Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin monotamaşası təqdim olunacaq
14.03.2019 [09:36]
Aprelin 16-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Yevgeni Knyazevin dahi rus şairi Aleksandr Puşkinin “Qaratoxmaq qadın” povestinin motivləri əsasında monotamaşası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Y.Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda “Qaratoxmaq qadın” tamaşasında German rolunu oynayıb. Əsərə Pyotr Fomenko quruluş verib. Bundan illər sonra Y.Knyazev səhnədə tərəf müqabillərindən imtina edir və “Qaratoxmaq qadın”ı tək yaradır: yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayır.
Minimum dekorasiyadan istifadə edilən səhnədə Y.Knyazevin parlaq ifası, qəhrəmanları ustalıqla canlandırması tamaşaçılara A.Puşkin yaradıcılığının sehrinə düşməyə imkan verəcək.
Y.Knyazev Y.Vaxtanqov adına Teatrın səhnəsində onlarla obraz yaradıb, eyni zamanda, bir sıra digər teatrlarla əməkdaşlıq edib. O, kinoya ilk dəfə 1983-cü ildə çəkilib, debütünü “Gecikmiş məhəbbət” filmində epizodik rolla edib. Daha sonralar aktyor filmlərdə baş rollarda oynayıb, həmçinin bir neçə ekran əsərində tarixi obrazlar yaradıb, 2000-ci illərdə isə teleseriallara çəkilməyə başlayıb. Y.Knyazev Volf Messinq, İosif Stalin, Lev Trotski, Boris Pasternak kimi tarixi obrazları böyük ustalıqla yaradıb. Y.Knyazev həm teatrda, həm də kinoda oynadığı rollarla tamaşaçıların böyük sevgisini qazanıb.
Monotamaşaya biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

