Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilmiş sərgi – “Millət sizə minnətdardır”
15.09.2018 [10:24]
Sentyabrın 14-də Milli Azərbaycan Tarixi Muzeyində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyinə həsr edilmiş “Millət sizə minnətdardır” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyənin ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. O deyib ki, 100 il bundan əvvəl Azərbaycan tarixində ən önəmli hadisə baş verib. Bakının düşmən işğalından azad olunmasının tarixi əhəmiyyəti haqqında danışan N.Vəlixanlı deyib: “Əlamətdar haldır ki, 100 il əvvəl bu zalda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Nuru paşa başda olmaqla Qafqaz İslam Ordusunun komandanlığının şərəfinə ziyafət verib. O vaxt türk qardaşlarımızın köməyi ilə istiqlal yürüşü zəfər yürüşünə çevrildi. 1918-ci il sentyabrın 15-də Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Ona görə də əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmaq və onu qorumağa borcluyuq. Bugünkü sərgi də onların ruhuna hörmətimizin bariz nümunəsidir”.
Akademik Nərgiz Axundova deyib ki, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair imzaladığı Sərəncama diqqət çəkən natiq deyib ki, bu il həm də ölkəmizdə Cümhuriyyətlə bağlı silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də bu qəbildən olan tədbirlər sırasında yer alır. Yüz il əvvəl baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün oldu. Bu gün də o birlik, qardaşlıq davam etdirilir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral söyləyib ki, bu böyük bayram - Bakının işğaldan azad olunması hər iki qardaş ölkədə qeyd edilir. “Biz, Türkiyə və Azərbaycan tariximiz boyunca bir olduq, bundan sonra da bir olacağıq. Çünki biz iki dövlət, bir millətik. Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan da bizim üçün elə vətəndir. Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hisslərlə gəlmişdi. Bu tarixi hadisə münasibətilə belə bir sərginin təşkili gələcək nəsillərə bir nümunədir”, - deyə səfir qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi, professor Dilarə Seyidzadə tədbirdə çıxış edərək 100 illiyi qeyd olunan bu mühüm hadisə ilə bağlı fikirlərini bölüşüb. O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak qüvvələrinin işğalından azad etməsinin Azərbaycan tarixində çox böyük bir hadisə olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini deyən Dilarə Seyidzadə vurğulayıb ki, bu, dövlətimizin başçısının tariximizin ən şanlı səhifəsinə diqqətinin göstəricisidir.
Dilarə Seyidzadə bildirib ki, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmasına düşmən imkan vermədi. Cümhuriyyət üçün ağır günlərdə türk qardaşlarımız bizə köməyə gəldilər və biz düşmənə birliyimizi göstərə bildik. Ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi üçün əlindən gələni edib. Bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, həmişə bir-birinin yanındadır. Belə tarixi əhəmiyyətli bir tədbirin təşkil olunması da dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə muzeyin silahlar və bayraqlar fondu, xatirə əşyaları və hədiyyələr fondu və köməkçi tarixi fənn materialları fondundan 120-dən artıq unikal tarixi eksponat tamaşaçılara təqdim edilir. Eksponatlar arasında türk və Azərbaycan döyüşçülərinin silah və ləvazimatları, Bakı Soveti, Sentrokaspi Diktaturası və ingilis qoşunlarının silahları, döyüş yerlərində tapılmış artefaktlar, azərbaycanlı döyüşçülərin təltif olunduğu osmanlı ordenləri, həmçinin Qafqaz İslam Ordusuna həsr olunmuş kitab və kataloqlar nümayiş olunur.
Sərgidə rəssam və heykəltəraş Əjdər Qafarovun hazırladığı “Nuru paşa” və “Həbib bəy Səlimov” büstləri, türk və Azərbaycan sərkərdələrinin portretləri ziyarətçilərin ixtiyarına verilib.
Hərbi-siyasi hadisələrin xronoloji ardıcıllıqla təqdim olunması məqsədilə sərgidə 14 informasiya-məlumat paneli üzərində mətnlər, 100-dək fotoşəkil, dövrün şairlərinin şeirlərindən parçalar, döyüşlərin xəritəsi, döyüş səhnəsi təsvirləri hazırlanıb. Dövrün şairlərinin əsərlərində Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin qanları yazda çölləri bəzəyən lalələrə bənzədilir. Sərginin ümumi tərtibatında bu element xüsusi olaraq istifadə edilib.
Dekabrın 14-dək davam edəcək sərginin kuratoru muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədovdur.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

