/ / Heydər Əliyev Fondunun bu il AFR-də planlaşdırılan tədbirləri Hamburqda sərgi və caz konserti ilə başa çatıb
Heydər Əliyev Fondunun bu il AFR-də planlaşdırılan tədbirləri Hamburqda sərgi və caz konserti ilə başa çatıb
07.12.2013 [09:06]
Dekabrın 5-də Avropanın ən böyük liman şəhərinin - “dünya üçün açıq şəhər” adlandırılan Almaniyanın Hamburq şəhərinin Ticarət Palatasının tarixi Bersensaal salonunda Heydər Əliyev Fondunun bu il AFR-də planlaşdırılan yekun tədbiri keçirilib. Mayın 18-də Münxendə, noyabrın 14-də Ştutqartda və noyabrın 20-də Kölndə keçirilmiş üç əvvəlki tədbirdə olduğu kimi, Hamburqda keçirilən tədbirin də təşkilatı dəstəyini Azərbaycanın AFR-dəki Səfirliyi öz üzərinə götürüb. Gecənin proqramında iki sərgi və Azərbaycanın istedadlı bəstəkar və ifaçısı, 2009-cu ildə “Montreux-Jazz” festivalının laureatı İsfar Sarabskinin caz ansamblının konserti daxil idi.
“Almanlar Azərbaycanda” mövzusuna həsr edilmiş fotosərgi bu dəfə də qonaqların səmimi marağına səbəb olub. Buradakı fotoşəkillər Azərbaycanın indiki Göygöl rayonunda əsasən şərabçılıq sektorunda çalışan almanların, habelə onların ata-babalarının saldığı Yelenendorf (Göygöl), Annenfeld (Şəmkir), Georqsfeld (Çinarlı) və Qrunfeld (Vurğun) kəndlərində yaşamış alman kolonistlərinin həyatını, məişətini və əməyini əks etdirir. Gənc Azərbaycan rəssamlarının işlərindən ibarət sərgidə həmin rəssamların heç vaxt görmədikləri Almaniya barədə təsəvvürləri öz əksini tapıb. Almaniyanın digər şəhərlərində də nümayiş etdirilmiş bu sərgiyə hamburqlular da başqalarından az maraq göstərməyiblər.
Xatırladaq ki, bu sərgi 2008-ci ildən başlayaraq hər il keçirilən “Almaniya rəssamın gözü ilə” müsabiqəsinin tərkib hissəsidir. Müsabiqədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və gənc rəssamlar iştirak edir. Müsabiqənin münsiflər heyətinin qalib kimi seçdiyi üç gənc rəssam Almaniyaya səfər etmək, bu ölkəni öz gözləri ilə görmək, buradakı muzeylərdə və qalereyalarda olmaq, məşhur alman rəssamlarının ustad dərslərində iştirak etmək, habelə Almaniya haqqında öz fantaziyalarını burada gördüklərindən yaranan real təəssüratlarla müqayisə etmək imkanı qazanacaqlar.
Proqramın musiqili hissəsi başlanmazdan əvvəl Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov çoxsaylı qonaqları salamlayaraq, iki dövlət arasında münasibətlərin dinamik inkişaf etməsini xatırladıb, həm ikitərəfli formatda, həm də çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin genişlənməsini vurğulayıb. P.Şahbazov qonaqların diqqətinə çatdırıb ki, zəngin neft və qaz ehtiyatlarına malik olan Odlar Yurdu həm də mədəni və musiqi ənənələri ilə zəngindir.
Səfir bu gecənin təşkil edilməsində Heydər Əliyev Fondunun xüsusi rolunu qeyd edərək vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond çoxsaylı mədəni layihələr həyata keçirib, Azərbaycan-Almaniya mədəni əlaqələrinin genişlənməsinə sanballı töhfələr verib. Səfir qeyd edib ki, musiqi xalqları və ölkələri birləşdirən körpüdür. P.Şahbazov məlumat üçün bildirib ki, islam dünyasında ilk opera olan “Leyli və Məcnun” Azərbaycanda yazılıb və 100 il bundan əvvəl Bakıda tamaşaya qoyulub. Müsəlman Şərqində ilk balet də Azərbaycanda yaradılıb.
