Bu yay mövsümündə yeni yüksək temperatur rekordları gözlənilir
11.06.2024 [11:54]
"Priestley Climate Futures” Mərkəzinin direktoru Piers Forster xəbərdarlıq edib ki, bu yay mövsümündə bir çox ölkədə yüksək temperatur rekordları gözlənilir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, dünya ekstremal temperaturlarla yadda qalan bir illə mübarizə apararkən, iqlimşünaslar yay aylarının potensial mənfi təsirləri ilə bağlı həyəcanverici proqnozlar verirlər.
Avropa Komissiyasının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) son hesabatında 2024-cü ilin mayının qlobal miqyasda rekord həddə çatan ən isti may ayı olduğu, qlobal orta səth havasının temperaturunun 1991-2020-ci illərin orta göstəricisindən 0,65C (1,17F) yuxarı qalxdığı qeyd edilib. Hesabat müəllifləri vurğulayıblar ki, son 12 ay ərzində - 2023-cü ilin iyunundan 2024-cü ilin may ayına qədər qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,75 dərəcə Selsi və 1850-ci ildə olduğundan 1,63 dərəcə Selsi yuxarı olub. “Ardıcıl 12-ci aydır ki, qlobal orta temperatur müvafiq ay üçün rekord həddə çatır”, -deyə C3S-in bəyanatında qeyd olunur.
C3S-in direktoru Karlo Buontempo 12 aylıq seriyanı “həyəcanverici” adlandırıb, eyni zamanda, onun təəccüblü olmadığını əlavə edib: “Bu rekord qıran aylar ardıcıllığı nəhayət kəsilsə də, iqlim dəyişikliyinin ümumi tendensiyası qalır və heç bir müsbət dəyişiklik müşahidə olunmur”.
Mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki, son 12 ayda müşahidə olunan rekord istilər bu yay ifrat təsirini göstərə bilər. İngiltərədəki Lids Universitetinin “Priestley Climate Futures” Mərkəzinin direktoru Piers Forster deyib: “Hazırda Hindistan və Yaxın Şərqdə çox yüksək temperatur müşahidə olunur. Mən Türkiyədə də çox isti bir yayın olacağını gözləyirəm”. O vurğulayıb ki, bütün ölkələr qlobal istiləşmə təhlükəsini ciddi qəbul etməli və müvafiq tədbirlər görməlidir.
Piers Forster daha sonra deyib: “Hazırda dünya istixana qazları emissiyası ilə bağlı ifrat dərəcədə istilər yaşayır. 2023-cü ildə El Nino kimi təbii amillərə görə havalar xüsusilə isti olub, lakin 10 ildən sonra hazırkı temperaturlar adi hal olacaq”.
Son 12 ayda rekord istilərdən danışan iqlim tədqiqatçıları xəbərdarlıq edirlər ki, qlobal istiləşmənin davam etməsi bütün dünyada ciddi fəsadlara səbəb olur. Tez-tez və intensiv hal alan istilik dalğaları və daşqın hadisələri, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan Qrenlandiya və Antarktidada buz təbəqəsinin daha çox əriməsi iqlim dəyişikliyinin nəticəsidir. Qlobal istiləşmənin yeni dalğası, həmçinin Qrenlandiya və Qərbi Antarktidanın nəzarətsiz şəkildə əriməyə davam edə biləcəyi, uzunmüddətli perspektivdə (100 ildən çox) dəniz səviyyəsinin xeyli (təxminən 10 metr) qalxmasına səbəb olacaq normal hədlərin aşılması risklərini artırır.
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

