Hökmdarlar nədən qorxurmuşlar?
06.07.2024 [11:15]
Nə qədər qəribə görünsə də, dünyanın ən böyük, ən güclü liderlərinin də qorxduqları adi nəsnələr, onların da özünəməxsus fobiyaları varmış. Bu yazıda tarixdə iz qoymuş hökmdarların həyatını cəhənnəmə döndərən fobiyalardan söz açacağıq.
Oktavian Avqust - ilk Roma imperatoru, Roma imperiyasının qurucusu
Dünyada heç nəyi vecinə almayan Oktavian Avqust şimşək səsindən dəhşətə gələrmiş. İldırım guruldayıb şimşək çaxan zaman qulaqlarını tutub başını yatağa soxarmış. O, göy guruldayan zaman ayağını saraydan çölə qoymaz, düşərgə çadırından başını çıxarmazmış.
İmperatorun bu fobiyasından Roma tarixçisi Suetoni bəhs edib. Tarixçinin yazdığına görə, Oktavian Avqust “İldırımlı Yupiter” məbədini səmada gurultu yaradan tanrıları sakitləşdirmək üçün tikdiribmiş. İmperator ömrünün sonuna qədər özü ilə bir parça suiti dərisi gəzdirib. Romalıların qədim inancına görə, bu tilsim insanı ildırım vurmaqdan qoruyurmuş.
Franklin Delano Ruzvelt - ABŞ-ın 32-ci prezidenti
Franklin Ruzvelt “İnsanların qorxmalı olduğu yeganə şey qorxunun özüdür!” kimi məşhur aforizmin müəllifi olsa da, onun özü adi alovdan çox qorxurmuş.
Bu fobiya onu bütün həyatı boyu təqib edib. Oddan qorxu prezidentin uşaqlıq travması olub. O, lap kiçik yaşlarında olarkən sevimli xalasını alışıb-yanan paltarda bağıra-bağıra pilləkənlərlə aşağı enən görübmüş. Gecə vaxtı balaca Ruzveltin xalası əlində çıraq dua oxuya-oxuya pilləkənlə düşürmüş, birdən onun uzun yataq paltarı çırağın alovuna dəyib alışır. Balaca öz xalası ilə səs-səsə verib qışqıraraq evdəkiləri köməyə çağırır. Xalanı xilas eləsələr də, bu hadisə Ruzveltin yaddaşından silinmir.
Növbəti yanğın hadisəsi onun alov qorxusunu daha da şiddətləndirir. Ruzvelt aristokrat ailələri üçün nəzərdə tutulan məktəbdə təhsil alırdı. Burada nəzəri elmlərdən başqa idman və əlavə məşğuliyyətlər də keçilirdi. At sürmək də bu məşğuliyyətlərdən biri idi. Bir dəfə atlar saxlanan tövlə alovlanır. Evləri məktəbin yaxınlığında olduğuna görə Franklin həmin yanğını aydın görür. Onun tanıdığı və daim mindiyi bir neçə at həmin yanğında dayanmadan həyəcanla kişnəyə-kişnəyə yanıb ölür. Atları xilas edə bilmədiklərinə görə Franklin özünü həmişə günahkar bilirmiş.
Xidmətçilərinin sözlərinə inansaq, Ruzvelt heç vaxt yataq otağının qapısını bağlamayıb. Bütün həyatı boyu ona elə gəlib ki, olduğu ev qəfil alovlanıb yana bilər və o çatdırıb bayıra qaça bilməz.
Çingiz xan - Monqol imperiyasının qurucusu və ilk böyük xanı
Sən demə, adı dünyanı lərzəyə salan Çingiz xanın da qorxduğu varmış! Dünyanın yarısını fəth edən böyük sərkərdənin vəhşi itlərdən qorxduğu söylənir.
Çingiz uşaq ikən çöldə mal-qara otarırmış. Bir dəfə heyvanları otlağa aparanda haradansa yırtıcı çöl itləri peyda olur. O, itlərin qabağından qaçaraq cəld ağaca dırmaşdığına görə xilas olur. Deyilənə görə, Çingiz xan təsərrüfatda da it saxlamağa icazə verməyib.
