UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas keçirilib
02.07.2019 [09:48]
Sessiyanın ilk günündə Bakı Bəyannaməsi qəbul edilib
İyulun 1-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb. Plenar iclasda sessiyanın gündəliyi açıqlanıb və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənilib.
AZƏRTAC xəbər verir ki, sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, gündəliklə bağlı məlumat verib.
Bildirib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanışdırlar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”, - deyə Mədəniyyət naziri bildirib.
UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində keçirilən Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumunun işini yüksək dəyərləndirən direktor təşkil edilən sessiyalarda maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb. Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır.
Sessiyada müzakirə ediləcək bütün məsələlərin komitənin veb-saytında canlı olaraq yayımlandığını söyləyən xanım Rossler diqqətə çatdırıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyinə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər.
Bildirilib ki, Bakı sessiyasında UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Vurğulanıb ki, sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi də təşkil olunacaq. Eyni zamanda, Bakıda UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə ediləcək.
Sonra UNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasının məruzəçisi Anna Zeçner çıxış edib. O, ötən sessiya haqqında geniş məlumat verib və bildirib ki, sessiyada 225 qərar qəbul edilib və 19 mədəniyyət nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESKO-nun siyahısına daxil olan mədəniyyət nümunələrinin sayı 1092-yə çatıb. Bildirib ki, Bəhreyndə 2975 nümayəndənin qatıldığı 42-ci sessiyada 157 konservasiya olunmuş abidənin durumu barədə məlumat verilib və 54 irs nümunəsi təhlükədə olan mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı hesabatla çıxış edib. O, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra Norveç, Zimbabve, Tunis, Tanzaniya, Braziliya, Bosniya və Herseqovina, Koreya Respublikası, Fransa və digər ölkələri təmsil edən nümayəndələr çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər.
Dünyada mədəni irsin qorunmasının vacibliyindən danışan natiqlər bu istiqamətdə UNESKO-nun Ümumdünya İrs Mərkəzinin gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, Ümumdünya İrs Mərkəzi ilə qurulan və genişləndirilən əlaqələr dünyada həm sülhə, həm də mədəni inkişafa xidmət edir.
Vurğulanıb ki, Bakı sessiyasının keçiriləcəyi günlərdə dünya üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək, təhlükədə olan tarixi abidələrlə bağlı geniş fikir mübadiləsi aparılacaq və bir çox mədəni nümunələr UNESKO-nun siyahısına salınacaq.
Günün birinci yarısındakı müzakirələrə yekun vuran təşkilat komitəsinin sədri Əbülfəs Qarayev Bakı Bəyannaməsinin qəbul olunmasını təklif edib. Bildirib ki, bu bəyannamə dünyada mədəni irsin qorunmasına xidmət edir və dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.
Sonra iştirakçı ölkələr tərəfindən Bakı Bəyannaməsi qəbul edilib.
Tədbirdə 43-cü sessiya çərçivəsində təşkil edilən “Dünya irsi. Gənc Peşəkarlar Forumu” barədə də məlumat verilib. Bildirilib ki, iyunun 24-də işə başlayan forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edib. Son illər Ümumdünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil edilən Gənc Peşəkarlar Forumunun builki mövzusu “Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar”a həsr olunub. Forumun ümumi məqsədi XXI əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlərin və imkanların üzə çıxarılmasıdır.
“Dünya irsi. Gənc Peşəkarlar Forumu”na həsr edilmiş videomaterialın təqdim edildiyi tədbirdə bir daha gənc peşəkarlar məqsəd və məramlarını və gələcəyə ünvanlanmış mesajlarını diqqətə çatdırıblar.
Sonra “Dünya irsi. Gənc Peşəkarlar Forumu”nun üzvləri xatirə şəkli çəkdiriblər.
Plenar iclas işini günün ikinci yarısında da davam etdirib və hesabatlar dinlənilib.
Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) nümayəndəsi çıxışı zamanı son dövr fəaliyyət istiqamətləri barədə məlumatları diqqətə çatdırıb. Təşkilatın Afrika və ərəb dövlətləri ilə bağlı fəaliyyətinin və görülən işlərin müsbət nəticələndiyini vurğulayan nümayəndə bu ölkələrə səfər zamanı həm də təcrübələrin paylaşıldığını və regionlarla əlaqələrin qurulduğunu söyləyib. Bir çox təşkilatlarla birgə layihələrin və proqramların reallaşdırıldığı bildirilib. Təşkilatın münaqişələrdən sonra ərazilərdə mədəni irsin qorunması və bərpası istiqamətindəki fəaliyyətindən söz açılıb. Qurumun üzərinə düşən işin öhdəsindən uğurla gəldiyi plenar iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Təbiətin Konservasiyası üzrə Beynəlxalq İttifaqın hesabatında Azərbaycan hökumətinə minnətdarlıq ifadə edilib. Bildirilib ki, təşkilat dayanıqlı məqsədlərin inkişafına mane olan təhdidlərin qarşısını almaqda maraqlıdır. Bu istiqamətdə innovativ yeniliklər və ideyalarla bağlı tematik qrup fəaliyyət göstərir.
Dünya İrs Mərkəzinin nümayəndəsi dayanıqlı inkişaf, gender bərabərliyi, konvensiyanın icrası ilə bağlı yerlərdə reallaşdırılan layihələrdən danışıb.
Daha sonra plenar iclasda iştirakçı ölkələrin təklifləri səsləndirilib. Təkliflər zamanı Dayanıqlı İnkişaf Məqsədləri, etnik problemlər, hərtərəfli yanaşma məsələləri mövzularında fikirlər səsləndirilib. Müxtəlif təşkilat və assosiasiyaların nümayəndələri sessiyalar çərçivəsində səslənəcək fikir və ideyaların ictimaiyyət üçün işıqlandırılması təklifini irəli sürüblər.
Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclasa yekun vurulub.
Xəbər lenti
Hamısına baxGündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34

