Gələcəkdən göndərilmiş yazıçı: Ayzek Azimov
09.07.2024 [10:50]
Ayzek Azimov elmi fantastika janrında yazan dünya miqyaslı üç ən böyük yazıçıdan biridir. O, bu istiqamətli digər məşhur yazıçılar - Robert Haynlayn və Artur Klarkla bir sırada hər zaman öz yerini qoruyub saxlayıb.
Azimov dünyada ABŞ yazıçısı kimi tanınır. Uzun müddət Birləşmiş Ştatların ən böyük universitetlərində dərs deyib, biokimya professoru kimi mühazirələr oxuyub, bütün ömrünü elmin kütləviləşməsinə sərf edib. Alimin “Elm və elmi ixtiralar tarixi”, “Kimyanın qısa tarixi”, “Mən Robotam”, “Sözlərin tarixi” kimi əsərləri elmin populyarlaşmasına və kütləviləşməsinə təkan verib. Ayzek Azimov 500-ə qədər əsərin müəllifidir. Lakin yazıçı dünyada şöhrətin zirvəsini elmi fantastika janrında yazdığı “Təməlçilər”, “Kosmik axınlar”, “Marsılıların yolu”, “Ölü planet”, “Zamandan qaçış”, “Qızıl qalaktika” kimi romanları ilə fəth edib. Bu əsərlərdə Azimov bəşəriyyətin gələcəyi ilə bağlı bir sıra elmi proqnozlar verib, elmi fərziyyələr irəli sürüb.
Ayzek Azimovun əsərlərində yaratdığı və ilk dəfə istifadə etdiyi terminlər sonradan bütün dünya elmində işlək funksiya qazanıb. Məsələn, “robotexnika”, “psixotarix” kimi terminlər ilk dəfə onun əsərlərindən çıxaraq universitetlərdə, laboratoriyalarda istifadə olunub.
Bakıdan Rusiyaya, oradan da ABŞ-a köçən Azimovlar
Maraqlıdır ki, sovet dövründə ayzekşünaslıq geniş yayılmışdı. Araşdırmaçılar onun elmi-kütləvi və elmi- fantastik əsərlərini geniş tədqiq edirdilər. Lakin bu araşdırmaçı qrupu nədənsə onun şəxsi həyatı haqqında çox vaxt dəqiq məlumatlar vermirdi. Söhbət həm də Ayzek Azimovun bakılı olmasından, yaxud Azərbaycanla bağlılığından gedir.
Bildiyimiz kimi, Ayzek Azimov yəhudi ailəsində dünyaya göz açıb. O zamanlar Bakıda və Azərbaycanın bir sıra başqa yerlərində yaşayan yəhudilərin müəyyən qismi ölkəni tərk edərək Rusiyaya, yaxud Avropa ölkələrinə üz tuturdular. Nobel mükafatı almış böyük fizik Lev Landaunu, kəşfiyyatçı Rixard Zorgeni buna misal göstərə bilərik. Ayzekşünasların ötən əsrin 80-ci illərində dərc etdirdikləri bəzi araşdırma yazılarında Ayzek Azimovun ata-anasının Azərbaycandan olduğu göstərilir.
Bakıdan Rusiyaya köçən Azimovlar orada çox yaşamır, Rusiyadan ABŞ-a mühacirət edirlər. Burada Ayzek Kolumbiya universitetini bitirir, Boston Universitetində elmlə məşğul olmağa başlayır. 1979-cu ildə bu universitetin professoru seçilir. 1983-cü ildə keçirdiyi cərrahiyyə əməliyyatından sonra ağır xəstəliyə tutulan yazıçı 1992-ci ildə Nyu-Yorkda vəfat edir.
Yazıçının gələcək texnoloji həyat haqqında verdiyi proqnozların bir qismi artıq reallaşıb. Bu proqnozlar arasında ən önəmli beş kəşfi göstərə bilərik.
