Regionlarda ixrac potensialı yüksək olan baramaçılığın inkişafı diqqət mərkəzindədir
22.05.2020 [10:02]
Bölgələrdə bu sahəyə böyük maraq göstərilir və barama istehsalı ildən-ilə artır
(əvvəli ötən sayımızda)
Əkrəm Fətəliyev onu da deyib ki, ötənilki mövsümdə rayonun kümçüləri tərəfindən istehsal olunan damazlıq baramadan 5 min qutu ipəkqurdu toxumu hazırlanıb. Bu il həmin toxum Çindən alınaraq ölkəmizə gətirilən 15 min qutu hibrid ipəkqurdu sənaye toxumu ilə birlikdə inkubasiya olunaraq respublika kümçülərinə paylanılıb. Cari mövsümdə stansiyada 15-16 min qutu ipəkqurdu toxumunun hazırlanması nəzərdə tutulur. Beləliklə, yaxın iki ildə respublikanın ipəkqurdu toxumuna olan tələbatı yerli istehsal hesabına tam ödəniləcək, daha xaricdən toxum gətirməyə ehtiyac qalmayacaq.
Builki mövsümdə Qəbələ rayonunda da yaş barama istehsalının ötən illə müqayisədə 5 tondan çox artırılaraq, 20,8 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 520 qutu ipəkqurdu paylanılıb. Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov bildirilib ki, cari mövsümdə barama yetişdirmək üçün 104 kümçü ilə müqavilə bağlanılıb. Xatırladaq ki, qəbələli kümçülər ötənilki mövsümdə 15,4 ton yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki illə müqayisədə 6,3 ton artıb.
Baramaçılıqda xüsusi şöhrət qazanan rayonlardan olan Şəkidə də bu il yaş barama istehsalının artırılmsı qarşıya hədəf qoyulub. Belə ki, bu il Şəkidə yaş barama istehsalının əvvəlki illə müqayisədə 21 tondan çox artırılaraq 69,6 tona çatdırılması nəzərdə tutulur. Barama yetişdirilməsi ilə əlaqədar şəkili kümçülərə may ayının əvvəlində bölgü əsasında 1740 qutu, yəni 33,1 kiloqram ipəkqurdu paylanılıb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov bildirib ki, Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunan ipəkqurdları rayonun 25 inzibati ərazi dairəsi üzrə 400-dək kümçüyə paylanılıb. İstehsalçılardan yaş barama tədarükünə mayın axırı, iyunun əvvəllərində başlanılacaq.
Qurum rəsmisinin sözlərinə görə, son illər Şəki rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Görülmüş tədbirlər nəticəsində son üç ildə rayonda yaş barama istehsalı 5,6 dəfədən çox artaraq 48 tona çatıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın dirçəldilməsi əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərinin artmasına çox yaxşı təsir göstərir. Belə ki, ötənilki mövsümdə şəkili kümçülər yaş barama istehsalından 432 min manat gəlir əldə ediblər.
Bu il Oğuzda barama istehsalında artım olacağı gözlənilir. Belə ki, rayonda yaş barama istehsalının ötən illə müqayisədə 3,9 ton artırılaraq 12,8 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 320 qutu və ya 6,1 kiloqram ipəkqurdu paylanılıb. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlovun sözlərinə görə, cari mövsümdə ipəkqurdunun yemlənməsi ilə 130-dək kümçü ailəsi məşğul olur.
Xatırladaq ki, oğuzlu kümçülər ötənilki mövsümdə 8 ton 892 kiloqram yaş barama istehsal ediblər. Barama istehsalı əvvəlki illə müqayisədə 3,7 ton artıb. Ötən il rayon üzrə 120 nəfər barama istehsalçısına “Azəripək” MMC-yə təhvil verdikləri yaş barama məhsuluna görə 43 min 881,6 manat subsidiya ödənilib.
Cəbhə bölgəsində yerləşən rayonlarda yaş barama istehsalının artırılması proqnozlaşdırılır
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən rayonlarda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Məsələn, Tərtər rayonunun inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4601 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə isə 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu barama qurdu kümçülərə təhvil verilib.
Qeyd edək ki, ipəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.
2019-cu ildə baramadan yaxşı gəlir əldə edən Füzuli rayonundan olan kümçülər də bu il daha çox ipəkqurdu bəsləyəcəklər. Hədəf 50 tondan çox yaş barama tədarük etməkdir. Vurğulanmalıdır ki, rayon kümçüləri ipəkqurdu bəsləməyə başlayıblar. Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasov bildirib ki, bu mövsüm kümçülərə 1250 qutu ipəkqurdu toxumu paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir. Mərkəzin direktorunun sözlərinə görə, qurdların bəslənilməsi üçün rayonda əlverişli yem bazası var. Son iki ildə Çindən gətirilən 200 min tut tingi əkilib. Həmçinin rayonda inşası davam edən barama qəbulu məntəqəsi ipəkqurduna olan marağı daha da artırır. Gələcəkdə məntəqənin fəaliyyəti füzulili kümçülərin keçmiş şöhrətini geri qaytarmağa təkan verəcək. Hazırda rayon üzrə 318 kümçü barama toxumu təhvil götürüb. İpəkqurdu bəslənəcək 60 min kvadratmetrlik saxlanc yeri əvvəlcədən dezinfeksiya olunub.
