Günəşdə güclü alışma olub
25.03.2024 [13:33]
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası son kosmik hava durumunu açıqlayıb.
2024-cü il 23 mart tarixində 3614 nömrəli Günəş ləkəsinin fəallığı nəticəsində X1.1 (güclü R3) alışması baş verib. Bu mürəkkəb plazma atılmasının pik həddi Bakı vaxtı ilə saat 05:33-ə təsadüf edib. Eyni zamanda 3615 ləkəsindən alışma baş verib. Adıçəkilən fəal törəmələrin alışması asimmetrik tac kütlə atılması ilə nəticələnib. Tac kütlə atılmasının Yerə yaxınlaşması nəticəsində martın 24-də güclü geomaqnit qasırğası qeydə alınıb.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, geomaqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalının maksimal qiyməti 8.333 olub. Bu qiymət G4 səviyyəli geomaqnit qasırğasına uyğundur. Qeyd etmək lazımdır ki, martın 24-ü səhər saatlarında yüksək sürətli axınların (Coronal Hole High Speed Stream - CH HSS) təsiri altında G1-G2 səviyyəli (Kp=5,6) geomaqnit qasırğası qeydə alınmaqda idi. İlkin olaraq şəraitin stabilləşəcəyi proqnozlaşdırılsa da, gözlənilmədən Bakı vaxtı ilə saat 18:37-də qəfil impulsun təsiri nəticəsində yenidən G2 səviyyəli qasırğa qeydə alınıb, saat 20:28-də isə kosmik hava şəraitində həyəcanlaşma pik həddinə çataraq G4-ə yüksəlib.
Hazırda Günəş küləyi parametrləri yüksək səviyyədə qalmaqdadır. Martın 23-də baş vermiş tac kütlə atılması və fəal yüksək sürətli axınların təsiri nəticəsində martın 24-ü günün sonunda G3 səviyyəli (Kp=7) maqnit qasırğası ilə müşayiət olunan həyəcanlanmış şərait müşahidə edilib. Tac kütlə atılmasının təsirinin zəifləməsi davam etdiyindən martın 25-də və 26-da fasilələrlə G1 səviyyəli qasırğalar istisna edilmir. Martın 27-də ümumi həyəcanlanmış şəraitin müşahidə olunacağı (Kp=4), mütəmadi olaraq sakit şəraitlə əvəzlənəcəyi proqnolaşdırılır.
Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-qan damar və digər xroniki xəstəlikləri olan və yaşlı insanların səhhətlərində müəyyən narahatlıq-diskomfort halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.
Həyəcanlanmış kosmik hava şəraiti nəticəsində əmələ gələn geomaqnit qasırğası səbəbindən yuxarı və hətta bəzi orta en dairələrində yerləşən ölkələrin əhalisi yaxın 3 gün ərzində əsararəngiz təbiət hadisəsinin - "avrora"ların ("qütb parıltıları"nın) şahidi olurlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

