Fələkdən Yaradana şikayət edənlər...
26.11.2022 [11:11]
Çərxi-fələk nədir və onun əlində niyə acizik?
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi.
Böyük şair Mirzə Ələkbər Sabirin “Bu çərxi-fələk tərsinə dövran edir indi” misrası ilə başlayan “Bakı fəhlələrinə”əsərini oxuyarkən bu söz məni bərk tutdu. Əsərin təhlilinə baxsaq, görərik ki, şair dövlətlilərlə fəhlələr arasındakı bu münasibəti təsvir etməklə, cəmiyyətdə hökm sürən ədalətsizliyə, bərabərsizliyə qarşı öz etraz səsini ucaltmağa çalışırdı. Ölüm təhdidləri altında belə cəsarətlə yazıb-yaradırdı. “Çərxi-fələyin tərsinə dövran etdiyi” bir zamanda onun duyğuları satiralar şəklində üzə çıxırdı. Habelə məşhur bəhri-təvillərindən birində belə deyirdi: “Ey fələk, zülmün əyandır, bu necə dövri-zəmandır ki, işim ahü fəğandır, məni yandırma amandır, gözümün əşki rəvandır, ürəyim dopdolu qandır...”
Çərxi-fələyin oyununa gələnlər
Axı dillərdən düşməyən bu çərxi-fələk nədir? Niyə əsrlər boyu insanlar “Zamanın qəhrindən çərxi fələkdən məni Yaradana şikayətim var” deyib, fələkdən yaradana şikayət edirlər?
Hətta “Koroğlu” dastanında da Koroğlunun Nigar xanımın fikrini çəkərək dediyi şeirdə də fələk haqda ənənəvi təsəvvürlərin ifadəsini görürük:
Belə bilsəydim, sevməzdim,
Qəm-qüssəsini yeməzdim,
Çərxi-fələkə deməzdim,
Sənə gəldim amanə mən.
Niyə dastanlardan tutmuş müasir əsərlərimizə qədər hər kəs çərxi-fələyin oyunundan söhbət açır? Bəs nə üçün dövr edənin adına çarxı-fələk deyirik? Suallarımıza cavabı bu dəfə Kamal Abdullanın “Sehrbazlar dərəsi”ndə axtarmağa çalışdıq. Yazıçı öz yanaşmasını əsərdə bu cür təqdim edib: “Səyyah Sehrbaz nəfəsini dərib aramla sözünə davam etdi: “... mən çox uzaq bir yerdənəm, ağa, inanmıram sən öz karvanınla o yerlərə nə zamansa getmişsən, nə zamansa da gedib çıxacaqsan. Çərxi-fələk deyərlər öz vətənlərinə bizimkilər. Özləri də yaşayışlarını, inam-əqidələrini, söz-söhbətlərini eynən çərx kimi, çevrə kimi qurarlar. Hər şeyi yumru bir şeyə bənzədərlər, yerişləri, oturuşları da dairəyə oxşar, nəinki ev-eşikləri, hətta bütün dünya, bütün səltənəti-kainat onlar üçün beləcənə dairə, çevrə, çərxdir”.
Qələmdaşı Kamal Abdulladan fərqli olaraq “qoca şeirlər”in müəllifi, şair Fikrət Sadıq isə çərxi-fələyin açıqlamasını belə vermişdi: “İnsan gəldi-gedərdi. Bu, çərxi-fələyin işidi. Çərxi-fələk kamil bir mühəndis qurğusudur. Külli-bəşər bir alın yazısının əlində acizdir. Mən də acizəm, sən də!”
Həqiqətənmi insanın başına gələn olayların səbəkarı odur və onun əlində acizik? Ədəbi baxışla yanaşı, tarixinə və fəlsəfi anlayışına da bir nəzər salaq. Çərxi-fələyin mənşəyi qədim dövrlərə gedib çıxır. İlk dəfə bu deyim filosof Siseron tərəfindən istifadə edilib. “Çarx” və “fələk”, yəni dünya sözlərinin birləşməsindən əmələ gəlib. Fəlsəfə deyir ki, bu çarx insanın yaxşı və pis əməllərinin mükafatını və yaxud cəzasını ifadə edir. Çox böyük ehtimalla, insanın əməllərinə görə başına gələnlər nəzərdə tutulur.
Fələk, sən saydığını say, gör mən nə sayıram
Müqəddiməsini Sabirlə etdiyimiz materialı Hamlet İsaxanlının “Çərxi-fələk etdi xəta, hicrandan olarmı əta?” misrası ilə sonlandırırıq.
Unutmayaq ki, dünya döndükcə çox xətalar olub və olacaq. İnsan həyatda bir çox arzuedilməz hallarla, fəlakət və çətinliklərlə üzləşə bilər. Bu zaman fələyi qarğamaq və ya ondan şikayət etmək əvəzinə səhvlərimizdən nəticə çıxarmağa çalışaq. Əməllərimizi dürüstlük və sevgi üzərində quraq ki, o zaman sinəmizi gərə-gərə biz deyək: “Fələk, sən saydığını say, gör mən nə sayıram”...
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

