"Vətənpərvərlik etüdləri" adlı rəsm sərgisi keçirilib
17.10.2018 [16:58]
Oktyabrın 16-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində Bakının daşnak-bolşevik işğalından qurtuluşunun 100 illiyinə həsr olunmuş "Vətənpərvərlik etüdləri" adlı rəsm sərgisi keçirilib.
Gənc rəssamların iki dövlətin dostluq və qardaşlıq tarixinin ən parlaq məqamlarına, Türkiyə və Azərbaycanın ortaq tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, qəhrəmanlarına həsr edilmiş əsərlərindən ibarət sərgi Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMB) və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə təşkil olunub. Sərgidə sözügedən mövzuda yaradılmış onlarla maraqlı rəsm əsəri nümayiş etdirilib.
Səfirliyin rəmzi "Nuru Paşa" salonunda keçirilən açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, TOHGMB sədri Emin Həsənli, Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov çıxış edərək sərginin, burada nümayiş olunan əsərlərin önəmindən danışıblar.
Çıxışlarda yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun dəstəyilə azad edilməsinin tarixi əhəmiyyəti vurğulanıb. Natiqlər Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq tarixini əks etdirən rəsmlərin bu şərəfli tarixin gənc nəslə aşılanmasında dəyərli rol oynadığını qeyd ediblər.
Çıxışlardan sonra sərgiylə tanışlıq başlanıb. Mərasimə qatılan ziyalılar, sənət adamları, ehtiyatda olan hərbçilər, media nümayəndələri sərgidəki əsərlərə baxıb, fikirlərini bölüşüblər.
Sonda sərginin təşkilində xüsusi əməyi olan Aygün və Elnurə İsgəndərovalara, həmçinin sərgi iştirakçılarından bir qrupuna fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58

