Etnoqrafik tarixi lövhələrdə gəzişmələr
14.08.2009 [14:20]
“ömrüm boyu zərrə-zərrə müxtəlif tarixi qaynaqlardan, ağız ədəbiyyatından, canlı şahidlərdən, ağır oturub batman gələn ağsaqqallardan (ilk öncə öz babam danəndə Mülkülü Qəşəm kişidən) eşitdiklərimin, gördüklərimin, qənaətlərimin və oxuduqlarımın bir qismini...”
Bu günlərdə işıq üzü görən “Qarğınsız” kitabının müəllifi Bəhruzər Rüstəmov əsərini oxucularına bu xitabla başlayır.
İlk addımdaca tarixi vətən torpaqlarının taleyini yada salan müəllif Şəmşədil sultanlığının əhatə etdiyi ərazilərin toponimlərini incələyir, haqqında məlumat verir. Bəhruzər müəllim həm də tarixin burulğanlarında “it-bata düşənlərimiz”in erməni hiyləgərliyinin gücü ilə mənimsənilən torpaqlarımızın sözlə xəritəsini cızır: “Şəmşədili-Şəmşədil sultanlığının (ərəblər gələndən sonra Şəmsəddin olub) tarixi ərazisinə indiki Tovuz, Gədəbəy, ermənidə qalan Şəmşədil rayonları, Göyçə mahalı və Qaraqoyunlu dərəsi tamamilə, Şəmkir çayının qıyısında suayırıcı - toplayıcı torpaqlardan qərbə tərəf olan ərazilər, Ağstafada Həsənsu boyunca cənuba doğru, İcevanın bir hissəsi və s. daxil idi”.
Bir sözlə, qədim Tovuz elinin tarixini cümlə-cümlə nağıl edən müəllif bugünkü vəziyyətlə bağlı məlumatlar verir, Qarabağ savaşının igidlərindən söhbət açır. Tovuzun şəhid olmuş oğullarını anır, sadə kənd adamlarının qəhrəmanlıqlarından danışır. Uzun əsrlər boyu mənəviyyatımızı, humanızmimizi şərtləndirən amillərdən olan elat həyatının, köç mədəniyyətinin sirlərini açan müəllif sonda yenə oxucusuna müraciət edir: “Həzrət Əlinin belə bir kəlamı da yaddan çıxmamalıdır ki, haradan gəldiyini, harada olduğunu, haraya getdiyini bilməyənlərə Allah qənim olacaqdır!”
Qeyd edək ki, Bəhruzər Rüstəmov YAP Tovuz rayon təşkilatının sədridir. İxtisası jurnalist-politoloq olan müəllif uzun illər “Həqiqət” və “Tovuz” rayon qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərib. 1979-cu ildən keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü olan Bəhruzər Rüstəmov hazırda Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

