Azərbaycanda mədəniyyətə dövlət səviyyəsində yüksək qayğı göstərilir
28.07.2012 [14:36]
Şahin Verdiyev 1984-cü ildə üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (Musiqi Akademiyası) bitirib. 1984-1995-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində solist-tarzən kimi fəaliyyət göstərib. 2010-cu ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzində Folklor üzrə sənətşünas, Yaradıcı kollektivin rəhbəri vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) Mədəniyyət Departamentinin rəhbəridir.
- Şahin müəllim bu sahəyə gəlişiniz necə olub?
- ümumiyyətlə gözümü açandan Bakıda incəsənətin, mədəniyyətin içində olmuşam. Uzun illər Filarmoniya bağının, eləcə də, “Vahid” Poeziya Evinin, eyni zamanda, Yaşıl Teatrın direktoru kimi fəaliyyət göstərmişəm. Fəaliyyətimin ilk dövrlərində Azərbaycanın görkəmli sənətkarları ilə çalışmışam. Bəzən telekanallarda dahi sənətkarlarımız Rübabə Muradova, Şövkət Ələkbərova, Nəzakət Məmmədova və Gülağa Məmmədovun 30-35 il öncəki videolentlərinə baxarkən yenidən xəyalən o dövrə qayıdıram.
“Vahid” Poeziya Evi fəaliyyətini dayandırdıqdan sonra qısa bir müddətdə Səbail rayonundakı mədəniyyət evlərinin birində direktor vəzifəsində çalışdım. Sonra Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri, görkəmli ziyalımız Mikayıl Cabbarov məni idarəyə dəvət etdi. Bugünədək Elmi-mədəni mərkəzdə Folklor üzrə sənətşünas vəzifəsində çalışıram, eləcə də, Yaradıcı kollektivin bədii rəhbəriyəm.
- Bir mədəniyyət ocağı kimi İçərişəhərə maraq nə dərəcədədir?
- Məlum olduğu kimi, Azərbaycana gələn hər bir dövlət əhəmiyyətli qonaq, müxtəlif dövlətlərin nümayəndələri, xarici ölkə vətəndaşları, turistlər İçərişəhərin tarixi yerlərini gəzmək üçün bu tarix memarlıq qoruğu ərazisinə gələrək burada tariximizlə tanış olurlar. Burada çalışdığım müddətdə əldə etdiyimiz ən böyük uğurlardan biri öz musiqi ansamblımızın yaradılması oldu. Əvvəllər İçərişəhərdə keçirilən musiqi bayramlarında, meydan bazarlarında, bayram günlərində, il ərzində təşkil edilən mötəbər tədbirlərdə həmişə kənardan musiqiçilər dəvət edirdik və onların xidmətindən yararlanırdıq. Mənim bir musiqiçi olduğumu idarədə bilirdilər və Elmi-mədəni mərkəzdə çalışan, o zaman mərkəzə rəhbərlik edən Abdulla Tağıyev mənə müraciət edərək öz ansamblımızın yaradılması təklifini etdi. Dedi ki, bu, təkcə onun deyil, idarənin rəisi Mikayıl Cabbarovun təklifidir. Mən bu təklifi böyük məmnuniyyətlə qəbul etdim, musiqiçi dostlarımla, sənətçilərlə məsləhətləşdikdən sonra gözəl bir ansambl yaratmaq qərarına gəldik. Ansamblın adına gəlincə, rəhbərlikdən musiqiçilərədək hamı bir ağızdan qrupu “İçərişəhər” adlandırmaq arzusunu bildirdi.
- “İçərişəhər” ansamblının Azərbaycan musiqisində yeri haqqında nə deyərdiniz?