Düz ekranlı televizor
1964-cü ildə Nyu-York Ümumdünya Sərgisini ziyarət etdikdən sonra Azimov “2014-cü ilin Ümumdünya Sərgisində” adlı essesində qalın televizorların divar ekranları ilə əvəzləndiyi bir dünyanı təsvir edir. İllər keçdi, bu proqnoz özünü doğrultdu. İndi biz hər yerdə divara bərkidilən monitorları və düz ekran panellərini görürük. Üstəlik, proqnozun ikinci hissəsi də - Azimovun əvvəlcədən söylədiyi kimi, fotoşəkillərə və mətnlərə baxa biləcəyiniz smartfonlar da reallığa çevrildi.
Görüntülü zəng
Azimov yazırdı ki, gələcəkdə ünsiyyət audiovizual olacaq və zəng edilən şəxsi canlı görmək mümkün olacaq: “Yer üzünün istənilən yerinə, o cümlədən Antarktidadakı meteoroloji stansiyalara zəng etmək mümkün olacaq”. Artıq bu kimi fikirlər heç kimi təəccübləndirmir, çünki bunların hamısı reallaşıb və günümüzdə istifadə olunur.
Səhralarda günəş elektrik stansiyaları
Azimov gələcəkdə səhra və yarımsəhra ərazilərdə işləyən böyük günəş elektrik stansiyalarının olacağını da proqnozlaşdırmışdı. Bildiyimiz kimi, artıq günəş enerjisini elektrik enerjisinə çevirmək üçün nəhəng qurğular ixtira edilib. Bu qurğular ABŞ-ın Moxave səhrasından Afrikanın nəhəng Sahara səhrasına qədər mövcuddur.
Həmin “günəş fermaları” ekoloji cəhətdən təmiz və bərpa olunan enerji istehsalı üçün quru ərazilərdəki bol günəş işığından istifadə edir. Belə komplekslər arasında, məsələn, Mərakeşdə yerləşən dünyanın ən böyük günəş elektrik stansiyası “Nour-Ouarzazate”ni qeyd etmək olar.
Robot cəmiyyəti
Hələlik küçələrdə robotların gediş-gəlişinin adi hala çevrildiyi bir dünyada yaşamasaq da, Azimov bir sıra əsərində robotların çoxalacağını və onların çoxlu problemlər yaradacağını bildirib.
Sözsüz ki, bugünkü robotlar böyük fantastın əsərlərində təsvir etdiyi robotlardan hələlik uzaqdır. Lakin robotexnikanın sürətli inkişafını nəzərə alsaq, Azimovun təsvir etdiyi robot dünyasının yavaş-yavaş formalaşacağını təsəvvür eləyə bilərik. Məsələn, artıq tibbi cərrahiyyə sahəsində robotların xidmətindən istifadə xeyli genişlənib. Yəni, artıq çətin tibbi əməliyyatları robotlar uğurla icra edir.
Bundan başqa, robotlar zavodlarda, ağır və yüngül sənaye müəssisələrində, hətta muzeylərdə bələdçi kimi uğurla fəaliyyət göstərir. Böyük ehtimalla, çox da uzaq olmayan gələcəkdə Azimovun yüksək dərəcəli ixtisaslaşmış ağıllı robotlar ideyası gündəlik həyatımızın bir hissəsinə çevriləcək. Bax onda insanlar üçün əməlli-başlı ciddi problemlər yaranacaq.
Marsa pilotsuz kosmik uçuş
Ayzek Azimovun gerçəyə çevrilmiş daha bir ideyası Marsa pilotsuz kosmik gəminin göndərilməsidir. Qırmızı planetə göndərilən çoxsaylı robot missiyaları sayəsində bu proqnoz özünü dəfələrlə doğruldub.
Ayzek Azimovun ideyaları reallığa çevrildikcə tədqiqatçıları onun haqqında maraqlı fikirlər səsləndirir, onu gələcəkdən göndərilmiş adam adlandırırlar.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

