Lideri qəhrəman olanlar
02.03.2022 [11:00]
İlhamə
44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Düşmənə qisas hissi ilə kükrəyən, torpaqlarımızın azadlığı üçün hərbi əməliyyatların tezliklə başlanmasını arzu edən necə vətənpərvər, qəhrəman ruhlu gəncliyin yetişdiyini bu savaşa qədər bəlkə də çoxları hiss etməmişdi. Amma ot kökü üstdə bitərmiş. Qəhrəman ata-babalarımızın şanlı irsini layiqli oğullar davam etdirirmiş. Bu müharibə, əslində ruhumuza, qan yaddaşımıza hopmuş vətən sevgisinin 44 gün ərzində dünyaya nümayişi oldu.
Vətən müharibəsində tarixi qələbəmiz gəncliyimizin döyüş potensialını üzə çıxardı. Bütün dünya gördü ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməyəcəyini öz qanı ilə sübut etdi, tarixə yazdı. Yazdı ki, haqqımız olanın əlimizdən alınması ilə barışmayacaq, Azərbaycanın adının, bayrağının ucalarda olmasını öz od ürəyinin, polad biləyinin gücü ilə təmin edəcək.
Savaşdan yeni çıxmış ölkə olaraq fərqli ruh halındayıq. 30 illik işğaldan sonra o torpaqları bələkdə tərk edən oğullar tanklarda geri dönüb, düşmənə meydan oxudular. Bu, əlbəttə gənc nəslin düzgün tərbiyəsinin, kökümüzə bağlılığın, vətən sevgisinin qanımıza hopmasının nəticəsidir. Hər ölkənin gənc nəsli üçün bir qəhrəmanlıq nümunəsi mütləq olur və olmalıdır. Müasir gəncliyimizin qəhrəmanı isə Ali Baş Komandandır. Onlar II Qarabağ müharibəsindən müzəffər sərkərdə kimi çıxmış, dövrün siyasi xaosu içərisində düşünülmüş addımlar ataraq xalqını hər cür bəlalardan qoruyan dövlət başçısını özlərinin kumiri, qəhrəmanı hesab edirlər.
Belə yeniyetmələrdən ikisini tanıtmaq istəyirik. Qəhrəmanı qalib sərkərdə olan iki qardaş Şamil və Timur Ağayevləri.
Onlar Bakı şəhərindəki Evrika liseyində təhsil alırlar. Şamil 5-ci, Timur 3-cü sinifdə oxuyur. Dərs əlaçısıdırlar. Dərslərini yaxşı oxumaqla yanaşı, kikboksinq və şahmatla məşğul olurlar. Müxtəlif yarışlarda iştirak etmiş, həmişə də qələbə ilə həm valideynlərini, həm də müəllimlərini sevindirmişlər. Qarabağ müharibəsi günlərində bu iki oğlan sanki birdən-birə böyüdü. Hər gün televizor qarşısında oturub, xəbərləri həyəcanla dinləyir, dövlət başçısının bütün çıxışlarına diqqətlə qulaq asırdılar. Otaqlarını yalnız əsgərlərimizin və dövlət başçısının şəkilləri bəzəyir, ürəkləri coşquyla döyünür, bir an öncə böyüyüb vətənə xidmətə qoşulmaq, orduya dəstək olmaq istəyirdilər. Müharibə başa çatıb, lakin onların arzuları bitməyib. İndi böyük həsrətlə ailələri, müəllimləri ilə birlikdə Şuşaya gedəcəkləri günü gözləyirlər. Bir də cənab prezidentin qarşısına çıxıb ona olan sevgilərini dilə gətirmək arzuları var.
II Qarabağ müharibəsindəki qələbəmiz Azərbaycan gəncliyinin hünəri, od ürəyinin əsəriydi. Gənclik hərbi - iqtisadi cəhətdən dövlət üçün strateji əhəmiyyət kəsb edir. Hər bir xalqın və dövlətin gələcəyi gənc nəsildən asılıdır. Odur ki, gənc nəslin düzgün tərbiyə ilə yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.
Hazırda bütün dünya gəncliyi yeni çağırışlarla qarşı-qarşıyadır. Qloballaşan, elektronlaşan dünyada milli dəyərlər itir, cəmiyyətin ənənəvi normalarından gənc nəsillərin tədricən uzaqlaşması tendensiyası dərinləşir. Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Nə qədər ki, vətəni xalqı, dövlət rəhbərini sevən gəncliyimiz, Şamil və Timur kimi yeniyetmələrimiz var, gələcəyimizin əmin əllərdə olduğunu düşünə bilərik. Vətən o gələcəyə xalqını, dövlətini, dövlətinin başçısını sevən gənclərin çiyinlərində gedəcək. Elə dövlət başçısı da öz ölkəsinin gənclərinin yetişmə tərzindən, mənəvi tərbiyəsinin nəticələrindən məmnundur ki, onlar haqqında belə deyib:
“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

