Regionlarda taxıl biçini kampaniyasına start verilib
02.06.2020 [09:06]
İri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır
Azərbaycanın tərəqqisini şərtləndirən əsas faktorlardan biri də ölkəmizin regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, hazırda bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, o cümlədən kənd təsərrüfatı daha sürətlə inkişaf edib. Yeri gəlmişkən, Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Preziden İlham Əliyev də bildirmişdi ki, “Kənd təsərrüfatı sahəsində də ciddi islahatlar aparılır. Əminəm ki, bundan sonra da artım çox sürətli olacaq. Bildirməliyəm ki, keçən il bütövlükdə fermerlərə 380 milyon manat subsidiya verilmişdir. İndi bu subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilir. Bu, çox mütərəqqi sistemdir”.
Bildirmək yerinə düşər ki, son illərdə respublikamızın bölgələrində aqrar sektorun digər istiqamətləri kimi, ərzaq təminatının möhkəmləndirilməsində çox mühüm pozisiyalardan biri olan taxılçılığın inkişafı da diqqət mərkəzində saxlanılır. Xüsusilə bu sahədə intensiv metodların tətbiqinə geniş meydan verilir və bu zaman qabaqcıl dünya təcrübəsi nəzərə alınır. Regionlarda taxılçılığın inkişafında Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılan iri fermer təsərrüfatlarının rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, iri fermer təsərrüfatlarının yaradılması və digər dəstək tədbirlərinin görülməsi nəticəsində ölkədə taxıl istehsalı ilbəil artır. Azərbaycan yeni yanaşmaları tətbiq etməklə, yeni innovasiyalara müraciət etməklə iri fermer təsərrüfatlarında məhsuldarlığı daha da artırmağa nail olub ki, bu da böyük uğurdur.
Bu məqamda bildirmək yerinə düşər ki, artıq bölgələrdə taxıl biçini mövsümü start götürüb. Bir sıra rayonlarda biçinə hazırlıq hələ də davam etsə də, bəzi regionlarda kombaynlar taxıl zəmilərində işə başlayıb.
Şəki-Zaqatala iqtisadi regionunun bir sıra rayonlarında biçinə hazırlıq prosesi uğurla aparılıb
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 67 min 384,7 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 42 min 852,5 hektarını buğda, 24 min 532,2 hektarını dən üçün arpa sahələri təşkil edir. Ötən ay təsərrüfatlarda taxıl biçininə hazırlıq işləri yekunlaşdırılıb. Biçin kampaniyasına hazırlıqla əlaqədar Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah da yaradılıb, tədbirlər planı təsdiq olunub. Mərkəzin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov KİV-ə açıqlamasında bildirib ki, Şəki taxılçıları bu məsul kampaniyaya çox ciddi hazırlaşıblar. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunur, kombayn və digər texnikalar saz vəziyyətə gətirilir. Ümumilikdə, biçin kampaniyasına 130 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 87 ədədi son illərdə alınan təzə, qalanları isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır. Ehtiyac yaranarsa, biçini başa çatdırmış Aran rayonlarından əlavə kombaynlar da gətiriləcək. Biçin kampaniyasına, eyni zamanda, 95 ədəd küləşpresləyən aqreqat, 250 ədəd şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin yanğınsöndürən və su maşınları cəlb olunacaq.
Qeyd edək ki, təsərrüfatlarda taxıl biçininə iyunun əvvəllərində başlanılması nəzərdə tutulur. Onu da əlavə edək ki, şəkili fermerlər ötənilki mövsümdə 67,7 min hektar taxıl sahəsindən 234 min 631 ton məhsul tədarük ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb. Fermerlər hər hektardan orta hesabla 34,6 sentner məhsul götürüblər.
Qax taxılçıları da bu ilin biçin mövsümünə ciddi hazırlıq görüblər. Belə ki, builki mövsümdə Qax rayonunda 13 min 26 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 10 min 270 hektarını buğda, 2 min 756 hektarını dən üçün arpa sahələri təşkil edir. Təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülüb. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Cari mövsümdə biçin kampaniyasına 31 ədəd taxılbiçən kombayn cəlb ediləcək. Onlardan 18 ədədi son illərdə alınan təzə, 13-ü isə əvvəlki illərdə alınan və istifadəyə yararlı vəziyyətdə olan köhnə kombaynlardır.
Yeri gəlmişkən, taxıl səpinindən sonra havaların uzun müddət yağmursuz, quraq keçməsi ilə əlaqədar payızlıq taxıl sahələrində, xüsusilə dəmyə sahələrdə bitiş gec alınsa da, sonradan havaların yağmurlu keçməsi səbəbindən taxıl əkinlərində bitkilərin inkişafı sürətlənib. Vaxtında aparılmış aqrotexniki tədbirlər, xüsusilə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə işinin vaxtında təşkili, xəstəlik və zərərvericilərə qarşı mübarizənin düzgün qurulması, yarpaq gübrələrinin tətbiqi, taxıl toxumlarının geniş spektirli dərmanlarla dərmanlanması nəticəsində sahələrdən bol məhsul gözlənilir.