Roma imperatoru Herakl
Heraklın adına bağlı çoxlu əsatir, əfsanə, rəvayət var. Roma-İran müharibəsinin qəhrəmanı, xristianlığın yayılmasında xüsusi rol oynamış bu hökmdarın dövründə Balkanlarda yaşayan bəzi slavyan xalqları da xristianlığı qəbul etmişdi. Bir çox döyüşdə şəxsən şücaət göstərmiş bu sərkərdənin fobiyası çox maraqlıdır: o, sudan qorxurdu. Deyilənə görə, onun inandığı məşhur astroloq İsgəndəriyyəli Stefanos imperatora suda boğulub öləcəyi ilə bağlı öncədən məlumat veribmiş. Herakl öncəgörənin sözlərindən o qədər qorxmuşdu ki, paytaxtın bütün su çənlərini qıfıl altında saxlamağı əmr etmişdi. Çox sonralar türk arxeoloqlarının apardığı qazıntılar nəticəsində bu fakt təsdiqlənmişdi.
Rusiya çarı I Pyotr
I Pyotrdan bəhs edən bir çox bədii filmdə çar təbəələrinin evinə əsgərlərdən qabaq girir. Amma bu, həqiqət deyil.
I Pyotr yoxlatmadan hər hansı bir evə, xüsusən də kəndlilərə məxsus yaşayış məkanına girməzdi. Məsələ ondadır ki, çar tarakandan çox qorxurdu. Hansısa qapalı məkana daxil olmaq lazım gələndə xidmətçilər çardan öncə içəri girib hər tərəfi, xüsusən də künc-bucaqları diqqətlə yoxlayır, tarakanların olmadığına əmin olduqdan sonra I Pyotru içəri dəvət edirmişlər.
Müəmmər Qəzzafi - Liviyanın keçmiş lideri
Qəzzafinin ən çox qorxduğu şey yüksəklik idi. O, başqa ölkəyə rəsmi səfərə gedəndə qəbul edən tərəf artıq bilirdi ki, ölkə rəhbərlərinin görüşləri, danışıqları, rəsmi ziyafətləri yalnız birinci mərtəbədə təşkil olunacaq. Qəzzafi ömründə birinci mərtəbədən yuxarı qalxa bilməyib. Bu səbəbdən onun Liviyadakı mənzillərinin hamısı birinci mərtəbədə yerləşirdi. Bu fobiyasına görə Liviya lideri ömrünün son illərində bədəvi çadırında yaşamağa üstünlük verirdi. Hətta Fransada rəsmi səfərdə olarkən Müəmmər Qəzzafi Parisin tam mərkəzində özünə çadır qurdurmuşdu.
Uinston Çörçil - Böyük Britaniyanın baş naziri
Maraqlıdır ki, iyirminci əsrin ən böyük natiqlərindən olan Uinston Çörçil, sən demə, zaman-zaman kəkələmədən əziyyət çəkir və bu çatışmazlığını qətiyyətlə gizlətməyə çalışırmış. O hələ gənc ikən - 29 yaşında Britaniya parlamentində çıxışa hazırlaşır. Cəsarətlə kürsüyə yaxınlaşıb, alovlu nitqini söyləmək üçün özünü toplayır. Saniyələr, dəqiqələr keçir, Çörçil nitqinə başlamayıb susur. Hamı gənc siyasətçinin üç dəqiqəyə yaxın kürsüdə dinməzcə durmasına tamaşa eləyir. Bəs sonra nə baş verir? O, bir kəlmə də danışmadan öz yerinə qayıdaraq başını aşağı salıb oturur. Sən demə, gənc natiq kürsüyə qalxarkən düşünürmüş ki, birdən həyəcandan kəkələməyə başlayar, bütün zal ona gülər. Beləcə, o, kəkələyəcəyini əvvəlcədən hiss edən zaman gülüş hədəfinə çevrilməkdən qorxar, danışmamağa üstünlük verərmiş. Bu halında “Susmaq daha yaxşıdır” deyərək kürsüdən aralanarmış.
Zaman keçdikcə Çörçil kəkələmə qorxusuna qalib gəlməyi bacarır. Yaşadığı evə xitabət kürsüsü qoydurur və kəkələmədən nitq söyləməyi təkbaşına məşq eləməyə başlayır. Beləliklə, öz fobiyasının üstünə gedən dövlət xadiminin kəkələdiyini heç kim görmür.
Adolf Hitler - alman faşistlərinin lideri
On milyonlarla insanın həyatına son qoyan, II Dünya Müharibəsi kimi bəşəri fəlakətin müəllifi, alman nasistlərinin lideri Adolf Hitlerin həyatda ən böyük qorxusu diş həkimi idi. Nə vaxtsa aldığı uşaqlıq travmasına görə faşist lider həyatı boyu stomatoloq xidmətindən istifadə etməyib. O, dəhşətli diş ağrısından dəliyə dönsə də, dözüb, beləcə, dişləri bir-bir çürüyüb sıradan çıxıb. Deyilənə görə, fürer ömrü boyu diş xəstəliyindən əziyyət çəkib.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

