/ / Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur
Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib olunur
28.08.2020 [08:51]
Bu layihələr regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, inteqrasiyanın və əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır
(əvvəli ötən sayımızda)
Azərbaycanın region və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfələr verməsinin əsası “Əsrin müqaviləsi” ilə qoyulub
Müstəqil Azərbaycanın xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasına uyğun olaraq region və Avropa dövlətlərinin enerji təhlükəsizliyinə töhfələr verməsinin əsası “Əsrin müqaviləsi” ilə qoyulub. Məlumdur ki, başlanğıcda müstəqil Azərbaycanın dinamik, hərtərəfli inkişafını hədəfləyən yeni neft strategiyasının reallaşdırılmasına çox ciddi təhdidlər var idi. Daxildəki və xaricdəki bir sıra qüvvələr Azərbaycanın inkişafını istəmirdilər. Buna görə də ölkədə sabitliyi pozmağa, karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə xarici investisiyaların cəlb olunmasının qarşısını almağa çalışırdılar. Bədxah qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün ən müxtəlif məqamları nəzərə alaraq fərqli ssenarilər hazırlamışdılar. Lakin Ulu Öndər Heydər Əliyev Öz qətiyyəti və müdrikliyi ilə Azərbaycanı inkişafdan saxlamağa hesablanan bütün bədxah ssenarilərin qarşısını məharətlə aldı.
1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu Öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndər Heydər Əliyevin müstəsna xidməti idi. Çünki yuxarıda bəhs olunan çətinliklər fonunda xarici şirkətlər Azərbaycana sərmayə yönəltməkdən çəkinirdilər. Uzaqgörən siyasətçi Heydər Əliyev xarici investorların Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının işlənməsinə irihəcmli sərmayələr yönəltmələrinə nail oldu.
Artıq 26 ildir ki, ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. 2017-ci ildə Azərbaycanda iki milyard ton neft hasil edilməsi təntənəli şəkildə qeyd olundu. Bu həcmin 700 milyon tonu müstəqillik dövründə hasil edilib ki, onun da 460 milyon tondan çoxu “Əsrin müqaviləsi” ilə yaradılan konsorsiumun payına düşür.
Hazırda Avropanın ayrı-ayrı ölkələri özlərinin karbohidrogen resusrslarına olan ehtiyaclarının təxminən 40 faizini məhz Azərbaycandan tədarük olunan neft hesabına təmin edirlər. Respublikamız region və Avropa dövlətlərinin enerji təhlükəsizliyində fəal rolunu hələ uzun illər bundan sonra da davam etdirəcək. 2017-ci il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması deyilənləri bir daha təsdiqləyir.
Biz yuxarıda “Əsrin müqaviləsi”nin müstəqillik illərində ölkəmizin inkişafı, həmçinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması baxımından önəminə diqqət çəkdik. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Eyni zamanda, Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen ehtiyatlarının işlənmə müddətinin uzadılması istehlakçı ölkələrin də maraqlarını təmin edir.
Azərbaycan özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim edir
Azərbaycan, həmçinin zəngin qaz ehtiyatlarına malik bir ölkədir. Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının təsdiqlənməsi ilə respublikamız özünü dünyaya həm də qaz ölkəsi kimi təqdim etməyə başlayıb. Respublikamızla tərəfdaş ölkələr və şirkətlər arasında “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt məhz “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq 2018-ci il 29 may tarixində Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 10 avqust tarixində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində “Şahdəniz” yatağı üzrə layihənin uğurla icra edilməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır”.
Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” yatağı ilə məhdudlaşmır. Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağı iki mərhələdə işləniləcək. Birinci mərhələ yataqdan 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Məlumdur ki, ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamızda iqtisadiyyatın və əhalinin “mavi yanacaq”a olan tələbatı artır. Bunu qarşılamaq üçün əlavə qaz həcmləri lazımdır və “Abşeron” yatağının resursları bu tələbatın ödənilməsinə yönəldiləcək. Eyni zamanda, ölkəmiz “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsinin başlanmasına da yaxınlaşıb. İkinci mərhələsinin işlənməsi təmin edildikdən sonra yataqdan hasilat təxminən 3-4 dəfə artacaq ki, bu da respublikamızın ümumi qaz potensialına müsbət təsir göstərəcək.
Azərbaycanın dövlət başçısının bəhs olunan müsahibəsində bildirdiyi kimi, “Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var.
Zəngin neft-qaz resurslarına malik olan “Qarabağ” Azərbaycanın müstəqilliyi illərində kəşf olunan ilk yataqdır. Buradan iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalması proqnozlaşdırılır. Bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcəyi gözlənilir. Müxtəlif geoloji amillərə istinad edən mütəxəssislərin bildirdiklərinə görə, “Qarabağ” yatağının ehtiyatları daha böyükdür.
Respublikamızın fəal iştirakı ilə Avropanın enerji təchizatı marşrutları şaxələndirilir
Azərbaycan region və Avropa dövlətləri üçün yalnız yeni enerji mənbəyi deyil. Respublikamızın fəal iştirakı ilə həmçinin Avropanın enerji təchizatı marşrutları şaxələndirilir. Marşrutların şaxələndirilməsi bu gün Azərbaycanın müstəqil enerji siyasəti həyata keçirməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Eyni zamanda, bu, istehlakçı ölkələr üçün həyati əhəmiyyət daşıyan bir məsələdir.
İndiyədək Azərbaycan güclü siyasi iradə nümayiş etdirərək bir neçə nəql marşrutunun yaradılmasına nail olub. 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli marşrutlarının şaxələndirilməsi baxımından çox mühüm əhəmiyyət daşıyan hadisə idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə verildi. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan digər ölkələr də faydalanırlar. Belə ki, Xəzərin şərq sahilində yerləşən ölkələr tərəfindən hasil edilən neft də artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. 2007-ci ildə daha bir nəql marşrutu - Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Beləliklə, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi.
Yeni nəql marşrutu olan Cənub Qaz Dəhlizinin inşası tamamlanmaq üzrədir
Biz yuxarıda Azərbaycanın zəngin qaz ehtiyatları barədə söhbət açdıq. “Şahdəniz”in və digər yataqların zəngin ehtiyatlarının Avropaya çatdırılması üçün daha böyük həcmli yeni dəhlizin yardılmasına ehtiyac var idi. Beləliklə, respublikamız özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdü. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır. 2018-ci il 29 may tarixində Bakıdakı Səngəçal terminalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın və bir sıra digər dövlətlərin, Avropa İttifaqının, həmçinin layihədə iştirak edən transmilli şirkətlərin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ayrı-ayrı mühüm parametrləri baxımından strateji önəm daşıyan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi 4 mühüm seqmentdən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənub Qafqaz boru kəməri, TANAP və TAP layihələri daxildir. Arxada qalan 5 il ərzində layihənin üç seqmenti üzrə bütün işlər tamamlanıb və hazırda TAP layihəsində də işlər yekunlaşmaq üzrədir.
2020-ci ildə bu yeni dəhlizlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə Cənub Qaz Dəhlizi ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