Yeri gəlmişkən, ötən il baramadan yüksək gəlir əldə edən kümçülərdən olan Cəmilə Zeynalova bildirib ki, artıq dördüncü ildir ipəkqurdu istehsalı ilə məşğul olurlar. Təkcə ötən il 6 qutu toxumdan 320 kiloqram yaş barama istehsal ediblər. "Bu il isə 8 qutu toxum götürərək bəsləməyə başlamışıq və 400 kiloqrama yaxın barama tədarük etməyi planlaşdırırıq. Bu sahəyə olan dövlət dəstəyi, toxumların pulsuz paylanılması bizim üçün əlverişli şərait yaradır. Barama hazır olanda heç bir çətinlik çəkmədən təhvil verib, hər kiloqrama 9 manat ödəniş alırıq. Artıq üç gündür qurdları bəsləyirik. Otuz gündən sonra isə baramaları toplayacağıq", - deyə kümçü əlavə edib.
Baramaçılıqdan qısa müddətdə yaxşı gəlir götürən kümçülər arasında rayon sakini Tariyel Vəliyev də var. O, ötən il 100 qram toxumdan 300 kiloqram yaş barama toplayıb. Bu da 2400 manata yaxın əlavə qazanc deməkdir: "Elə bu səbəbdən hazırda 300 qram toxum təhvil alaraq bəsləməyə başlamışıq. Hazırda qurdlar artdıqca rəflərə köçürürük".
Bu il 600 kiloqram məhsul toplamağı düşünən kümçü deyir ki, baramaçılıq çox əlverişli sahədir. Toxumların dövlət tərəfindən verilməsi və bazarının olması insanlar arasında baramaçılığa olan marağı daha da artırır.
Bu il Ağdam rayonunda yaş barama istehsalının əvvəlki illərlə müqayisədə artırılaraq 22 tona çatdırılması proqnozlaşdırılır. Qeyd edək ki, barama yetişdirilməsi ilə əlaqədar ağdamlı kümçülərə 550 qutu (10 min 450 qram) ipəkqurdu toxumu gətirilərək paylanılıb. Hazırda 136 kümçü tərəfindən ipəkqurduların bəslənməsi davam edir.
Qeyd edək ki, Ağdam rayonunun xeyli inkişaf edən sahələrindən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 230 min ədədə yaxın tut tingi əkilib. 2016-cı ildə rayonda 2,4 ton, 2017-ci ildə 13 ton, 2018-ci ildə 16 ton 722,9 kiloqram, 2019-cu ildə isə 17 ton 106,8 kiloqram barama istehsal olunub.
Cənub bölgəsində yerləşən rayonlarda kümçülərə ipəkqurdları paylanılıb
Cənub bölgəsində yerləşən Masallı rayonunda da baramaçılığa olan maraq ildən-ilə artır. Belə ki, rayona gətirilmiş 140 qutu ipəkqurdunun paylanmasına başlanıb. Rayonun Qızılağac, Qarğalıq, Təzə Alvadı, Köhnə Alvadı, Mahmudavar, Şərəfə, Səmidxan kəndlərinin kümçüləri artıq ipəkqurdlarını əldə ediblər.
İlk ipəkqurdu toxumunu alan Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov KİV-ə açıqlamasında bildirib ki, baramaçılıq qısa vaxtda gəlir gətirən maraqlı sahədir: "Ötən il də ipəkqurdu bəsləmişdim. Qəbul məntəqəsinə 380 kiloqram barama təhvil verdim. Bu gün 6 qutu ipəkqurdu götürmüşəm. Bu sahədə təcrübəmiz, ipəkqurdunu bəsləmək üçün yem bazamız var".
Beş qutu ipəkqurdu alan Musaküçə kəndindən olan kümçü İntizam Quliyev deyib yaşadığı kənddə tut ağacının çox olduöunu, ötən illərdə də xeyli tut tingi əkiıldiyini deyib. O ipəkqurdlarını bəsləməkdə hər hansı çətinliyin olmadığını bildirib: “Bu məqsədlə hazırladığımız otaqlarda işlər qaydasındadır. Ötənilki uğurları artırmağa çalışacağıq". Qeyd edək ki, Masallı rayonunun kümçüləri ötən il qəbul məntəqəsinə 5 ton 319 kiloqram barama təhvil veriblər.
May ayının ilk ongünlüyündə Astara Rayon Aqrar İnkişaf Mərkəzində də Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 50 qutu ipəkqurdu toxumu kümçülərə paylanılıb. Qeyd etmək yerinə düşər ki, Astara rayonunda uzun müddət tənəzzül dövrünü yaşayan ənənəvi təsərrüfat sahələrindən olan baramaçılıq dövlətin dəstəyi ilə 2016-cı ildən yenidən dirçəlməyə başlayıb. Baramaçılığın yem bazasını təmin etmək məqsədilə rayonda 22000 tut tingi əkilib.
Ötən il kümçülər 1262,6 kiloqram yaş barama tədarük edərək "Azəripək" MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramanın hər kiloqramına görə kümçülərin hesabına dövlət tərəfindən 5, "Azəripək" MMC tərəfindən 4 manat olmaqla, 9 manat vəsait ödənilib. Qeyd edək ki, Astara rayonunda baramaçılıq əsasən Kijəbə və Ərçivan qəsəbələrində, Kakalos, Şüvi, Şahağac, Təngərüd, Səncərədi və Suparibağ kəndlərində inkişaf etdirilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18

