Dövlətqaçqınkomda Novruz bayramı ilə bağlı tədbir keçirilib
18.03.2016 [09:46]
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Novruz bayramına həsr olunan tədbir keçirilib.
Tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycan xalqını, o cümlədən erməni təcavüzü nəticəsində bu gün doğma ocaqlarından didərgin salınaraq o yerlərin həsrəti ilə yaşayan bir milyon iki yüz mindən çox qaçqın və məcburi köçkün soydaşımızı təbrik edib, tədbir iştirakçılarına çalışdıqları məsul sahədə uğurlar, bol ruzi, ölkəmizə isə sülh və əmin-amanlıq arzulayıb.
Baş nazirin müavini dostluq, qardaşlıq, sülh, əmin-amanlıq, barışıq bayramı olan və bütün türk dünyasında qeyd edilən Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ankarada törədilmiş terror aktından dərhal sonra Türkiyəyə əvvəlcədən planlaşdırılmamış səfərini qardaşlığın, dostluğun, xalqlarımızın birliyinin bariz nümunəsi kimi dəyərləndirib, istər qardaş Türkiyədə, istərsə də Azərbaycanda bu addımın böyük qürur doğurduğunu diqqətə çatdırıb. “Türkiyə-Azərbaycan münasibətlərində yeni bir səhifə açan bu səfər bir daha sübut etdi ki, iki qardaş ölkə həmişə çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da olacaq, - deyə Əli Həsənov əlavə edib.
Komitə sədri qeyd edib ki, Türkiyədə böyük bir faciənin yaşandığı vaxt Azərbaycanın dövlət başçısının Ankara səfəri ağır gündə qardaş ölkənin yanında olmaq anlamını ifadə etməklə bərabər, bir siyasətçi və dövlət adamı üçün olduqca qətiyyətli addım, hər iki ölkənin nümunəsində dünyaya bir mesaj idi. Əslində, regionda vəziyyətin gərgin olduğu, xarici siyasətdə ehtiyatlı və balanslı kursa üstünlük verməyin daha rahat və əlverişli sayıldığı indiki dövrdə hər hansı müttəfiqliyi və birliyi xoş qarşılamayan böyük güclərin potensial təzyiqlərindən çəkinmədən belə qətiyyətli mövqe ortaya qoymaq bir dövlət başçısı üçün böyük cəsarət nümunəsi sayılmalıdır və Prezident İlham Əliyev də bu cəsarəti göstərdi.
Ümumiyyətlə, dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi ayrı-ayrı vaxtlarda və ən müxtəlif situasiyalarda dəfələrlə qətiyyətli mövqe nümayiş etdirməsini xüsusi vurğulayan Baş nazirin müavini bildirib: “Biz dövlətimizin başçısının Azərbaycanın mənafeyi ilə bağlı taleyüklü məsələlərdə birmənalı və qətiyyətli mövqe ortaya qoymasının, cəsarətli addımlar atmasının dəfələrlə şahidi olmuşuq və görmüşük ki, məqamında nümayiş olunan jest, atılan qətiyyətli addım heç zaman unudulmur. Azərbaycan Prezidentinin qardaş Türkiyəyə bu tarixi səfəri də cəsarətli və qətiyyətli addım kimi diplomatiya tarixinə düşəcək”.
Novruz bayramını Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsi kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov deyib ki, bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğu aydın görünür. Keçmişdə olduğu kimi, bu gün də yüksək əhval-ruhiyyə ilə qeyd olunan bu bayramın milli taleyimizdəki yerini, müstəqillik əldə etmiş gənc Azərbaycan Respublikasının dövlət quruculuğundakı məqamını, bir xalq, millət və dövlət kimi milli dirçəlişdəki rolunu məhz etnik özünütəşkil mexanizmi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyev bu bayramı ideologiyamızın ana sütunu kimi əbədiləşdirib. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirib.
Ulu öndərin ideyalarına sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.
Novruz bayramının əhəmiyyətindən, atributlarından, xalqımızın milli mənəvi dəyərlərini özündə yaşatmaq baxımından oynadığı roldan ətraflı söhbət açılan tədbirdə Novruzun xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən qədim el bayramı olduğu vurğulanıb. Bildirilib ki, xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da kollektivə və xalqımıza Novruz təbriklərini çatdırıb, Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanmasında və inkişafında, eləcə də dövlət müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, Azərbaycanın keçdiyi çətin və şərəfli yoldan, qurucusu Ulu öndərimiz olan Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan söhbət açıb.
Tədbirdəki çıxışlarda əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, bütün məcburi köçkünlər Novruz bayramını öz doğma yurdlarında qeyd edəcəklər.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı sədrinin müavini Qərib Məmmədov da iştirak edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

