/ / Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib
09.07.2020 [09:20]
Hazırda respublikamız iki nüfuzlu beynəlxalq təşkilatda sədrlik fəaliyyətini uğurla həyata keçirir
(əvvəli ötən sayımızda)
Respublikamız dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına xüsusi önəm verir. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunan dövlətlər də Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələri yüksək qiymətləndirirlər. İndiyədək İƏT ədalətli mövqedən çıxış edərək respublikamızın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamələr qəbul edib. Prezident İlham Əliyev respublikamızın İslam ölkələri ilə əlaqələrinin inkişaf etməsindən məmnunluğunu bildirərək deyib: “Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir”.
Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan Türk Şurasına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl səylər göstərir
Türk xalqları və onların öz dədə-baba torpaqlarında yaratdıqları dövlətlər mürəkkəb geosiyasi şəraitdə, dünyanın heç də hamar olmayan düzənində, bəzən ziddiyyətli məqamlarla səciyyələnən yeni çağırışlar fonunda öz güclərini birləşdirməyə böyük səy göstərirlər. Türkdilli xalqların və dövlətlərin bu istiqamətdə sərgilədikləri səylər bir tərəfdən özlərinin zəngin ortaq dəyərlərinin qloballaşan dünyada itməsinə yol verməmək, əksinə onları daha da dolğunlaşdırmaq istəyi ilə bağlıdırsa, digər tərəfdən də öz imkanlarını təqdim etməklə regional və qlobal inkişafa yeni töhfələr vermək niyyətindən qaynaqlanır.
Bu kontekstdə 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin çox böyük səyləri sayəsində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Saziə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Yeni yaradılan quruma qısaca olaraq Türk Şurası da deyilir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Çox haqlı olaraq Naxçıvan sazişi türkdilli ölkələr arasında inteqrasiyanın dərinləşməsinin, bütövlükdə dünyada türk birliyinin inkişafında yeni mərhələ kimi səciyyələndirilir. Beynəlxalq hökumətlərarası təşkilat qismində çıxış edən Türk Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etməkdən ibarətdir. Bütövlükdə, qurumun fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, Türk Şurasının Naxçıvan Sazişi ilə müəyyənləşdirilən vəzifələri sırasına tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi, hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər daxildir.
Çox qısa müddətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası səmərəli fəaliyyət göstərən bir platformaya çevrilib. O cümlədən Azərbaycan qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Qeyd edək ki, Türk Şurasının üçüncü Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilib. Ötən ildən başlayaraq Azərbaycan Türk Şurasına sədrlik edir. Ölkəmiz üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, koordinasiya edilmiş fəaliyyətin gücləndirilməsinə hesablanan fəal təşəbbüslərlə çıxış edərək üzərinə düşən missiyanı böyük uğurla yerinə yetirir.
Qurumda təmsil olunan dövlətlər arasında əlaqələr ən müxtəlif istiqamətlərdə inkişaf edir. Humanitar sahə burada, heç şübhəsiz ki, qırmızı xətt kimi keçir. Bu da onunla bağlıdır ki, humanitar-mədəni sahə, o cümlədən dil, din, məişət, həyat tərzi oxşarlığı türkdilli ölkələri birləşdirən ən mühüm amillərdir. Bu gün türk dünyasında ortaq dəyərlərin qorunmasında və təbliğində TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumlar müstəsna rol oynayırlar. Vurğulamaq yerinə düşər ki, sonuncu qeyd edilən qurum TDƏŞ-in 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə Görüşündə məhz Azərbaycanın təşəbbüsü ilə yaradılıb və hazırda beynəlxalq təşkilat kimi fəaliyyət göstərir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti dövründə Azərbaycanın, Türkiyənin, Qırğızıstanın və Qazaxıstanın məktəb proqramlarına “Ümumtürk tarixi” dərsliyinin daxil edilməsi çox əlamətdar bir haldır. İndiyədək Türk Akademiyası tərəfindən tarix üzrə 90-dan çox kitab nəşr edilib, xalqlarımızın dörd əsrlik mədəniyyət mirasının toplandığı “Atalar mirası” portalı istifadəyə verilib. Gələcəkdə müxtəlif bayramların müştərək qeyd edilməsi məsələsi də gündəmdədir. Bu kimi tədbirlər türkdilli xalqların ənənələrinin yaşaması, mədəniyyətlərinmizin zənginləşməsi baxımından böyük əhəmiyyət daşıyır.
Ötən ildən başlayaraq Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük diplomatik uğurudur
Eyni zamanda, müstəqil Azərbaycan Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına da davamlı töhfələr verir. Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olub və həmin vaxtdan bəri qurumun fəaliyyətində yüksək fəallıq göstərir. Respublikamız Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etməklə və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. İndiyədək Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atıb. Məhz belə uğurlu fəaliyyətin nəticəsidir ki, respublikamız bu beynəlxalq quruma üzv olduqdan cəmi 5 il sonra - 2019-cu ilin oktyabrında Hərəkatın Zirvə Görüşünə ev sahibliyi və 2019-2022-ci illər üzrə sədrlik hüququnu əldə edib. BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin Sədrliyi ilə XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur.
Qeyd edək ki, qısa əməkdaşlıq dövründə Azərbaycan və Qoşulmama Hərəkatı bir-birinə qarşılıqlı dəstək nümayiş etdirib. Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. 2011-ci ildə BMT TŞ-yə yeni üzv dövlət seçilməsi prosedurunda Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin ciddi dəstəyini hiss edib. Belə ki, həmin vaxt namizədlər arasında ciddi rəqabət var idi. Azərbaycan bu rəqabətdən qalib çıxdı - 155 dövlətin dəstəyini qazanaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi və burada Qoşulmama Hərəkatına üzv dövlətlərin respublikamızın lehinə səs vermələri mühüm rol oynadı.
Öz növbəsində respublikamız Qoşulmama Hərəkatının məqsəd və məramlarının təşviq olunmasına davamlı töhfələr verir. İndiyədək ölkəmizdə Hərəkatın ayrı-ayrı tədbirləri yüksək səviyyədə təşkil olunub.
Məlumdur ki, Qoşulmama Hərəkatının üzvlərinin böyük qismi inkişaf etməkdə olan dövlətlərdir. Azərbaycan Qoşulmama Hərəkatı ilə münasibətlərdə bu amili nəzərə alır və ehtiyac yarandığı təqdirdə humanitar aksiyalarda fəal iştirak edir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir.
Qoşulmama Hərəkatı Azərbaycanın üzləşdiyi işğalçılıq siyasətinin dünya birliyinə çatdırılması üçün daha bir uğurlu beynəlxalq platformadır. Hərəkatın Bakıda keçirilən son Zirvə Görüşündə də Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək ifadə olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

