/ / İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Mərkəzində qala-tamaşa ilə başa çatıb
İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Mərkəzində qala-tamaşa ilə başa çatıb
02.10.2019 [09:46]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib
Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Qala-tamaşada Azərbaycan incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblının, o cümlədən Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin, ABŞ-dan caz ifaçısı, pianoçu Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları dinlənilib.
Eyni zamanda, bəstəkar Rəhilə Həsənovanın simfonik orkestr üçün “Ulduzlara lay-lay” əsəri, Ayaz Qəmbərlinin Nəsimi festivalı üçün bəstələdiyi “Mozaika” əsəri təqdim olunub.
Nəfis bədii və video tərtibatla zəngin olan qala-tamaşa müxtəlif mədəniyyətlərin və zamanların görüşünü canlandıraraq rəmzi olaraq şeir, incəsənət və mənəviyyat dünyasını təqdim edib.
Tamaşada, həmçinin dahi şair İmadəddin Nəsiminin müxtəlif yaşlardakı obrazı aktyorların təqdimatında canlandırılıb.
Proqram ərzində İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhu nümayiş olunub.
Qeyd edək ki, II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 28-dən başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Dörd gün ərzində Nəsimi yaradıcılığına müxtəlif istiqamətlərdən diqqət yetirilib, yeni maraqlı layihələr vasitəsilə dahi şairin yaradıcılığına və fəlsəfəsinə baxış olub.
Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.
Festival günlərində Bakıda və şairin doğulduğu Şamaxı şəhərində təşkil olunan tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm edilib.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24

