“Müdriklik sevgisi”...
15.11.2024 [08:24]
Fəlsəfə bizi həmişə diqqətli, ehtiyatlı və tənqidi davranmağa yönəldir. İnsanların ağlına gələ bilməyən bir çox hadisələr yaşanır. Bu hadisələri həll etməyə çalışan elmlər sırasında fəlsəfənin xüsusi əhəmiyyəti var. Fəlsəfə insanların düşüncəsini inkişaf etdirməyə, hadisələrə baxış bucağını dəyişdirməyə, insanları düşünməyə sövq edir. Belə ki, insanlar düşünərkən inkişaf edər, yəni düşünmə əsnasında irəliləyərlər. Fəlsəfənin əsl hədəfi bir şeyi ortaya çıxarmaq deyil, insanları düşünməyə və araşdırmaya sövq etməkdir.
Düzgün seçim etməyə şərait yaradır
Fəlsəfə terminini ilk dəfə yunan riyaziyyatçısı Pifaqor işlədib. Fəlsəfənin yunan dilindən tərcüməsi isə “müdriklik sevgisi” mənasını ifadə edir. Amma bu, çox səthi və qeyri-fəlsəfi tərifdir. Əksinə, fəlsəfənin orijinal tərifi onun praktikasında, yəni öz təcrübəsində görünür. Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri kimi problemlərin qoyuluşuna və həllinə yönəlmiş mənəvi fəaliyyətin xüsusi sahəsidir.
İnsan öz həyatının müəyyən anlarında seçim zərurəti qarşısında qalır və öz seçimindən asılı olaraq azadlığını reallaşdırır. Fəlsəfə insanların daha düzgün seçim etməsinə kömək etməlidir. Bu məsələnin həlli üçün fəlsəfə ən ümumi ideyaları, idealları, prinsipləri, baxışları, kateqoriyaları, təcrübə formalarını aşkara çıxarır. Eyni zamanda, davranış meyarlarını, dəyərləri müəyyənləşdirir və onları zəkanın tənqidi süzgəcindən keçirilərək yenidən qiymətləndirilməsinə kömək edir. Bir sözlə, fəlsəfə qaranlıq otaqda qara bir obyekti axtarmaq kimidir. Həqiqətən də fəlsəfə bir axtarışdır, prosesdir, fəlsəfə həmişə soruşur.
Fəlsəfi məsləhətləşmə...
Tarixdən də məlumdur ki, qədimdə insanların gündəlik həyatını dəyərləndirmək, mövcud problemləri, sualları həll etmək, olan hadisələrin mahiyyətini açıqlamaq məhz filosofların işi olub. Nümunə üçün Platonun “Dialoqlar”ını xatırlamaq yetər. Kanada əsilli akademik Lou Marinoff bir müsahibəsində deyirdi: “Antik dünyada fəlsəfə həyatın və daha yaxşı yaşamağın bələdçisi idi. Fəlsəfi praktika həmin şeyi təkrar səhnəyə qaytarır. Beləliklə, bizə elə gəlir ki, biz çox qədim bir iş görürük, yeni tərzdə olsa da”.
Əslində, qədim dövrdə həm Şərqdə, həm də Qərbdə filosoflar hikməti müzakirələr və söhbətlər vasitəsilə axtarıb, cilalayıblar. Öz vətənlərində öyrəndikləri ilə kifayətlənməyənlər hətta uzaq ölkələrdəki ustadların da görüşlərinə gedər, onların müzakirələrinə qoşular, sonra bütün biliklərini öz xalqının milli təfəkkürünə uyğunlaşdırıb yeni bir hikmət təqdim edərmişlər. Buna nümunə kimi istər antik dövr Yunan, istərsə də qədim Hind və Çin filosoflarını göstərmək olar. Qısa desək, onlar həqiqəti söhbətlərdə, canlı ünsiyyətdə axtarıb tapıblar, çünki zaman-məkan fövqündə olan düşüncələr, ideyalar milliyyətindən, dinindən asılı olmadan hər insanın axtardığını ehtiva edir. Burada bütün dövrlər üçün keçərli olan əhəmiyyətli bir məqamı vurğulayaq: Filosofla söhbət, ünsiyyət zamanı iki istiqamətdə proses gedir-bir tərəfdən söhbət zamanı dinləyici ona lazım olan həqiqəti dərk edir, düzgün istiqaməti görür, digər tərəfdən filosof yeni təcrübələr vasitəsilə öz fəlsəfəsinə daha bir qat əlavə edə bilir.
22 il öncə...
2002-ci ildə UNESCO-nun təşəbbüsü ilə Dünya Fəlsəfə Günü təsis edilib. Həmin vaxtdan etibarən hər il noyabr ayının üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü kimi qeyd edilir. Bu gün təfəkkürün, müxtəlif mədəniyyətlərin və hər bir insanın inkişafı üçün fəlsəfənin əhəmiyyətini vurğulayır.
Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri köməyimizə çatır. Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, orta əsrlərin yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar var. Ölkəmizdə fəlsəfi fikir tarixində İslam dininin müddəaları xüsusi yer tutur. Əbülhəsən Bəhmənyar, Əbuhəfs Sührəvərdi, Eynəlqüzat Miyanəci, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Rəcəbəli Təbrizi, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və başqaları Azərbaycanda fəlsəfi fikrin inkişafında mühüm rol oynayıblar.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