Qax rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Hikmət Hafizovun verdiyi məlumata görə, cari ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində ötən müddətdə 4 min hektaradək sahədə siçanabənzər gəmiricilərə qarşı dövlət tərəfindən verilmiş sink-fosfid preparatı vasitəsilə zəhərli aldadıcı yem tətbiq olunmaqla kimyəvi mübarizə aparılıb. Bundan əlavə, 1283 hektar sahədə taxılın ən qorxulu zərərvericilərindən olan taxıl böcəyinə, 507 hektarda pas xəstəliyinə, 8 min hektar sahədə isə müxtəlif növ alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Cari mövsümdə Zaqatala rayonunda isə 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 812 hektarını buğda, 3 min 508 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 320 hektar artıb. Təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülüb. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanovovun sözlərinə görə, rayon üzrə biçin kampaniyasına 26 ədəd taxılbiçən kombayn, həmçinin 38 ədəd küləş presləyən aqreqat, 365 şum traktoru, 126 traktor qoşqusu və digər texnikalar cəlb ediləcək. Biçin dövründə ehtiyac yaranarsa, digər rayonlardan əlavə olaraq 10-12 kombayn da gətiriləcək. Təsərrüfatlarda taxıl biçininə iyunun ortalarında başlanılması nəzərdə tutulur.
Sektor müdiri bildirib ki, cari ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrinə ötən müddətdə tələb olunan səviyyədə aqrotexniki qulluq olunub, 4200 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə aparılıb. Bundan əlavə, 5250 hektar sahədə alaq otlarına qarşı mübarizə tədbirləri həyata keçirilib.
Mərkəzi Aran bölgəsinin taxılçıları biçinə start veriblər
Mühüm taxılşılıq rayonlarından sayılan Yevlax rayonunda da 2020-ci ilin taxıl biçini kampaniyasına hazırlıq işləri başa çatdırılıb. Qeyd edək ki, bu ilin məhsulu üçün rayonda 12 min 7 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 6672,4 hektarı buğda, 5334,6 hektarı arpadır. Taxıl biçininə ümumilikdə rayon üzrə 30 taxılbiçən kombayn cəlb ediləcək. Bunun 24-ü “Aqrolizinq” ASC-yə məxsus olan, 6 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Bundan başqa biçinə dağətəyi rayonlardan da kombaynlar cəlb olunacaq. Ötən il olduğu kimi, bu il də “Aqrolizinq” ASC tərəfindən ilk növbədə 50 hektara qədər olan taxıl sahələrində biçin aparılacaq.
Biçinə hazırlıq prosesinin əsas istiqamətləri biçin prosesində texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir. Bu məqsədlə karantin rejiminin qaydalarına əməl edilməklə kənd və qəsəbələrdə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Fermerlərə biçin haqqında ətraflı məlumatlar verilib, biçin prosesi, biçinə nəzarət, vətəndaşların növbəli biçin prosesinə əməl etməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilib, maarifləndirici bukletlər paylanıb. Taxıl anbarlarında dezinfeksiya işləri aparılıb.
Məlumat üçün bildirək ki, Yevlax rayonunda ötən il 11 min 713 hektar sahədə taxıl becərilib, 37 min 427 ton məhsul əldə edilib. Məhsulun 22 min 941,9 tonu buğda, 14 min 485,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 34,6 sentner, arpa zəmilərində isə 28,5 sentner olub.
Ucar rayonunda isə taxıl biçini kampaniyasına start verilib. Qeyd edək ki, məhsul yığımına ciddi hazırlıqla başlanıb və ilkin olaraq daha tez yetişən arpa zəmiləri biçilir. Cari ilin məhsulu üçün 7967 hektarda taxıl yetişdirilib ki, bunun da 4622 hektarı arpadır. Biçin kampaniyasına 30 kombayn cəlb olunub. Rayonun Yuxarı Şilyan, Boyat, Müsüslü və bir sıra digər ərazi icra nümayəndəliklərində kampaniyaya daha mütəşəkkil başlanılıb. Hər yerdə bu mühüm strateji məhsulun yığımının vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərlər edilib.
Taxılçılıq Göyçay rayonunda da kənd təsərrüfatının aparıcı sahələrindəndir. Ötən ilin payızında rayonda 2020-ci ilin məhsulu üçün 14 min 75 hektar ərazidə, o cümlədən 9775 hektar suvarılan, 4300 hektar isə dəmyə torpaqlarda payızlıq taxıl əkini aparılıb. Bu il də Göyçay rayonunda taxıl biçininə hazırlıq işləri başa çatdırılıb. Əkin sahələrinin 7271 hektarında buğda, 6804 hektarında isə arpa yetişdirilib. Vegetasiya müddətində sahələrdə bütün aqrotexniki tədbirlərə riayət olunaraq mineral gübrələrdən istifadə olunub, alaq otlarına qarşı herbisidlər tətbiq olunub və suvarılan torpaqlarda suvarma işləri aparılıb.
Sahələrdə bol məhsul yetişmək üzrədir. Rayonda biçin üçün 21 ədəd kombayn işlək vəziyyətə gətirilib.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

