Ürəkləri ovsunlayan bəstəkar-Elza İbrahimova
05.12.2013 [09:12]
Onun bir çox nəğmələri keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq, bəşəriliyi ilə ölümsüzlük qazanıb
Üzeyir Hacıbəylidən sonra ilk dəfə muğam əsasında opera yazan mərhum bəstəkar Elza İbrahimovanın musiqisinin sehri bu gün olduğu kimi gələcəkdə də insanları ovsunlamaqda davam edəcək. Yaşasaydı bəstələri ilə milyonların qəlbini fəth edən, mahnıları dillər əzbərinə çevrilən Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimovanın 75 yaşı olacaqdı.
Bəlkə biz özümüz də bilmədən bu görkəmli bəstəkarın nəğmələrinin təsiri altında böyümüşük. Mərhum bəstəkarın “Ana laylası”, “Gecələr bulaq başı”, “Yoxluğunu bilə-bilə”, “Qayıt”, “Ey vətən!” və onlarca digər nəğmələri keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq zövqlülüyü, bəşəriliyi, səmimiliyi ilə ölümsüzlük qazanıb.
Ömür yoluna səyahət
Elza İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul şəhərində anadan olub. Bakıda 8 nömrəli musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin kompozisiya sinfini bitirib. Konservatoriyada ilk müəllimi görkəmli bəstəkarımız, Azərbaycanın Xalq artisti Cövdət Hacıyev olub. Onun yazdığı mahnılar Azərbaycan musiqisinin Rəşid Behbudov, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Sara Qədimova, Gülağa Məmmədov, İslam Rzayev, Flora Kərimova, Oqtay Ağayev, İlhamə Quliyeva, Elmira Rəhimova, Akif İslamzadə, Leyla Şərifova, Yalçın Rzazadə, Mübariz Tağıyev kimi korifeyləri tərəfindən ifa edilib.
Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Adil Rəsul, Əliağa Kürçaylı, Dəmir Gədəbəyli, Ramiz Heydər, Ruzgar Əfəndiyeva, Oqtay Şamil, Rəfiq Zəka, Aslan Abdullayev, Baba Vəziroğlu, Zivər Ağayeva, Ənvər Əlibəyli, Vahid Əziz, Anna Bartkulaşvili kimi şairlərlə əməkdaşlıq edən Elza İbrahimova yüzlərlə mahnının, iki operanın müəllifi olub.
Sənətdə ilk kövrək addımlar
Bildirmək yerinə düşər ki, Elza İbrahimovanın yaradıcılığında mahnı janrı üstünlük təşkil edib və ilk mahnısını 1968-ci ildə yazıb. Bir il sonra milli radioda səslənən və Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısı uğur qazandıqdan sonra ikinci mahnı - “Bakının işıqları” ərsəyə gəlib. Mərhum bəstəkarın yenə Şövkət Ələkbərovanın ifasında səslənən bu mahnısı da rəğbətlə qarşılanıb.
Elza xanım həm də Dağıstanın ilk peşəkar qadın bəstəkarlarındandır. Belə ki, 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Q.Qarayev, O.Taktakişvili və Q.Dombayev kimi professorların rəhbərlik etdikləri komissiya tərəfindən Dağıstana göndərilib. Orada bir qədər çalışdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar vətənə dönüb.
Yeri gəlmişkən, Elza İbrahimova bir müddət Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbəri olduğu “Dan ulduzu” vokal-instrumental ansamblı ilə sıx əməkdaşlıq edib. Onun mahnılarını dinlədikdən sonra Rəşid Behbudov da Elza xanımla əməkdaşlığa başlayıb. Vaxtı ilə bəstəkar həmin günləri belə xatırlayırdı: “Bir gün mənə zəng oldu, bərk həyəcanlandım. Böyük istedadı qarşısında səcdə etdiyim Rəşid Behbudovla danışmaq mənə elə çətin gəldi ki... İşimlə maraqlandı və mən “Ey vətən!” adlı mahnını yenicə tamamladığımı deyərək mahnını ona təqdim etməyə özümdə cəsarət tapdım. Bizim əməkdaşlığımız belə başladı”.
Ölməz sənətkar Rəşid Behbudovun ifa etdiyi “Ey vətən!” mahnısı sonralar Odlar yurdunun vizit kartına çevrildi.
Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm,
Ey vətən!..
Tanqonu çox sevirdi...
Qeyri-adi fitri istedada malik Elza İbrahimovanın yaradıcılıq yolu heç də hamar olmayıb. Belə ki, Sovet dövründə bir növ senzura rolunu oynayan Teleradionun Bədii Şurasının hədəfinə o da tuş gəlib. Keçmişlə bu gün arasında musiqi körpüsü yaradaraq zövqləri oxşayan və sevə-sevə dinlədiyimiz Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” mahnısına görə şura onu bir müddət radiodan kənarlaşdırıb. Səbəb kimi isə mahnıda tanqo ritmindən istifadə və bir də onun sözləri göstərilib.
Elza xanım müsahibələrindən birində bu barədə belə deyirdi: “Tanqonu uşaqlıqdan sevirəm. Argentina tanqosuna necə biganə qalmaq olar axı? İllər əvvəl mərhum Rəfiq Zəka “Qurban verərdim” şeirini mənə göstərərkən nə vaxtsa həmin sözlərə musiqi bəstələyəcəyim heç ağlıma da gəlməzdi. Üstəlik, tanqonun “burjua” ahənginin Sovet ruhuna uyğun gəlmədiyini deyirdilər. Teleradionun Bədii Şurasında biz müəlliflərə və gənc ifaçı Akif İslamzadəyə “kommunizmə doğru addımladığımız bir vaxtda insanları keçmişə qaytarmaq istəyirsiniz!”, - deyə irad bildirmişdilər”.
Beləliklə, o zaman “Qurban verərdim” əsərini qəbul etmədilər. Amma buna baxmayaraq, Elza İbrahimova sonralar tanqo ritmində daha bir neçə mahnı bəstələdi: Şövkət Ələkbərovanın ifa etdiyi “Sən mənə lazımsan” (sözləri Ə.Kürçaylı), Gülağa Məmmədov, Leyla Şərifovanın ifasında səslənmiş “Bağçadan keçmişəm” (sözləri Ə.Əlibəyli) və s. Ümumilikdə isə mərhum bəstəkar ona yaxın tanqo ritmində mahnı yazıb və digərləri kimi onlar da sevilən nəğmələrə çevrilib. Bir sözlə, bu qeyri-adi istedada malik xanım bəstəkarın gözəl mahnıları onu milyonlara sevdirib.
O, mahnılarında yaşayacaq...
Heç şübhəsiz, Elza İbrahimova unudulmaz mahnıların unudulmaz bəstəkarı kimi adını Azərbaycan musiqi tarixinə yazıb... O, 11 fevral 2012-ci il tarixində 74 yaşında dünyasını dəyişdi. Musiqisinin sehri isə bu gün olduğu kimi sabah da insanları ovsunlayacaq. Ona “Qayıt” desək də, mərhum bəstəkar əbədi olaraq getdiyi yerdən qayıtmayacaq, ancaq ölməz mahnıları ən böyük səhnələrdə ən qüdrətli sənətkarlar tərəfindən hər dəfə oxunanda, könüllərə yol tapanda bu əvəzsiz nəğmələri yaradan bəstəkar yada düşəcək, xatırlanacaq. Elə bu da ömrün davamıdır.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