Azərbaycanda muğam, caz və pop musiqisinin populyar olmasından söhbət açan P.Şahbazov qeyd edib ki, muğam sənəti UNESCO-nun Ümumdünya Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Səfir çıxışının sonunda qeyd edib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə Qərb ilə Şərq arasında körpü rolunu oynayır. Diplomat deyib: “Biz Avropa dəyərlərinə şərik olmaqla yanaşı öz bənzərsiz mədəniyyətimizi qoruyub saxlamağı bacarırıq. Bugünkü tədbir də bu fikri təsdiq edir”.
P.Şahbazov vurğulayıb ki, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağ Ermənistan tərəfindən işğal edilib, rəsmi Yerevan beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinin bu işğala dərhal son qoyulması və azərbaycanlı qaçqınların öz evlərinə qaytarılması barədə tələblərini yerinə yetirmir, nəticədə təcavüzkar dövlətin təqsiri üzündən Azərbaycanın bu tarixi bölgəsi inkişaf etmək imkanından məhrum olub. Üstəlik, erməni silahlı qüvvələri bu ərazidə təkcə Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin sərvəti olan yüzlərlə mədəniyyət abidələrini dağıdıb və murdarlayıblar.
Tədbirin aparıcısı, Almaniyanın tanınmış teleaparıcısı Co Fehner də öz çıxışında iki xalq arasında çoxəsrlik əlaqələr mövzusuna toxunub. O qonaqlara bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (ADR) islam və türk dünyasında ilk parlament respublikası olub. ADR-də Avropa ölkələrinin çoxundan xeyli əvvəl qadınlara seçki hüququ verilib.
Aparıcı Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycanla başqa ölkələr arasında mədəni əlaqələrin inkişafı, Azərbaycan dövlətinin və onun xalqlarının zəngin mədəniyyətinin və qədim tarixinin dünyada populyarlaşdırılması sahəsində yorulmaz fəaliyyəti barədə ətraflı məlumat verib. Fehner xüsusi qeyd edib ki, “Mədəniyyət sərhəd tanımır” prinsipini rəhbər tutan Heydər Əliyev Fondu bütün dünyada 400-dən çox məktəbi, Strasburqda və Parisdə tarixi kilsələri bərpa etmiş, Roma katakombalarının bərpasına kömək etmişdir. Aparıcı deyib: “Heydər Əliyev Fondu həm də Azərbaycan-Almaniya mədəni əlaqələrinin genişləndirilməsinə xidmət edir. Berlin qəsrinin bərpasına kömək etmiş, Berlində müasir incəsənət ustalarının “Bakıya uçuş” sərgisini təşkil etmiş Heydər Əliyev Fondu bu nəcib missiyasını davam etdirir, bu gün Barsensaal salonunda möhtəşəm gecə təşkil etmişdir”.
Fondun icraçı direktoru Anar Ələkbərov gecədə iştirak edib.
Tədbir İsfar Sarabskinin caz ansamblının konserti ilə davam edib. Aleksandr Maşin, Makar Novikov, Şəhriyar İmanov, Elnur Hüseynov, Ümid Abbasov, Osman Əyyublu, İlqar Rzayev və Aleksey Miltix kimi virtuoz ifaçıların daxil olduğu ansambl İsfar Sarabskinin “Novruz”, “G-Man”, “Prelüd”, “Diyar”, “Fortuna” əsərlərini və Vaqif Mustafazadənin əsərlərindən “Popurri” təqdim etmişdir. İstedadlı vokalçı Elnur Hüseynov “Sarı gəlin” Azərbaycan xalq mahnısı, Dyuk Ellinqtonun “It don’t mean a thing” əsərini və “Latch” kompozisiyasını solo ifa edib.
Tamaşaçılar arasında olan Almaniyanın görkəmli siyasi, ictimai və mədəniyyət xadimləri, habelə bu ölkədə yaşayan azərbaycanlıların və digər diasporların nümayəndələri Azərbaycandan gəlmiş ansamblın çıxışını heyranlıqla qarşılayıblar.
Tədbirin təşkilatçısı konsertdən sonra foyedə milli Azərbaycan şirniyyatı süfrəsi açıb. Masaların üstündə Azərbaycanın mədəniyyətindən və tarixindən bəhs edən çoxsaylı mətbu materialları və kompakt disklər düzülüb.
Beləliklə, Heydər Əliyev Fondunun AFR-də bu il üçün planlaşdırdığı tədbirlər başa çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

