeni təsərrüfatların yaradılması üzümçülüyün inkişafına təkan verib
16.05.2020 [12:11]
Regionlarda emal sənayesi hesabına ixrac potensialının genişləndirilməsi, minlərlə hektar üzüm bağlarının salınması bu sahədə mühüm nəticələrin əldə edilməsinə geniş imkanlar yaradıb
Məlum olduğu kimi, son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların nəticəsi olaraq, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafında da mühüm uğurlar əldə olunub. Dövlət başçısının təsdiq etdiyi Dövlət proqramları və digər sənədlərdən irəli gələn işlərin həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafına, yeni ixracyönümlü istehsal sahələrinin yaradılmasına və ixrac potensialının genişləndirilməsinə imkan yaranıb.
Onu da qeyd edək ki, aqrar sektorun ixrac potensialı olan sahələrindən biri də üzümçülükdür. Dövlət başçısı tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər və “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə üzümçülüyün inkişafı baxımından mühüm əhəmiyyətə malik olub. Yeri gəlmişkən, cari ilin fevral ayının 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev üzüm istehsalı və emalı sahəsinin inkişafına xüsusi diqqət çəkib: “Bizdə indi üzümçülük çox sürətlə inkişaf edir. Son illər ərzində salınmış minlərlə hektar üzüm bağları indi bar verir. Təkcə keçən il üzüm tədarükü 34 min ton artıbdır. Bu, birbaşa şərabçılıq sənayesini yaradır və biz indi şərab məhsullarımızı bir çox ölkəyə ixrac edirik”.
Qeyd edək ki, bu sahəyə dövlətin diqqəti və dəstəyi sayəsində, o cümlədən müasir bağların salınması, fermerin istehsal etdiyi məhsulun alınması, üzüm istehsalı və emalı sahəsinin inkişafına dəstək üçün fermerlərə güzəştli kredit ayrılması, yeni təsərrüfatlar yaradılması, emal sənayesi hesabına ixrac potensialının gücləndirilməsi, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) müvafiq qurumları tərəfindən yeni sortların yaradılması istiqamətində mühüm işlər görülür.
Hazırda bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Belə ki, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) təcrübə stansiyalarında yaz-tarla işləri uğurla davam etdirilir. İnstitutun Şamaxı Təcrübə Stansiyasında yerli, nadir “Mədrəsə” sortunun qorunub saxlanılması və səmərəli istifadəsi məqsədilə üzüm bağı və tinglik salınır.
KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, burada “Üzüm genefondunun innovativ texnologiyalar əsasında qiymətləndirilməsi, donor genotiplərin seçilməsi, müasir tələbata (xəstəlik və zərərvericilərə qarşı davamlı, məhsuldar, keyfiyyətli, əmtəəlik görünüşü yüksək, saxlanmaya və daşınmaya yararlı) cavab verən yeni süfrə, kişmişi və texniki üzüm sortlarının yaradılması, irsi xüsusiyyətləri pisləşmiş qiymətli sortların təsərrüfat-iqtisadi əlamətləri üzrə yaxşılaşdırılması” mövzusu üzrə “Şamaxı mərəndisi və “Mədrəsə” üzüm populyasiyasının irsi xüsusiyyətlərinin öyrənilməsi, məhsuldar, keyfiyyətli, biotik amillərə davamlı klon formalarının seçilməsi və artırılması” tədqiqat işi həyata keçirilir. Uzun illər əkilib-becərilmə şəraitinin, xarici mühit amillərinin, təbii mutasiya yaradan amillərin təsiri, sortdan əkin materialının texnoloji təlimatlara əsasən düzgün tədarük olunmama, o cümlədən populyasiyadakı bitkilərin genetik xüsusiyyətləri nəzərə alınmadığından “Mədrəsə”nin bir neçə variasiyası meydana gəlib. Hazırda “Mədrəsə” sortunun 10-a yaxın mənfi və müsbət variasiyası var və bunların qarışığı şəklində əkilib becərilir. Bu isə sortun “bioloji çirklənməsinə” gətirib çıxarır. Bunları nəzərə alaraq “Mədrəsə” sortunun bioloji və genetik baxımdan təmiz formalarının seçilib artırılması məqsədilə bu sort institut tərəfindən yaxşılaşdırılma proqramına cəlb edilib. Bu məqsədlə Mədrəsə sortunun vətəni Şamaxı və İsmayıllı rayonlarında köhnə üzüm bağlarında və həyətyanı təsərrüfatlarda becərilən sortun tənəkləri etiketlənmiş, aprobasiya aparılmış və çubuq tədarük olunmuşdur.
