Respublikamızın regionlarında yol infrastrukturu quruculuğu uğurla davam edir
05.06.2020 [08:41]
Müasir standartlara cavab verən yeni yolların çəkilməsi bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır
(əvvəli ötən sayımızda)
Göygöldə 3 marşrut üzrə 18,9 kilometrlik avtomobil yolları yenidən qurulur
Göygöl rayonunda isə 3 marşrut üzrə 18,9 kilometrlik avtomobil yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu il respublika üzrə həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Göygöl rayonunda respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 14-cü kilometrindən ayrılan və Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarıdır.
Göygöl rayonu Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarının ümumi uzunluğu 18,9 kilometr təşkil edir.
Layihəyə əsasən, avtomobil yolları 3 marşrut üzrə yenidən qurulur. Bunlar respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-5-ci kilometrlik (2 kilometr) hissəsi, yerli əhəmiyyətli 5,6 kilometrlik Üçtəpə-Firuzabad və 9,7 kilometrlik Aşıqlı-Keşkü-Üçbulaq avtomobil yollarıdır. Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq layihəyə M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndinə rahat gediş-gəlişin təmin olunması üçün 1,6 kilometr uzunluğunda yeni geridönmə hissəsinin yaradılması da daxil edilib.
III texniki dərəcəli respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq yolun 2 kilometrlik hissəsinin I texniki dərəcəyə uyğun təmir olunmasına ehtiyac yaranıb. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yararsız asfalt-beton örtüyü mexanizmlə sökülüb, yolun torpaq yatağının I texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə yararsız qrunt qazılıb, əks-dolğu işləri aparılaraq torpaq yatağının karxana çınqılından təmiri və profilə salınması işləri görülüb. Daha sonra qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrə isə bitum emusiyası səpilməklə iri dənəli qaynar asfalt-beton qarışığından örtük salınır.
Bundan başqa 2 kilometrlik hissədə ayrıcı zolaq və yeni piyada səkiləri inşa edilərək kənarlarına yeni səki daşları düzülür, çiyin hissələr optimal çınqıl materialı ilə bərkidilir, eyni səviyyəli yol qovşağında 240 poqonmetr uzunluğunda əyrixətli tirlər quraşdırılır, 9 yol birləşməsi təmir edilir. Sözügedən yolda işıqlandırma işlərinin aparılmasına ehtiyac olduğu üçün yeni inşa edilən ayrıcı zolaqda 50 işıq dirəyinin quraşdırılması nəzərdə tutulur. Layihənin sonunda 2 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə yol göstəriciləri və nişanlar, məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işlərinə layihənin 9,7 kilometrlik Aşıqlı-Keşkü-Üçbulaq hissəsində də başlanılıb. Avtomobil yolu bu hissədə çınqıl örtükdən ibarət idi, torpaq yatağının eni də normativlərə cavab vermirdi. Buna görə də yolun torpaq yatağının IV texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə dağ yamacları və yatağın yararsız hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülərək torpaq yatağı karxana çınqılından inşa edilib və profilə salınıb. Hazırda qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yaxın günlərdə yol əsası hazır olan hissələrə iri və xırda dənəli asfalt-beton qarışığından 2 laydan ibarət örtük salınacaq. Bundan başqa yolun çiyin hissələri lazımi materialla bərkidiləcək, yol birləşmələri təmir ediləcək. Yenidənqurma işləri zamanı mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün mövcud boru başlıqları yenidən təmir olunub və əlavə olaraq müxtəlif diametrli 92 poqonmetr uzunluğunda yeni suötürücü dəmir-beton borular quraşdırılıb. Üç avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə 47 yol və kilometr göstəricisi, həmçinin nişan, bundan başqa məlumatverici lövhə və 280 siqnal dirəyi quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Analoji işlərin layihənin 5,6 kilometrlik Üçtəpə-Firuzabad hissəsində də aparılması üçün hazırlıq işləri görülür. Burada avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, asfalt-beton örtükdə tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdi, səki daşları sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdü. Bundan başqa yolun çiyin hissəsindən 900 metr uzunluğunda beton kanal keçir və sözügedən hissədə təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Buna görə də hazırda yolboyu mövcud asfalt-beton örtük frezlənərək profilə salınır. Bunun ardınca yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, qazılmış hissələrdə əsasın alt layı qum-çınqıl materialı ilə təmir ediləcək, daha sonra iri dənəli asfalt-beton qarışığı ilə yeni yol örtüyü salınacaq. Bundan başqa zəruri olan yerlərdə 7 min poqonmetr uzunluğunda yeni piyada səkiləri inşa ediləcək, kanalboyu 660 poqonmetr uzunluğunda 220 bir tərəfli dəmir-beton qoruyucu bloklar düzüləcək, yol birləşmələri və çiyin hissələr lazımi materialla təmir ediləcək.
Layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndlərinə rahat gediş-gəlişin təmin olunması üçün yeni geridönmə hissə yaradılmaqla 1,6 kilometr uzunluğunda olan yol da yenidən qurulacaq. Çünki çınqıl örtükdən ibarət yolda qabarma və çökmələr əmələ gəlib, yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 7 metr təşkil edir.
Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.
Qəbələdəki “Yeddigözəl” şəlaləsinə çəkilən yeni yolun uzunluğu 3.1 kilometrdir
Qəbələ rayonunun Vəndam qəsəbəsindəki cəlbedici turizm məkanlarından olan “Yeddi gözəl” şəlaləsinə də yeni asfalt yol çəkilib. Qəsəbə bələdiyyəsinin daxili imkanları hesabına çəkilən asfalt yolun uzunluğu 3,1 kilometrdir. Bu barədə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib. Son illər Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizdə insanların rifahı naminə həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, uğurla icra olunan layihələr sırasında yol infrastrukturunun inkişaf etdirilməsi və müasirləşdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur. Dövlətimizin başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlar bunun əyani sübutudur. Qəbələ rayonunda da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Belə ki, son illər rayonda onlarla kilometr uzunluğunda müasir yollar salınıb, mövcud yollar yenidən qurulub, yeni körpülər inşa olunub və bu sahədə görülən işlər sistemli şəkildə uğurla davam etdirilir.
Görülən işlər Vəndam sakinləri tərəfindən də razılıqla qarşılanıb. Vətəndaşlar qəsəbədə yol infrastrukturunun yenidən qurulmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Lənkəranda və Salyanda da bir sıra yollar yenidən qurulur
Bir neçə gündür ki, Lənkəran və Liman şəhərlərinin ərazisində də daxili yolların təmir-bərpa işlərinə başlanılıb. Qısa müddətdə ümumi uzunluğu 4,6 kilometr olmaqla 8 küçədə yollara 25000 kvadratmetr asfalt döşənib. Görülən işlər 2020-ci ilin büdcə vəsaitləri hesabına həyata keçirilir. Əsaslı şəkildə təmir olunacaq küçələrdə qabaqcadan texnikaların köməyi ilə torpaqlama işləri aparılıb. Yolların yataq hissəsinə çınqıl döşənilərək torpaq kipləşdirilib. Yolların təmirini “Lənkəran Yol Tikinti” ASC həyata keçirir. Uzun illərdən bəri mövcud olan yol problemlərinin aradan qaldırılması sakinlər tərəfindən razılıqla qarşılanıb.
Salyan rayonunda isə uzunluğu 11 kilometr olan 4 yaşayış məntəqəsinin - Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, yenidənqurma işləri çərçivəsində yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir. Buraya 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır. Kürkənd yaşayış məntəqəsində yol əsası tam hazır olduğu üçün yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb və bu çərçivədə artıq 3 kilometrlik işlər yekunlaşdırılıb. Ümumilikdə, yolboyu müxtəlif diametrlərə malik 586 poqonmetr uzunluğunda 55 metal və dəmir-beton suötürücü borular quraşdırılıb, bir dördbucaqlı su keçidi inşa edilib. Bundan başqa, Kürkənd yolunda da təmir-tikinti işləri görülüb. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə yenidən qurulub.
Son mərhələdə isə zəruri yerlərdə 4 avtobus dayanacağının tikintisi, 22 kilometr göstəricisinin, 68 yol nişanı və məlumatverici lövhələrin, 210 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq.
Yolun yenidən qururlmasında məqsəd yolboyu yaşayan 6 mindən çox əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

