/ / Azərbaycan-Gürcüstan əməkdaşlığı mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır
Azərbaycan-Gürcüstan əməkdaşlığı mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır
24.11.2020 [08:53]
İki ölkə arasında diplomatik əlaqələrin yaranmasından 28 il ötür
Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk illərdən xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməyi, bu istiqamətdə əməkdaşlıq münasibətlərini genişləndirməyi prioritet hədəflər kimi qarşıya qoyub. Bu baxımdan, Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla, regionda yerləşən bütün qonşu ölkələrlə hərtərəfli əlaqələri dərinləşdirməyə və onları strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə qaldırmağa çalışıb. Bu konteksdə yaxın qonşumuz Gürcüstan Respublikası ilə ölkəmiz arasında mövcud olan əlaqələr də məhz yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və gündən-günə inkişaf etməkdədir.
Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edir
Bu məqamda qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümü tamam olub. Xatırladaq ki, çox qədim tarixə malik olan Azərbaycan-Gürcüstan əlaqələri hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra yeni müstəviyə qədəm qoyub. Belə ki, SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən iki qonşu dövlət arasında diplomatik münasibətlərin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub, bu əlaqələr sonrakı illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu əlaqələr Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından və Eduard Şevardnadzenin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra özünün inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 1993-cü ildən sonra hər iki ölkədə xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirilib və 1995-ci ildə Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən müqavilə imzalanıb. Bununla yanaşı, 1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycanın səfirlikləri fəaliyyətə başlayıb.
İki ölkə arasında münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqqında qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb.
Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayıb. Bu səfərlər sırasında 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstana, 2001-ci ilin sentyabrında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərlərini qeyd etmək olar. Həmin vaxtlardan iki ölkə arasında birgə iqtisadi komissiya, hər iki ölkənin parlamentlərində isə dostluq qrupları fəaliyyət göstərirdi.
Ümumiyyətlə, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı davamlı xarakter daşıyır. Məhz bu konteksdə vurğulamaq yerinə düşər ki, 2004-cü ilin martında Gürcüstanın o zamankı Prezidenti Mixail Saakaşvilinin Azərbaycana, həmin ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri baş tutub. Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyini sübut edib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev bundan sonra da dəfələrlə Gürcüstanda səfərdə olub, Gürcüstan rəhbərləri də müxtəlif vaxtlarda ölkəmizə səfərə gəliblər.
Onu da qeyd edək ki, son 28 ildə Azərbaycan ilə Gürcüstanın dövlət və hökumət başçıları, parlament sədrləri, nazirləri səviyyəsində qarşılıqlı səfərlər təşkil olunub, iki ölkə arasında 100-dən çox hüquqi sənəd imzalanıb. Bununla yanaşı, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.
Onu da qeyd etmək lazımdır ki, ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar. Belə ki hər iki ölkə təmsil olunduqları regional və beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir, hər iki ölkənin diplomatları, deputatları və digər rəsmiləri beynəlxalq arenada bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da hər iki ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan və Azərbaycanı bir-birinə dəstək verən müstəqil ölkələr kimi dəyərləndirib: “Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik”.
Bu məqamda vurğulayaq ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin 2019-cu ilin fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfəri də iki ölkə arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə töhfə verib. Xatırladaq ki, səfər zamanı prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər və hər iki bəyanatda iki ölkə arasındakı əməkdaşlığın önəmi bir daha vurğulanıb. Məsələn, Prezident İlham Əliyev bəyan edib ki, “Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Biz həmişə dostluq, qardaşlıq şəraitində yaşamışıq. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir”.
Öz növbəsində Gürcüstan Prezidenti S.Zurabişvili də Azərbaycanın dövlət başçısı ilə tam həmfikir olduğunu deyib: “Biz bir yerdə tarixi yol keçmişik. Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir”.
Prezidentlər mətbuata verdikləri bəyanatlarında Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin perspektivi barədə də çox nikbin fikirlər səsləndiriblər.
Eyni zamanda, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bu yaxınlarda bəyan edib ki, Azərbaycan bizim yaxın qonşumuz, dostumuz və strateji tərəfdaşımızdır. Onun sözlərinə görə, ölkələrimiz arasında həll olunmayan məsələ yoxdur, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı istənilən məsələ strateji tərəfdaşlıq, dostluq və danışıqlar çərçivəsində həll ediləcək. Heç şübhəsiz, Azərbaycan və Gürcüstan güclü regional tərəfdaşlar kimi həm BMT, həm də Avropa İttifaqı və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatların hər iki ölkənin təhlükəsizliyi və müstəqilliyi üçün böyük əhəmiyyətə malik çoxtərəfli çərçivələri daxilində birgə və sıx əməkdaşlıq şəraitində çalışırlar.
Qeyd edilənlərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib
Birmənalı şəkildə demək olar ki, iki ölkə arasında münasibətlərin qurulduğu bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi sahələrində əməkdaşlıq özünün yüksək səviyyəsinə çatıb. Belə ki, Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və həmişə özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir.
Yeri gəlmişkən, qeyd edək ki, son illərdə əsasən, iqtisadi əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin inkişafının nəinki Cənubi Qafqazın, hətta qonşu regionların da siyasi və iqtisadi həyatında da mühüm rol oynadığının şahid oluruq. Bu baxımdan, xüsusi qeyd etmək lazımdır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu əlaqələr region üçün strateji əhəmiyyət kəsb edir. Belə ki, Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib və məhz Azərbaycan-Gürcüstan əməkdaşlığı sayəsində regionda qlobal əhəmiyyətli nəhəng layihələr gerçəkləşib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars, TAP, TANAP və s. kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr bu ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar daxilində Gürcüstanla Azərbaycanın əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.
Əksər ekspertlərin də vurğuladıqları kimi, hər iki ölkə mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirib. Belə ki, Bakı-Tbilisi-Qars beynəlxalq maliyyə institutlarının maliyyələşdirməkdən çəkindiyi Cənubi Qafqazda reallaşdırılması nəzərdə tutulan ilk layihə idi. Amma Azərbaycan kifayət qədər maliyyə ehtiyatlarını və güclü siyasi iradəsini ortaya qoyaraq, Azərbaycan Gürcüstan ərazisindən keçən dəmir yolu xəttinin inşası üçün Tbilisiyə 775 milyon dollar həcmində kredit ayırıb. Məhz həmin iradənin nəticəsidir ki, bu gün Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımalar artıq geniş həcmdə həyata keçirilməkdədir və iki ölkə bu sahədə əməkdaşlıqlarını davam etdirirlər.
(davamı növbəti sayımızda)
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

