"1920-ci ildə Qarabağ döyüşləri" kitabı çapdan çıxıb
25.06.2009 [09:55]
Dünən M.F.Axundov adına Milli Kitabxanada 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzərlinin “1920-ci ildə Qarabağ döyüşləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov Şəmistan Nəzirlinin hərb tariximizlə bağlı yazdığı əsərlərin əhəmiyyətindən danışıb.
Sonra çıxış edən “Xalq qəzeti”nin şöbə mudiri Tahir Aydınoğlu sovetlər dönəmində Azərbaycanın əsl tarixinin gizlədildiyini, xüsusilə, 1918-1920-ci illərin, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tez unudulmasına yönələn siyasətin məqsədyönlü şəkildə həyata keçirildiyini bildirib: “Azərbaycanın hərb tarixi, görkəmli hərbçi oğulları haqqında müxtəlif kitabların müəllifi kimi tanınan Şəmistan Nəzirlinin vaxtilə “tamamilə məxfidir” qrifi ilə arxivlərdə gizlədilmiş sənədləri toplayıb “1920-ci ildə Qarabağ döyüşləri” kimi mükəmməl bir kitab hazırlaması təqdirəlayiq bir hadisədir”.
General-mayor Məmmədhüseyn Sarıyev, general Dadaş Rzayev, AMEA-nın müxbir üzvü, Milli Məclisin Komitə sədri Nizami Cəfərov, professor (BDU) Şamil Vəliyev, yazıçı-publisist Möhbəddin Səməd, şair İlyas Tapdıq, yazıçı Sabir Azəri, professor Camal Mustafayev Azərbaycan Milli Ordusunun keçdiyi döyüş yolundan və bu tarixin Şəmistan Nəzirlinin əsərlərində öz əksini tapmasından danışıblar.
Qeyd edək ki, “1920-ci ildə Qarabağ döyüşləri” kitabında Azərbaycan sərkərdələrinin Port-Artur və Birinci Dünya Müharibəsi zamanı, o cümlədən, 1920-ci ilin mart ayında daşnak erməni qoşunlarına qarşı apardıqları ölüm-dirim döyüşləri tarixi faktlar əsasında öz əksini tapıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin bu əsəri tariximizdə illərdir unudulmuş, yada salınmamış səhifələri yaşatmaq, milli mənliyimizi qorumaq baxımından çox qiymətlidir.
M.F.Axundov adına Milli Kitabxana tərəfindən Elektron məlumat bazasına Şəmistan Nəzirlinin “1920-ci ildə Qarabağ döyüşləri” kitabı ilə birlikdə doqquz adda kitabı daxil edilib.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxAnalitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24

