Həyatınızdan neqativ düşüncələri necə silməli?
18.10.2023 [12:25]
Mənfi düşüncələrdə ilişib qalmaq həm psixi, həm də fiziki sağlamlığımıza ciddi təsir göstərir. Bizə mənfi təsir göstərən fikirlərlə davamlı mübarizə aparmaq sinir sistemimiz üçün olduqca təhlükəlidir. Nəticədə həzm sistemimiz, immunitetimiz, yuxu rejimimiz, bir sözlə, sağlamlığımız əldən getmiş olur. Bəs mənfi düşüncələrdən xilas olmaq üçün nə etmək lazımdır? Bunun üçün hər gün tətbiq edə biləcəyimiz bir neçə sadə üsul mövcuddur. Necə ki, bədəni zərərli kimyəvi maddələrdən təmizləmək üçün detoks proqramları tətbiq edilirsə, eynilə zehnimizi də təmizləmək üçün detoks prosedurları var. Bunu Dr.Anna Kabeka deyir.
Gündəlik tutun və içərisini minnətdarlıq hissi ilə doldurun!
Onun fikrincə, hər gün özümüzü müşahidə etməliyik. Bədənimizdə və zehnimizdə baş verənlərin fərqində olmalıyıq ki, problemin həlli yolunu tapa bilək. İlk olaraq, özünəqulluq rutini yaradın və gündəlik tutun. Hər gün sadəcə 15 dəqiqə ayırmaqla, gününüzü qeyd edin. Özünüzdən soruşun: Bu gün zehnimi və bədənimi qidalandırmaq üçün nə etdim? Hər dəfə o gündəliyə yazmaq üçün bir səbəb axtarın və yaxud yaradın. Minnətdarlıq hissi duyduğunuz anları qeyd etməkdən çəkinməyin. Bu çox önəmlidir. Sonda o hiss sizə həyat eşqi olaraq geri qayıdacaq.
İç dünyanızla əlaqə qurun!
Daxili dünyanızla əlaqə yaratmağa çalışın. Özünüzü dinləyin. Axı biz sosial varlıqlarıq və ünsiyyət yaratmalıyıq. Ünsiyyəti qurmağı isə ilk olaraq özümüzdən başlamalıyıq. Nəyi istəyib, nəyi istəmədiyimizi bizdən yaxşı kim biləcək?
Təşəkkür edin!
Minnətdar olduğumuzu anlamağa başladıqsa, sırada təşəkkür etmək gəlir. Sahib olduğumuz şeylər üçün təşəkkür etməyi unutmamalıyıq. Dostlarınıza, ailənizə, həmkarlarınıza və s. bu siyahını çox uzatmaq olar. Həyatda şükür etməli o qədər çox səbəb var ki... Məsələn, sabah yeni bir aya qədəm qoyacağıq. Bu isə bizə yeni başlanğıclar üçün əsl fürsətdir. İdmana başlamaq, pis vərdişləri tərgitmək, səyahətə çıxmaq və yaxud sadəcə yürüyüşə başlamağa qərar vermək üçün ən gözəl vaxtdır. Təqvimi yarıladığımız tarix əslində sizin həyatınızı tamamlaya bilər. Elə isə nəyi gözləyirsiniz?
Maneləri dəf edin!
Xoşbəxtliyiniz üçün maneə törədən nəsnə və varlıqlardan xilas olun. Əhatənizdə neqativ enerjili insanları saxlamayın. Materialın əvvəlində də qeyd etdiyimiz kimi, özünüzü dinləyin. Olmaq istəmədiyiniz məkanda durmayın. Bu kimi xırda görünən problemlər sizin uğura nail olmağınıza maneə yaradacaq. Dr.Anna Kabeka belə deyir: “Görürəm ki, insanların böyük əksəriyyəti özlərinə mənfi tərəfdən baxırlar. Yetərli olmadıqları fikrinə qapılırlar. Kifayət qədər sosial və gözəl olmadıqlarını düşünürlər. Yalnız həyat tərzinizi dəyişməklə bu baxışınızı da dəyişə bilərsiniz”. Bir düşünün, bu hissi sizə yaşamağa kim və ya nə vadar edib? Suala cavab tapın və onu həyatınızdan dəf edin!
Müsbət sözləri dilinizdən əskik etməyin!
“Mən xoşbəxtəm və sevinclə doluyam. Enerjili və işimdə məhsuldar biriyəm” kimi təsdiqləyici fikirləri zehninizdən və dilinizdən əskik etməyin. Heç də qəribsəməyin. Elmi araşdırmalardan sonra mütəxəssislər bu qənaətə gəliblər. Hətta bir sirr də açaq. Bu üsulun insanı daha da cavanlaşdırdığı deyilir.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxGündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34

