“Prezident İlham Əliyev mənim zəhmətimə yüksək qiymət verib”
04.08.2018 [08:47]
Rasim Balayev: Biz də bunun qarşılığında uğurlu layihələrə imza atıb bizə olan etimadı doğrultmalıyıq
“Məni “Şərəf” ordeni ilə təltif etdiyi üçün cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bunun, belə bir mötəbər tarixə - Milli Kino Günümüzə təsadüf etməsi də mənim üçün ayrıca bir sevinc hissi bəxş edir”. Bunu “Yeni Azərbaycan” qəzetinə müsahibəsində Xalq artisti Rasim Balayev deyib. Xatırladaq ki, Rasim Balayev Prezident İlham Əliyevin 1 avqust tarixli Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub. Bununla bağlı xəbəri eşidəndə çox duyğulandığını söyləyən R.Balayev böyük qürur və sevinc hissi keçirdiyini bildirib. Bu il 70 illik yubileyini qeyd edəcək görkəmli sənətkarımız Prezident İlham Əliyevin onun zəhmətinə yüksək qiymət verdiyini vurğulayıb. Ümumiyyətlə, Azərbaycanda sənət xadimlərinə böyük diqqət və qayğı göstərildiyini söyləyən Rasim Balayevin sözlərinə görə, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət və incəsənət sahəsində çalışanlara dövlət qayğısı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı, təbliği istiqamətində böyük işlər görülür. Prezident İlham Əliyev mədəniyyət xadimlərindən qayğısını heç zaman əsirgəmir. Yalnız mən yox, bir neçə sənət adamı dövlətimizin fəxri adları və medalları ilə təltif edilib. Heç şübhəsiz, bu addım dövlətin biz sənət adamlarına qayğısıdır. Həm də çox böyük məsuliyyətdir. Biz də bunun qarşılığında uğurlu layihələrə imza atıb bizə olan etimadı doğrultmalı və borcumuzu ödəməliyik”.
Hazırda ərsəyə gələn bəzi film və serialların qənaətbəxş olmadığını da deyən Rasim Balayev bununla belə, yaxın gələcəkdə müasir kinomuzun inkişaf edəcəyinə inamını ifadə edib: “Hər bir filmin, yaxud serialın mahiyyəti olmalıdır. Tamaşaçını formalaşdırmalı, milli-mənəvi dəyərləri, o cümlədən gündəmin qlobal məsələlərini əks etdirməlidir. Bizim nəsil öz vəzifə borclarını yerinə yetirdi. İndi ümid gənclərədir. Həmin gənclərin də püxtələşməsi üçün yaxşı filmlər lazımdır. Aktyor iş mühitində, filmlərə çəkilə-çəkilə yetişməlidir. Düzdür, gənclərimiz təhsil alıb özlərini ikişaf etdirirlər. Bizim vaxtımızda çox romanlar oxuyar, filmlər izləyərdik. İndiki gənclər yetərincə kitab oxumurlar. Buna baxmayaraq, gələcəyə inamım var. Zaman öz sənətkarını yetişdirəcək”.
Hazırda təqaüddə olduğunu və heç bir filmə çəkilmədiyini bildirən Rasim Balayev deyib: “Geriyə baxanda doyunca filmlərə çəkildiyim üçün sevinirəm. Amma son illər boşuna ötüb keçdi... İndi seçim yoxdur, açıq desəm, bəzən kameraya qarşı məndə o qədər nostalgiya olur ki... Hələ ki canımda can var, yaxşı filmlərə çəkilmək istəyirəm.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31

