Ənənələrimizi qorumalıyıq!
26.12.2025 [08:37]
“Vağzalı”mız niyə yoxa çıxarılır?
Hər bir xalqın mədəniyyəti onun adətləri və ənənələri ilə bağlıdır. Bu adətlərin qorunması və gələcək nəsillərə ötürülməsi, bir xalqın öz kimliyini qorumasının əsas şərtidir. Lakin zaman keçdikcə, sosial dəyişikliklər və qloballaşma ilə bir çox milli ənənələr və adətlər təəssüf ki, yox olmağa başlayır. Bu prosesin ən açıq və kədərli nümunələrindən biri də son zamanlar toylarımızda “Vağzalı”nın çalınmamasıdır.
“Vağzalı” Azərbaycan toyunun rəmzidir. Əvvəllər gəlini aparmaq üçün qız evinə gələn oğlan adamları qız evinin qapısında, həyətində bir saata qədər rəqs edər, şənlənərdi. Elə ki, “Vağzalı” səsləndi, deməli, artıq gəlinin ata evindən çıxmağının zamanı çatıb. Bu mərasim də ağsaqqalların nəzarəti ilə həyata keçirilirdi.
“Vağzalı” sədaları hər kəsi ötən illərə qonaq edər, ailə qurduğu anı xatırladar. Elə buna görə də “Vağzalı” səslənəndə gözlərdən yaş axar. Çünki “Vağzalı” həm də bir qızın ata evini tərk etməsi musiqisi kimi qəbul olunub.
Avropa musiqiləri “Vağzalı”mızı əlimizdən alıb
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Sahib Altay bildirib ki, qədimdən bəri məclislərdə ifa olunan toy havalarının yerini indi iki günə populyarlıq qazanan, sözlərinin mənası adamı xeyli düşünməyə vadar edən mahnılar tutub. Sosioloq bəzi toylarda “Vağzalı” ənənəsinin yoxa çıxmağından narahatlığını da ifadə edib: “Artıq bir neçə toyda görmüşəm ki, vağzalı səslənmir. Xarici mahnılar, məsələn, “Mendelson marşı” ilə toya daxil olurlar. Bir neçə müddətdir ki, “Vağzalı”nı da unutduqlarımızın ardınca göndərmişik. İndi həm qızı, həm də oğlanı evdən çıxarmağın başqa bir dəbi yaranıb. Restoranlarda keçirilən toylar isə demək olar ki, “Vağzalı”nın qəniminə çevrilib. İndi əksər gənc restorana Avropa musiqiləri ilə girməyi üstün tutur. Heç nə anlamadığımız bu musiqilər “Vağzalı”mızı əlimizdən alıb. Hansı ki, uzaq məsafədən belə eşitdiyimiz bu musiqi həmişə bizi riqqətə gətirib, saflığı, təmizliyi, müqəddəsliyi ehtiva edib. Bu musiqi özündə adət-ənənələrimizi, ağsaqqal nəsihətini, ağbirçək tövsiyəsini yaşadıb. Lakin çox təəssüf ki, bugünkü gənclər arasında bu musiqini sevənlərin sayı gündən-günə azalır”.
Müasirlik kimi təqdim olunur, amma...
S.Altayın sözlərinə görə, gənclərimizin ənənələrimizdən uzaqlaşması narahatedici haldır: “Bu gün cəmiyyətdə mənəvi aşınma prosesi müşahidə olunur. Təbii ki, bütün bunlar ciddi və narahatedici bir problemdir. Gənclər daha çox müasir musiqi sədaları altında ailə qurmaq istəyirlər. Bu, müasirlik kimi təqdim olunur, amma əslində ənənələrimizdən uzaqlaşmaq deməkdir. Amma milli adət-ənənəmizi qorusaq, çox yaxşı olar”.
Sosioloq vurğulayıb ki, ailə dəyərlərinin qorunması üçün məktəblərdə, universitetlərdə və ailələrdə bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir: “Ənənələrimizi yaşatmaq və gəncləri bu dəyərlərə yaxınlaşdırmaq üçün hər birimiz bu prosesə öz töhfəmizi verməliyik”.
Tamamilə unudulan toy adətlərimiz
S.Altayın sözlərinə görə, elə toy adətlərimiz var ki, onlar tamamilə unudulub: “Məsələn, “çörəküstü” mərasimi. Bu mərasim kənd yerlərində toy çörəyi bişiriləndə həyata keçirilirdi. Belə ki, qonşu, qohumlar təndirdə çörək bişirilən zaman şirniyyat xonçaları ilə çörəküstünə gələr, ev sahibinə gözaydınlığı verərdilər. Təndir başında toy çörəyindən kəsib yeyər, şirniyyatlarla çay içər, yeri gələndə çörəyin bişirilməsinə, daşınmasına kömək edərdilər.
Hazırda kəndlərimizdə təndir salıb ailəsi üçün çörək bişirən qadınlar da çox az sayda qalıb. İllərdir ki, kənd camaatı çörək sexlərinə sifariş etməklə çörək tələbatını ödəyir. Özünə əziyyət verib təndir salmaq, qol çırmayıb xəmir hazırlamaq artıq ötən illərdə qalıb.
Tamamilə unudulan mərasimlərdən biri də “parçabiçimi”dir. Bu mərasim həm şəhər, həm də kənd yerlərində toydan bir-iki gün əvvəl qız evində keçirilərdi. Belə ki, oğlan evi qız üçün alınan geyim, bəzək, zinyət əşyalarını gətirər, həyətdə qurulan mağarda və ya evdə keçirilən mərasimə dəvət olunanlara göstərərdi. Qız evi yemək verər, çay paylayar, qonaqlar isə nəlbəkiyə nəmər qoyardılar. Bu, sonrakı illərdə dəyişilmişdi. Qonaqlar nəməri artıq nəlbəkiyə deyil, dəftərə adlarını yazdıraraq verirdilər. Bu gün isə həmin mərasim heç bir kənd və şəhərdə qalmayıb”.
Günahkar kimdir?
Sosioloq qeyd edib ki, bu günkü toylarımızda, ümumiyyətlə, gündəlik həyatımızda var olan, az da olsa aktuallığını qoruyan ənənələrimiz çox gözəldir, təqdirəlayiqdir. Unudulanlar, tamamilə sıradan çıxanlar isə bizim günahımızdır: “Bəzən bu günahı zəmanəyə yükləməyi sevirik. Lakin zaman nə etsin ki? Bu məsələdə müqəssir özümüzük. Adətləri unuda-unuda illəri illərə verən bizik...
Təəssüf ki, gözəl adətlərimizin bəzisi sıradan çıxıb, onları qoruyub saxlaya bilmədik. Bir zamanlar toylarımızdakı adətlərə həsədlə tamaşa edən Avropaya özümüzü oxşada-oxşada bu həsəd hissini aradan qaldırdıq. Bizim də toylarımız onlarınkı kimi sönükləşdi, solğunlaşdı. Çünki adət-ənənələr toyların rəngi, işığı, təmtərağı idi. Lakin biz bu təmtərağı tamamilə başqa şeylərdə görməyə başladıq...”.
Yeganə
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