Hazırda Şamaxı Təcrübə Stansiyasında Mədrəsə üzüm sortundan 35 min ədəd bioloji təmiz çubuq tədarük olunub və ondan 1 hektar sahədə üzüm bağı və 1 hektar tinglik salınıb. Təsərrüfatın əməkdaşları tərəfindən əvvəlcədən əkin sahəsi təmizlənib, torpaq becərmələri, aqrokimyəvi, meliorasiya işləri həyata keçirilib (sahə şumlanıb, hamarlanıb, su kanalları çəkilib və s.) və əkin aparılıb.
“Mədrəsə” sortundan salınan üzüm bağından gələcəkdə fillokseraya davamlı calaq-əkin materialının istehsalı üçün çubuq tədarükü nəzərdə tutulur. İstehsal olunan tinglər isə fermerlərə tövsiyə olunacaq.
Yeri gəlmişkən, KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, bu günlərdə ÜŞETİ-nin bölgələrdəki təcrübə təsərrüfatlarının rəhbərləri ilə videokonfrans keçirilib. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun idarə etdiyi videokonfransda direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov məsafədən onlayn rejimdə iştirak ediblər. ÜŞETİ-nin direktoru Vüqar Səlimov institutun illik elmi və təsərrüfat hesabatını təqdim edib. Abşeron, Şamaxı və Gəncədə yerləşən təcrübə təsərrüfatlarının rəhbərləri bağlarda mövsümi qulluq işlərinin gedişi və davam etdirilən tədqiqat mövzuları ilə bağlı məlumat veriblər. Bildirilib ki, Abşeron təcrübə təsərrüfatının 22 hektarlıq ərazisində “Kişmişi”, “Şanı”, “Mədrəsə”, “Ağadayı” və “Moldova” sortlarından ibarət 5 hektarda kolleksiya bağı, 2,5 hektarda isə tinglik sahəsi salınıb, hazırda təsərrüfatda aktiv qulluq işləri davam etdirilir. Şamaxıda yerləşən təsərrüfatdakı 18 hektarda isə bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşmış yerli sortların tingliyi təşkil olunub. Gəncə Təcrübə Təsərrüfatının 40 hektarlıq bağında isə calaqaltı və kolleksiya sahəsi salınıb, eyni zamanda, introduksiya olunmuş bir sıra sortların adaptasiya xüsusiyyətləri öyrənilir.
Videokonfransda karantin günlərində həyata keçirilən tədbirlər haqqında məsələlər də müzakirə olunub. Yaz-tarla işlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun təşkil olunması, fermerlər üçün məsafədən maarifləndirmə təlimlərinin daha da gücləndirilməsi və digər cari məsələlərlə bağlı tapşırıqlar verilib.
Son illərdə Naxçıvan Muxtar Respublikasında da üzümçülüyün inkişafına diqqət artırılıb və yeni təsərrüfatlar yaradılıb. Onlardan biri də Babək rayonunun Nehrəm kəndindəki “Sumqala” üzümçülük təsərrüfatıdır. Beş il bundan əvvəl yaradılan üzümçülük təsərrüfatı 250 hektar sahəni əhatə edir. Hazırda təsərrüfatda xüsusi texnikalar vasitəsilə aqrotexniki qulluq və dərmanlama işləri görülür. Ötən il təsərrüfatın 80 hektarlıq üzüm bağından min tondan çox məhsul götürülüb. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, həmçinin Rusiyanın və Ukraynanın bazarlarına ixrac olunub.
