Günəş şüalarının dəriyə təsiri...
21.06.2023 [11:30]
Necə qorunmalı?
Bütün canlılar üçün həyat mənbəyi sayılan Günəş şüaları insanı depressiyadan qoruyur. Mütəxəssislər, həmçinin günəş şüalarının D vitamini qaynağı olmaqla yanaşı, antibakterial təsirə malik olduğunu və qan dövranını yaxşılaşdırdığını da bildirirlər. Lakin yer səthinə düşən radiasiya miqdarının normadan artıq olması ?ünəşin insan səhhətinə neqativ təsirini də artırır. Xüsusilə havalar isinən kimi insanları maraqlandıran əsas mövzulardan biri günəş şüalarının dəriyə müsbət və mənfi təsirləridir. Bir çox həkimlər günəş şüalarının insan üçün xeyirli olduğunu desə də, bəziləri bununla razılaşmır, əksinə insanları Günəş şüalarından qorunmağa çağırır.
Təəssüf ki, yanlış zamanda və səhv şəkildə istifadə edilən Günəş şüaları ciddi fəsadlara yol aça bilər. Tez-tez rast gəlinən dəri xərçənginin ən böyük səbəblərindən biri məhz günəş şüalarıdır. Bu, dərhal özünü göstərməz, amma illər keçdikcə dəri problemi meydana gələr və müəyyən bir zaman sonra dəri xərçəng yaranar.
Bəs Günəş şüaları hansı saatlarda qəbul edilsə təhlükəli olmaz? Ümumiyyətlə, bu şüalardan qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır?
Saat 11:00-dan 18:00-a kimi...
Dermatoloq Tamilla Məmmədova “Yeni Azərbaycan”a bildirib ki, günəş şüasının insan orqanizminə müsbət və mənfi təsirləri var. Xeyirli Günəş şüaları səhər saatlarında, həmçinin axşam 18:00-dan sonrakı vaxtda olur. Digər vaxtlarda “qəbul olunan” günəş şüaları isə insan orqanizmi üçün ziyanlıdır: “Xüsusilə də saat 11:00-dan 18:00-a kimi Günəş şüaları insan orqanizminə mənfi təsir göstərir”.
Dermatoloq qeyd edib ki, bəzi insanlar Günəş şüasına qarşı çox həssas olurlar: “Həssas insanların dərilərində ciddi problemlər yarana bilir. Belə insanların Günəş vannası qəbul etmələri məsləhət deyil. Bütövlükdə isə, az tezlikdə və az dozada 15-20 dəqiqə günəş vannası qəbul etmək olar. Bu zaman Günəş şüası insanın dərisinə müsbət təsir edir, vitamin D-nin yaranmasına səbəb olur. Bu, sümüklərin və dişlərin sağlamlığı, immunitetin möhkəmlənməsi üçün mühüm əhəmiyyət daşıyır, həmçinin erkən yaşlanmanın qarşısını alır. Digər bir müsbət təsiri qanda serotonin hormonunun artması nəticəsində xoş əhval-ruhiyyə bəxş etməsidir”.
Görmə qabiliyyətinə də təsir edir
T.Məmmədovanın sözlərinə görə, günəş şüaları, nəinki insanın dərisinə, görmə qabiliyyətinə belə əks təsir edir. Ona görə də mütləq qoruyucu eynəklərdən istifadə etmək lazımdır: “Başa da gün şüalarının mənfi təsiri böyükdür. Ona görə də qoruyucu papaqlardan istifadə etmək mütləqdir. Həmçinin açıq rəngli, xüsusilə ağ
rəngli kətan parçadan tikilmiş geyimlərdən istifadə etmək məsləhət görülür”.
Düzgün qidalanma vacibdir
Müsahibimiz onu da vurğulayıb ki, günəş şüalarının zərərlərindən qorunmaq üçün qidalanmaya da diqqət etmək lazımdır: “Xüsusilə qoyun əti, yağlı qidalar, xəmir xörəklərindən uzaq olmaq lazımdır. Daha çox meyvə-tərəvəz, ağartı məhsulları ilə qidalanmağa üstünlük verilməlidir”.
Dəri xərçəngi yarana bilər...
T.Məmmədova normadan artıq qəbul edilən günəş şüasının problemlər yaratdığını bildirib: “Günəşdəki ültrabənövşəyi şüaları həddindən artıq qəbul edəndə müxtəlif dəri xəstəliklərinə səbəb olur. Hətta dəri xərçənginə kimi gətirib çıxarır”
Dematoloq onu da diqqətə çatdırıb ki, Azərbaycanda yay aylarında günəş şüası bir qədər çox olduğundan insanlar diqqətli olmalıdırlar: “Dəniz mövsümündə ?ünəş şüaları altında çox uzanmaq olmaz. Əks halda, günvurmalar və dəri yanmaları baş verə bilər”.
SPF kremlərin düzgün istifadəsi
T.Məmmədovanın sözlərinə görə, günəş altına çıxarkən qoruyucu SPF kremlərdən istifadə olunmalıdır: “Ancaq Günəşdən qorunmaqla bağlı insanların səhv bildiyi məlumatlar var. “SPF kremləri ancaq çölə çıxanda vura bilərəm” ifadəsi yanlışdır. Günəşdən qoruyucu məhsulları çöldə deyil, günəşə çıxmadan təxminən 30 dəqiqə əvvəl evdə sürtmək lazımdır. Çünki günəşdən qoruyucu məhsullar ancaq bu müddətdə dəridən sorularaq effektli olur. Kremləri dəriyə elə çəkmək lazımdır ki, bütün dərini əhatə etsin”.
Hər iki saatdan bir...
Kremi gün ərzində yalnız bir dəfə çəkməyin düzgün olmadığını vurğulayan dermatoloq bildirib ki, SPF-ləri gündə bir dəfə istifadə etmək effektli olmaz: “Bu səbəbdən yayda kremi dəriyə hər iki saatdan bir sürtmək məsləhətdir. Dənizə və ya hovuza gedəndə isə bunu daha tez-tez etmək lazımdır. Daha yüksək dərəcəli kremlər istifadə etmək məsləhətlidir. Ona görə də SPF-nin dərəcəsinə xüsusi diqqət etmək lazımdır. İnsanlar adətən gün qoruyucu kremlər alarkən tərkibinə elə də ciddi fikir vermirlər. Sadəcə, SPF sözünü görüb kifayətlənirlər. Ola bilər ki, nəmləndirici kremin tərkibində SPF olsun. Təbii ki, o krem gündən qorunmaq üçün köməkçi vasitə deyil. Ona görə də üzərində “gündən qoruyucu” sözləri yazılmış kremlərdən istifadə etmək lazımdır. Azərbaycan ərazisində SPF dərəcəsi 50-dən çox olan kremlər daha yaxşı hesab edilir. Ən azı, SPF 30 olmalıdır. Bir faktı da qeyd edim ki, hər 2 saatda bir çəkilən 30 dərəcəli krem yalnız bir dəfə sürtülən 100 dərəcəli SPF-dən daha təsirlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