- Yarandığı ilk gündən etibarən, qısa müddət ərzində “İçərişəhər” ansamblı respublikada böyük hörmət, ad qazandı. Respublikanın əksər televiziya kanallarında “İçərişəhər” ansamblının konsertləri canlı olaraq yayımlanmağa başladı. Ansamblın üzvlərinin hər biri ali musiqi dərəcəli, yəni təhsilli musiqiçilərdir, ifaçılardır. Onlar ansambl şəklində gözəl vəhdət təşkil edirlər. Bu ansambl İçərişəhərdə keçirilən bütün mədəni-kütləvi tədbirlərdə iştirak edir. Bizim məşq yerimiz Şirvanşahlar sarayında ayrılan otaqdadır. Həftənin bir neçə günü orada məşqlər keçirilir. Bəzən məşq zamanı saraya gələn xarici turistlər saatlarla bizim ansamblın ifalarına qulaq asırlar. Onlar Azərbaycan musiqisinin, muğamının sehrinə dalırlar. Ansamblın solistləri Azərbaycan Respublikasının Əməkdar artisti, Dağıstan Respublikasının Xalq artisti Əbülfət Oğuz, Azərbaycan Milli Konservatoriyamızın məzunu, gənc muğam ifaçısı Sevda Bəxtiyarova, Azərbaycan Milli Konservatoriyanın məzunu, 1-ci muğam müsabiqəsinin diplomantı Rəna Qafarovadır. Eyni zamanda, respublikanın digər tanınmış sənətçilərini də istər telekanallarda, istər açıq konsertlərdə öz ansamblımızla müşayiət etməyə başladıq. Bu müğənnilərdən Opera və Balet Teatrının solisti, muğamın, xalq mahnılarının gözəl ifaçısı Elnur Zeynalovun, muğam müsabiqələrindən birinin qalibi Ehtiram Hüseynovun, Əməkdar artist Aybəniz Haşımovanın, Xalq artisti Ağadadaş Ağayevin və Xalq artisti Zaur Rzayevin adlarını çəkmək olar. Bizim ansambl Bakı ilə yanaşı, respublikamızın digər bölgələrində də konsert proqramları ilə çıxış edir. “İçərişəhər” ansamblı, həmçinin, qocalar evində, uşaq evlərində, cəzaçəkmə müəssisələrində xeyriyyə konsertləri ilə çıxış edir.
- Azərbaycanda milli musiqiyə göstərilən qayğı hansı səviyyədədir?
- öncə onu deyim ki, biz vaxtilə görkəmli incəsənət nümayəndələrimiz olan Əbdülqadir Marağayi, Mir Mövsüm Nəvvab, Cabar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Şəkili Ələsgər, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, tarzənlərdən Qurban Pirimov, Hacı Məmmədov, Bəhram Mənsurov kimi sənətkarlardan xalq musiqisini şifahi olaraq mənimsəmiş, onlardan əmanət olaraq qəbul etmiş, onu qoruyub təəssübünü çəkmiş, inkişaf etdirmiş, təbliğ etmişik. Bizim borcumuz odur ki, milli musiqimizi həm qoruyaq, saxlayaq, təəssübünü çəkək, bütün dünyada onu inkişaf etdirək, həm də əcdadlarımızdan əmanət aldığımızı gənc nəslə öyrədək. Bununla da, dünya durduqca bizim xalq musiqimiz dildən-dilə keçərək yaşasın. Heç bir xarici, xüsusən də, bədnam qonşularımız olan ermənilər, muğamımıza, tar, kamança, “Sarı gəlin”imizə sahib çıxa bilməsinlər.
Konkret sualınıza gəlincə, kimsəyə sirr deyil ki, Azərbaycanda dövlət səviyyəsində mədəniyyətə yüksək qayğı göstərilir. Respublikadaxili və beynəlxalq muğam müsabiqələri, Qəbələ musiqi festivalı, caz festivalı Azərbaycan mədəniyyətində əlamətdar hadisələrdir. Bu sahədə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. ölkədə keçirilən festivallar, musiqi yarışları Azərbaycan mədəniyyətinin inkişafı və təbliği baxımından çox mühümdür. Muğama, aşıq musiqisinə göstərilən qayğı gənclərin milli musiqiyə olan marağını artırır. Gənclərlə yanaşı, qocaman sənətkarlarımız da diqqətdən kənarda qalmır, onlar fəxri adlar, Prezident təqaüdü ilə təltif olunurlar. Əminliklə demək olar ki, dünya musiqi xəzinəsində Azərbaycan musiqisinin öz yeri var və ölkəmizdə mədəniyyət sahəsində görülən işlər bu yeri daimi və möhkəm edir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