Bu il ərzində təsərrüfat daha da genişləndirilib. Burada 14 xarici ölkələrdən gətirilmiş üzüm sortu ilə yanaşı, 10-a yaxın yerli üzüm sortu da yetişdirilir. Yerli üzüm sortlarından “Kişmişi”, “Mələyi”, “Kürdəşi” və digərləri daha çox alıcı rəğbəti görür. “Sultanina”, “Viktoriya”, “Kardinal” və digər üzüm sortları xarici ölkələrdən hazır calaq edilmiş şəkildə gətirilib. Üzümçülük təsərrüfatının baş aqronomu İsgəndər Abdullayev qeyd edib ki, yeni salınan üzüm tənəklərinə xüsusi qulluq edilir. Çünki cavan tənəklər bir qədər zərif və kövrək olur. Təsərrüfatda bağların suvarılması üçün Gilançaydan kaptaj üsulu ilə su xətti çəkilib. Bununla yanaşı, Bənəniyar Su Anbarından da su götürülür. Suvarmanın səmərəli olması üçün damcı üsulundan istifadə edilir. İşlərin optimal müddətdə başa çatdırılması üçün təsərrüfatda 200-dən artıq işçi çalışır. Təsərrüfatda üzümçülüklə yanaşı, alma və qarışıq meyvə bağları da var.
Muxtar respublikanın Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində də yeni meyvə bağı salınıb. 2 hektar sahəni əhatə edən ərazi əvvəllər əkinəyararsız sahə olub. Az bir vaxtda bura texnikaların vasitəsilə hamarlanıb, əkinəyararlı hala gətirilib. Tinglər üçün çalalar qazılıb, üzvi gübrədən istifadə olunaraq əkinlər aparılıb. Əraziyə rayonun iqliminə uyğun 1800 ərik, badam, gilas, alma, gavalı tingləri əkilib. Yaz aylarında rayon ərazisində 9,5 hektar yeni bağların salınması nəzərdə tutulub. Həmçinin rayonun Nursu kəndində də 1,5 hektar sahədə yeni üzüm bağı salınıb. Yeni üzüm bağının salınması üçün Nursu kəndindəki yamac sahə seçilib. Əkin aparılmazdan əvvəl sahədə aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala salınıb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 minə yaxın üzüm tənəyi basdırılıb. Qeyd edək ki, əvvəllərdə Nursu kəndində yaxşı üzümçülük ənənələri olub. Burada həm süfrə, həm də texniki sortlar əkilib. Sakinlər üzümdən doşab, müxtəlif içkilər, mövüz, kişmiş hazırlayıblar. Kənd sakinləri bir zamanlar Şahbuz rayonunda fəaliyyət göstərən üzüm emalı zavoduna min tonlarla üzüm təhvil veriblər. Yeni salınan üzüm bağını kənd sakinləri qədim üzümçülük ənənələrinin bərpası kimi dəyərləndirir. Son dövrlərdə Şahbuz rayonunun ərazisində 10 hektara yaxın sahədə yeni üzüm bağı salınıb.
Sonda qeyd edək ki, VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında qeyd olunur ki, 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyub. Üzümçülük sahəsinin ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülür. Belə ki, “Sumqala” üzümçülük təsərrüfatı da ixrac üçün məhsullar istehsal edir. Ümumilikdə, ötən il muxtar respublikada 1400 hektardan çox sahədə üzüm bağı salınıb. Üzüm bağlarından 16 min 700 tondan çox məhsul götürülüb.
Beləliklə, yeni təsərrüfatların yaradılması ilə yanaşı, emal sənayesi hesabına ixrac potensialının genişləndirilməsi istiqamətində görülən işlər regionlarda üzümçülüyün inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

