UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işçi iclaslarını başa çatdırıb
10.07.2019 [10:08]
Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikası sədrlik edəcək
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 9-da öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev iştirakçılara plenar iclasdan əvvəl keçirilmiş büro iclası barədə məlumat verib. Bildirib ki, büro iclasında bu günlər ərzində görülən işlər, qəbul edilən qərarlar müzakirə edilib. İşçi qrup ciddi sənədlər hazırlayıb və onlar təsdiqlənməlidir. Bu gün büdcə əməliyyat layihələri ilə bağlı sənədlərə baxılacaq.
Müzakirələr zamanı Ümumdünya İrs Siyahısında olan Ekvadorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbii qoruğunun bərpası və konservasiyası, idarə olunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulanıb.
Sonra maliyyə və inzibati məsələlər müzakirə olunub. 2018-2019-cu illər üçün büdcənin icrasına dair hesabat və Dünya İrs Fonduna 2020-2021-ci illər üçün büdcə təklifləri nəzərdən keçirilib. Bildirilib ki, sessiya çərçivəsində işçi qrupun bir sıra görüşləri olub və burada təkliflər səsləndirilib. Norveç, Tunis, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina və digər ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. İşçi qrupun işi müsbət qiymətləndirilib.
Daha sonra Ümumdünya İrs Komitəsinin prosedur qaydalarına dəyişikliklər müzakirə olunub. Bu qərar da qəbul edilib.
İclasın sonunda 2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi bildirilib.
Ümumdünya İrs Komitəsinin növbəti sessiyasına ölkəsinin sədrlik edəcəyini söyləyən Çinin Təhsil nazirinin müavini və UNESKO üzrə Milli Komissiyasının rəhbəri Tian Sue Jun bu etimada görə komitə üzvlərinə minnətdarlığını bildirib. O deyib: “Azərbaycan Hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə təşəkkür edirəm. Eləcə də ölkənizin Şəki ilə bağlı nominasiyasının Ümumdünya İrs Siyahısına salınması münasibətilə xalqınızı təbrik edirəm. Bu, Azərbaycanın böyük uğurudur, tarixi mədəni irs nümunələrinizin təbliği və tanıdılması baxımından əhəmiyyətlidir. Azərbaycan bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Sessiya müddətində biz bunun bir daha şahidi olduq. Ümumdünya İrs Komitəsinin Çində keçiriləcək 44-cü sessiyasında ölkənizin bu təcrübəsindən yararlanmaq niyyətindəyik”.
UNESKO-nun dünya irsinin yaşadılması, gələcək nəsillərə çatdırılması üçün mühüm işlər gördüyünü bildirən Çinin Təhsil nazirinin müavini deyib ki, Bakıda müxtəlif xalqların mədəni irsinin qorunması üçün mühüm qərarlar qəbul edilib. “Bu seçim Çinin mədəni irsinə verilən böyük dəyərdir. Çalışacağıq ki, 44-cü sessiya da Bakıdakı kimi möhtəşəm və yaddaqalan olsun”, - deyə Çin rəsmisi vurğulayıb.
Sonra Fuçjou şəhərinin tanıtım videoçarxı nümayiş etdirilib. 44-cü sessiya iclaslarının sədri, sədr müavinləri və məruzəçilər, sessiyanın müvəqqəti gündəliyi təsdiq edilib.
Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işçi iclaslarını başa çatdırıb.
İyulun 10-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının bağlanış iclasında tədbirin yekun sənədi qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

